Kolleclərdə rus bölməsinin sayı azdır: Səbəb nədir?
09.08.2022 [10:45]
Yeganə BAYRAMOVA
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi avqustun 8-dən 17-dək internet vasitəsilə həyata keçirilir.
İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti (sahələr üzrə)” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.
Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Təhsil üzrə ekspert Kamran Əsədov “Yeni Azərbaycan”a açıqlamasında söyləyib ki, son illər ali təhsil müəssisələri ilə müqayisədə kolleclərə ciddi şəkildə maraq oyanıb. Bunun əsas səbəbi “Təhsil haqqında” qanuna edilmiş dəyişikliklə bağlıdır: “Belə ki, kollec məzunları oxuyub bitirdikdən sonra subbakalavr statusu alırlar və onlar avtomatik olaraq universitetə qəbul olmaq şansını qazanırlar. Bu da gənclərimizin kolleclərə marağının kifayət qədər artmasına gətirib çıxarır. Əlbəttə, bu, sevindirici bir haldır. Digər tərəfdən, ali təhsil müəssisələri artıq kollecləri öz tabeliyinə götürüb, yəni artıq universitetlərin nəzdində də kolleclər fəaliyyət göstərir ki, bu da gənclərin marağını artırıb. Statistikaya görə, hazırda 54 kollecdə ümumilikdə 60 minə yaxın subbakalavr oxuyur. Hətta son illərdə ən yüksək balı da bizim gənclərimiz kolleclərdə təhsilini davam etdirməklə toplayıblar. Bu, yaxşı bir haldır. Kolleclərdə rus bölməsinə maraq var, amma orta məktəblərdə rus bölməsinə maraq daha çoxdur. Lakin son illər istər universitetlərdə, istərsə də kolleclərdə rus bölməsinə qəbulda ballar kifayət qədər aşağı düşür və plan yerləri ciddi şəkildə boş qalır. Bu da ailələrdən qaynaqlanır. Çünki valideynlər övladlarını ibtidai sinifdən rus bölməsinə qoymaqda maraqlıdırlar, amma yuxarı siniflərdə ev tapşırıqlarını etməkdə kömək edə bilmirlər, bu da gələcəkdə öz mənfi təsirlərini göstərir”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24

