İnsanlardan gizlədilən böyük sirr
20.04.2022 [11:05]
Xərçəngin müalicəsi çoxdan tapılsa da, tətbiq edilmir
İlhamə HƏKİMOĞLU
Dünyada trilyonlarla müxtəlif rezonans tezlikləri var və hər varlıq, hər molekul öz rezonans tezliyinə malikdir. İnsan orqanizmi də hüceyrələrdən, hər hüceyrə molekullardan ibarət olduğuna görə insan orqanizminin özü də bütöv bir titrəşim sistemi, enerjidir. Dünyada hər səsin molekulları müəyyən bir orbit üzrə hərəkət etdirdiyi elmə məlumdur. 1931-ci ildə amerikalı məşhur alim Raymond Rif öz icad etdiyi mikroskopda virusların müəyyən səs və işıq dalğalarının təsiri altında məhv olduğunu görüncə böyük bir elmi kəşf etmiş oldu. Raymond Rif illərlə apardığı tədqiqatlar nəticəsində herpes, polomielit, uşaqlarda serebral iflic, meningit, tetanus, qrip və çoxsaylı təhlükəli virusları məhv edən tezlikləri aşkarladı və uğurla tətbiq etdi.
1934-cü ildə Cənubi Kaliforniya Universiteti Pasadena xəstəxanasında ölümcül xərçəng xəstələrini müalicə etmək üçün Rifin San Dieqo laboratoriyasına göndərdi. Xüsusi Tibbi Araşdırma Komissiyası yaradıldı. Məqsəd xərçəng xəstələrinin lazımi səs dalğalarının təsiri altında sağalıb-sağalmayacağını öyrənmək idi. Komissiyanın tərkibinə tanınmış həkim və patoloqlar daxil idi. Təcrübə üçün 90 gün müəyyən edilmişdi. Komissiya 90 günlük müalicədən sonra xəstələrin 86,5%-nin tam sağaldığı qənaətinə gəldi. Qalan 13,5 faiz xəstə müalicə proseduranda edilmiş kiçik bir dəyişiklikdən 4 həftə sonra tam sağaldı. Doktor Raymond Rif xərçəng xəstələrini heç bir dərman tətbiq etmədən, sadəcə səs dalğalarına məruz qoymaqla müalicə etmişdi.
Doktor Rifin müalicə sistemində müvəffəqiyyət şansı 100 faiz təşkil edirdi. 1931-ci il noyabrın 10-da Pasadena xəstəxanası doktor Rifin şərəfinə “Bütün xəstəliklərin sonu” adlı böyük bir ziyafət verdi, ziyafətdə 44 nüfuzlu tibb doktoru da iştirak edirdi. Həmin gün doktor Rifin əlini sıxmağa çalışan 44 professor 8 il sonra Rifi tanımadıqlarını bəyan etdilər. Səbəb 1934-cü ildə baş verənlər idi. 1934-cü ildə Amerika Tibb Birliyinin rəhbərliyinə keçmiş biznesmen Morris Fişbeyn doktor Rifə külli miqdarda pul təklif edərək, səs dalğaları ilə müalicə məsələsində susmağını istədi. Doktor Rif təklifi rədd edincə fəlakətlər bir-birinin ardınca düzüldü. Rifin Nyu-Cersidəki Burnet laboratoriyasından bütün tədqiqatlarının nəticələrini əks etdirən hər şey oğurlandı. Laboratoriya yandırıldı. Burnetdə tapılmış çox as sayda elmi sənədlərə isə polis araşdırma adıyla əl qoydu. Sonra bu sənədlər də sirli şəkildə yoxa çıxdı. Doktor Rifin 50 illik əməyi məhv edildi. Doktor Rif də, onun tərəfini tutan bütün doktorlar da təqib altına alındılar. Rifin müalicə yöntəmlərini görmüş bütün doktorlara gördüklərini unutdurmaq üçün külli miqdarda bəxşişlər verildi. Rifin dostları doktor Couc və doktor Milbank istisna olmaqla, hər kəs köhnə qaydalarla dərman müalicəsinə geri döndü. Beləcə yeni nəsillər doktor Rifin müalicə metodlarından xəbər tutmadan tibb universitetlərini bitirdilər. Bütün əməyinin heç olmasından ağır zərbə alan doktor Rif təqiblər nəticəsində susmalı oldu və içkiyə qurşandı. 1971-ci ildə o dünyasını dəyişəndən sonra bir sıra alternativ tibb tərəfdarları, doktor və mühəndislər onun dalğa cihazını yenidən hazırlamağa çalışsalar da, eyni effekti ala bilmədilər. 1986-cı ildə doktor Barri Lines tərəfindən yazılan “İşə yarayan xərçəng müalicəsi” adlı kitabda doktor Rifin müalicə metodlarından geniş bəhs edildi.
Bu gün də doktor Rifin bu müalicə üsulunun geniş yayılmasına əczaçılıq şirkətləri, tibb industriyası imkan vermir. Tibb sənayesi hər il milyardlar qazandırır, halbuki Rifin müalicə metodları ucuz və 100 faiz effektiv idi.
Xəbər lenti
Hamısına bax
Siyasət
25 May 21:09

