Azərbaycanda karantin rejimi uzadıldı
25.08.2022 [07:34]
Yeganə BAYRAMOVA
Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” qərar verib. Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 noyabr saat 06:00-dək uzadılıb.
İlk karantin rejimi
Azərbaycanda COV?D-19-un yayılması 2020-cı il fevralın 28-də başladı, o zaman Azərbaycanın Nazirlər Kabineti yanında bir gün əvvəl yaradılmış Operativ Qərargah tərəfindən ölkədə COVID-19 koronavirus infeksiyasına ilk yoluxma halı qeydə alınmışdı. Yoluxmuş şəxs İran tərəfindən Azərbaycanın sərhədini keçən Rusiya vətəndaşı idi.
Qeyd edək ki, COV?D -19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2020-ci il yanvar ayından etibarən zəruri qabaqlayıcı tədbirlər görülüb. Virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində 2020-ci il 14 mart tarixindən sosial izolyasiya qaydaları tətbiq olunub, 2020-ci il 20 aprel tarixinədək isə xüsusi karantin rejimi elan edilib.
2020-cı ildə ölkəmizdə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar 2020-ci il martın 10-dan 20-dək Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldı və bununla bağlı bütün tədbirlər təxirə salındı. Eyni zamanda, 2020-ci ilin mart ayında virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən ölkəmizdə də müvafiq profilaktik tədbirlər gücləndirildi. Bunlardan biri Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənliklərinin ləğvi idi.
Xatırladaq ki, Azərbaycan pandemiya ilə beynəlxalq mübarizəyə mühüm töhfə verib. Ölkəmiz pandemiya ilə mübarizədə 30-dan çox ölkəyə, o cümlədən Qoşulmama Hərəkatına daxil olan ölkələrə humanitar və maliyyə yardımı göstərib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi verib ki, bunun da yarısı Qoşulmama Hərəkatına üzv dövlətlər üçün nəzərdə tutulmuşdu. Azərbaycan Prezidenti İlham Əliyev “peyvənd millətçiliyini”, varlı və yoxsul ölkələr arasında vaksinlərə çıxışda bərabərsizliyi dəfələrlə tənqid edib.
Ölkə başçısının 2020-ci il 19 mart tarixli Fərmanı ilə “Koronavirusla Mübarizəyə Dəstək Fondu” yaradılıb, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan “Koronavirusla Mübarizəyə Dəstək Fondun”a ilkin olaraq 20 milyon manat vəsait ayrılıb.
Ölkəmizdə koronavirusun tüğyan etdiyi zamanlarda yaddaqalan hadisələrdən biri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın birillik əmək haqqını “Koronavirusla Mübarizəyə Dəstək Fondun”a bağışlaması oldu: “Sizin ölkəmizin üzləşdiyi bu problemə biganə yanaşmamağınız və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına qoşulmağınız çox yüksək qiymətə layiq addımdır və müasir Azərbaycan cəmiyyətində mərhəmət və şəfqət kimi hislərin mövcudluğundan xəbər verir. Azərbaycan vətəndaşının sağlamlığının qorunması naminə mən də bu təşəbbüsə qoşuluram və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi birillik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edirəm.
Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ödəmələr həyata keçirən hər kəsə bir daha təşəkkür edirəm və bütün həmvətənlərimizi həmrəylik, vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıram” .
SMS icazələr
Ölkəmizdə karantin rejimi tətbiq olunan zaman vətəndaşların kütləvi toplaşmasına, hətta küçəyə çıxması üçün müəyyən məhdudiyyətlər qoyulmuşdu. Həmin məhdudiyyətlərdən biri SMS icazələrin tətbiqi idi. Bu icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilirdi, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınırdı, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilirdi. SMS icazələr ərzaq və digər gündəlik tələbat malları və dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti və açıq havada vaxt keçirilməsi üçün verilirdi.
İctimai nəqliyyatın fəaliyyəti
Xüsusi karantin rejiminin tətbiqi zamanı bəlkə də vətəndaşlar üçün ən çətin məqamlardan biri şənbə və bazar günlərində ictimai nəqliyyatın işləməməsi idi. Hətta bu durum müəyyən müddət narazılıqlara da səbəb olmuşdu. Karantin rejiminin sərt olduğu zamanda metro və digər ictimai nəqliyyatlar həftə sonları işləmirdi.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25

