Gizli xəstəlik: 550-dən çox yoluxma, 70 ölü
03.06.2022 [10:21]
MİKAYIL
Meymunçiçəyi nadir virus infeksiyasıdır. Həmin xəstəlik insana əsasən heyvandan keçir. Yoluxanlar ilə təmasda olmuş şəxslər üçün üçhəftəlik karantin tətbiq etməyi məsləhət görürlər. Xoşbəxtlikdən Azərbaycan ərazisində bugünkü tarixədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmasa da, dünyada bu virusun aşkarlandığı ölkələrin və yoluxma ilə bağlı təsdiq olunmuş halların sayı getdikcə artır. Yoluxma hallarının müşahidə edildiyi ölkələrin siyahısına gündən-günə yeniləri əlavə edilir. ÜST-ün son məlumatına görə, 30 ölkədə 550-dən çox meymunçiçəyi virusuna yoluxma halı qeydə alınıb. Qurumun baş direktoru Tedros Adhanom Qebreyesus təsirə məruz qalan ölkələri nəzarəti artırmağa çağırıb. Baş direktor müşahidənin geniş əhalini əhatə etməli olduğunu vurğulayıb. Belə ki, bu ilin əvvəlindən Afrikanın beş ölkəsində meymunçiçəyi xəstəliyindən 70-ə yaxın adam ölüb, virusun yayıldığı qeyri-endemik ştatlarda isə ölüm halı qeydə alınmayıb.
ÜST 50 ildir ki, Afrika ölkələrində meymunçiçəyi adlı xəstəliyi qeydə alır və ölüm halları hər il baş verir. Və bu xəstəliyin gizli olaraq keçirilməsi haqqında məlumatlar da xarici KİV-lərdə yer alır.
Bununla belə artıq dünya ölkələri bu virusu aşkarlayan PCR testinin tətbiq olunmasına başlayıb. İsveçrənin məşhur əczaçılıq şirkətlərindən biri tərəfindən təqdim edilən bu testlə tez bir zamanda meymunçiçəyi virusunu aşkar etmək və onun epidemioloji yayılmasının qarşısını almaq mümkündür. Hətta ABŞ-da səhiyyə nümayəndələri virus üçün PCR testindən geniş istifadə etməyə çalışırlar. Xatırladaq ki, Azərbaycan da son günlər testin əldə edilməsi üçün ÜST-ə müraciət edib.
Azərbaycanın reaksiyası
“Meymunçiçəyi bəzi hallarda ölümlə nəticələnə bilər. Bu, daha çox dəri səthindəki səpgilərə ikincili bakteriyalar qoşulan zaman baş verə bilər. Xəstəliyi çox ağır keçirənlər arasında da ola bilər. Amma ölüm ehtimalı kifayət qədər azdır”.
Bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib. Şöbə müdiri bildirib ki, bu virusun yayılmış iki alt tipi var: “Qərbi və Mərkəzi Afrika tipləri. Bunlardan birinin öldürücülüyü heç bir faiz olmadığı halda digərində 6-11 faiz təşkil edir. Meymunçiçəyi virusu koronavirus qədər yüksək yoluxduruculuğa malik deyil”.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34