Xəbər lenti
25 May 19:08

Xəbər lenti
25 May 18:17

Xəbər lenti
25 May 17:54

Xəbər lenti
25 May 17:51

Xəbər lenti
25 May 17:18

Xəbər lenti
25 May 17:12

Xəbər lenti
25 May 16:37

Xəbər lenti
25 May 15:49
.jpg&width=120)
Xəbər lenti
25 May 15:46

Siyasət
25 May 15:44

Dünya
25 May 15:17

Xəbər lenti
25 May 15:08

Siyasət
25 May 15:06

Xəbər lenti
25 May 14:51

Xəbər lenti
25 May 14:45

Xəbər lenti
25 May 14:15

Xəbər lenti
25 May 14:07

Xəbər lenti
25 May 13:58

Gündəm
25 May 13:51

Xəbər lenti
25 May 13:46

Xəbər lenti
25 May 12:54

Xəbər lenti
25 May 12:43

Gündəm
25 May 12:13

Xəbər lenti
25 May 12:03

Xəbər lenti
25 May 11:51

Xəbər lenti
25 May 11:27

Xəbər lenti
25 May 11:21

Xəbər lenti
25 May 11:17

Siyasət
25 May 11:04

İdman
25 May 10:57
.jpg&width=120)
Sosial
25 May 10:52

Xəbər lenti
25 May 10:49

Siyasət
25 May 10:47

Xəbər lenti
25 May 10:45

Siyasət
25 May 10:41

Siyasət
25 May 10:39

Xarici siyasət
25 May 10:37

Siyasət
25 May 10:34

Prezident bu gün
25 May 10:30

MEDİA
25 May 10:22

Analitik
25 May 10:18

Siyasət
25 May 10:14

İqtisadiyyat
25 May 10:11

Siyasət
25 May 10:06

Gündəm
25 May 10:01

Xəbər lenti
25 May 09:33

Xəbər lenti
25 May 09:29

Dünya
25 May 09:08

Xəbər lenti
24 May 21:08

Xəbər lenti
24 May 20:58

Xəbər lenti
24 May 20:53

Xəbər lenti
24 May 20:49

Xəbər lenti
24 May 20:18

Xəbər lenti
24 May 20:16

Siyasət
24 May 19:22

Siyasət
24 May 18:28

Xəbər lenti
24 May 18:27

Dünya
24 May 17:42

Xəbər lenti
24 May 17:11

Xəbər lenti
24 May 16:27

Dünya
24 May 16:25

Xəbər lenti
24 May 15:44

Xəbər lenti
24 May 15:22

Xəbər lenti
24 May 14:56

Siyasət
24 May 14:44

Xəbər lenti
24 May 14:43

Siyasət
24 May 14:42

Formula 1
24 May 14:23

Xəbər lenti
24 May 14:07
