Xaricdə təhsilin yeni meyarları - Nələr dəyişdi?
04.06.2022 [10:42]
Əvvəlki və indiki qaydalar...
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərar Prezidentin sərəncamı ilə təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən qəbul edilib.
Yeganə BAYRAMOVA
Qərar ilə təsdiq edilmiş Qaydada Dövlət Proqramı çərçivəsində xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları müəyyən edilib.
Mövzu barədə “Yeni Azərbaycan”a danışan tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov xaricdə təhsilin əvvəlki və indiki meyarlarını müqayisə edib: “İlk proqram 2007-2015-ci illəri əhatə edirdi. Həmin proqram çərçivəsində 5 min azərbaycanlı gəncin xarici ölkədə təhsil alması nəzərdə tutulmuşdu, amma 3500 nəfər göndərildi. Bu proqram üçün 90 milyon manat vəsait ayrılmışdı. Biz birinci proqramda gördük ki, daha çox bakalavr pilləsində oxuyanlar xaricə gedir və həmin tələbələr ölkəmizə geri qayıtmırdı. Amma bu dəfə məsələ fərqlidir. Əvvəlki zaman ilə müqayisədə dövlətimiz özünün daha çox ehtiyac duyduğu strateji sahələrə kadrların hazırlanması üçün xaricə tələbə göndərir. Əvvəllər istənilən ixtisaslar maliyyələşdirilirdisə, indi yalnız dövlətin müəyyən etdiyi ixtisaslarda təhsil alanlar maliyyələşəcək”.
K.Əsədov qeyd edib ki, ötən illərdə dövlət proqramı ilə xaricdə təhsil alan tələbələrin ölkəyə qayıdıb-qayıtmaması ilə bağlı meyarlar yox idi: “İndi isə belə deyil. Xaricə gedən tələbələrin mütləq şəkildə ölkəyə qayıtması tələb olunur və onlar 5 il Azərbaycanda işləməlidirlər. Ölkəmizə qayıtmayan tələbələr onların təhsili üçün ödənilən vəsaiti geri qaytarmalıdır. Bundan başqa, indiki meyarlara əsasən universitetlərdəki ixtisasların reytinqli olması lazımdır, lakin əvvəl belə bir tələb yox idi. Dövlətimizin xaricdə təhsillə bağlı siyasəti budur ki, daha çox ixtisaslı mütəxəssislər yetişsin. Əlbəttə, bu da yaxşı haldır”.
Ekspertin sözlərinə görə, vəsaitlərin ödənilməsində də yenilik edilib: “İndiki xərclər çoxalıb və tələbələrin bütün xərclərinin ödənilməsi dövlətin diqqətindədir. Hər semestr 400 nəfər tələbə xaricə göndərilməlidir. Fikrimcə, bu dəfə daha yaxşı nəticə görəcəyik. Əvvəlki nəticələr də pis deyil, hazırda dövlət orqanlarında kifayət qədər çalışanlar var ki, onlar 2007-2015-ci illəri əhatə edən proqramdan məzun olublar. Təbii ki, bu da bizim üçün yaxşı xəbərdir”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

