Peşə, yoxsa ali təhsil?
09.05.2023 [11:00]
Qönçə QULİYEVA
Təhsil almaq və hər hansı bir peşəyə sahib olmaq hər bir gəncin qarşısına qoyduğu əsas hədəflərdən biridir. Gələcəyini müəyyən etmək istəyən gənclər seçdikləri sahə üzrə mükəmməl təhsil almaq üçün axtarışa başlayırlar. Lakin son zamanlar gənclərimiz sosial mühitin təsiri ilə seçdikləri və ya bacardıqları peşəni öyrənmək, mükəmmələşdirmək əvəzinə universitet oxumağa və ya diplom sahibi olmaq üçün ali təhsil almağa üstünlük verirlər. Buna görə də hüquqşünasların, mühəndislərin, mühasiblərin, iqtisadiyyatçıların sayı artsa da, aşbaz, bərbər, stilist, dizayner, dərzi və digər peşə sahiblərinin sayı bir xeyli azalıb. Təəssüf ki, cəmiyyətimizdə hələ də peşə təhsilli insanların bilik səviyyəsinin aşağı olması fikrində olanlar var.
Maraq daha çox ali təhsil müəssisələrinə olduğundan peşə məktəbləri aktuallığını, demək olar ki, itirib. Gənclərin əksəriyyəti uğurlu karyera başlanğıcını ali təhsildə görürlər. Reallıq bundan ibarətdir ki, bu gün ölkəmizdə peşə məktəblərinə üz tutanların böyük əksəriyyəti ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir. Doğrudur, son illər peşə məktəblərindəki tədrisin keyfiyyətində əhəmiyyətli dərəcədə inkişaf müşahidə edilməkdədir. Lakin beynəlxalq təcrübəyə nəzər yetirdikdə bu göstəricilərin bir xeyli aşağı olduğu aydın şəkildə görünür.
Peşə təhsilinə marağı artırmaq üçün həyata keçirilən layihələrin son bir neçə ildə daha da intensiv hal alması da müşahidə edilir. Bununla bağlı Elm və Təhsil Nazirliyi tərəfindən müxtəlif layihələr, konsepsiyalar, tədris strategiyaları hazırlanır. Təşviqedici tədbirlər özlüyündə çox müsbət hal olsa da, bu, peşə məktəblərindəki keyfiyyətin hələ də lazımi səviyyəyə çatması ilə nəticələnə bilmir.
Uğurlu gələcək üçün güclü...
Mövzu ilə bağlı suallarımızı cavablandıran təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bəzi maraqlı məqamlara da diqqət çəkib. Ekspert peşə təhsili almış şəxslərin əmək bazarında daha uğurlu olması qənaətindədir: “Hazırda ölkəmizdə 51 ali təhsil müəssisəsi var və ali təhsil müəssisələrində 187 min tələbə təhsil alır. Peşə təhsil müəssisələrinin sayı əvvəl 107 olsa da, bu say 56-a qədər azalıb. Etiraf edək ki, Azərbaycanda ali təhsil müəssisələri və peşə təhsili müəssisələri kadrı müasir dövrün tələblərinə və əmək bazarının standartlarına uyğun hazırlamırlar. Bunun nəticəsidir ki, ali təhsil alanların yalnız 42 faizi öz ixtisası üzrə işini davam etdirir”.
Ali təhsilin müasir dövrün trendləri sırasında olmadığını deyən K.Əsədov hesab edir ki, peşə təhsili müəssisələrinə diqqət artırılmalıdır: “Bu, gələcəyə baxış konsepsiyasında da əks olunur. Ali təhsil müəssisələrində əldə edilən biliklər vaxt itkisidir, əmək bazarı isə daha çevik kadrların hazırlanmasını istəyir. Buna görə də peşə təhsilinə diqqət artırılmalı, bu sahədə təkmilləşdirmə işləri aparılmalıdır. Qeyd edim ki, əmək bazarında ən uğurlu kadrlar məhz peşə təhsili müəssisələrindən məzun olanlardır. Onlar yenilikləri, dünya trendlərini daha tez mənimsəyirlər. Bu gün əmək bazarında onların yüksək gəlir əldə etdiyinin şahidi oluruq. Ali təhsil müəssisində 4 il vaxt itirib, sonra iş axtarışında olmaqdansa, altı ay və ya bir il ərzində müəyyən peşədə mütəxəssis olan potensial kadr əmək bazarına daha çevik daxil olur. Hətta bəzən ali təhsilli müəllimdən və ya hüquqşünasdan daha çox gəlir əldə edənlər də peşə təhsilini bitirən şəxslər olur. Hər kəs öz bilik və bacarığına uyğun təhsil formasını seçməlidir. Çox təəssüf ki, bu gün peşə təhsilinə cəmiyyətin yanaşması yanlışdır. Onlar hesab edirlər ki, yeganə uğurlu kadr üçün yol, vasitə ali təhsilli olmaqdır. Bu fikir yanlışdır. Əmək bazarında mütəxəssis olmaq üçün ali təhsil hər zaman özünü doğrultmur”.
Karyera və İşə Hazırlıq Mərkəzininin təsisçisi və direktoru, karyera məsləhətçisi Şahin Sərdarlı isə açıqlamasında bildirib ki, bu gün məzunların əksəriyyəti öz ixtisasları üzrə karyeralarını davam etdirmirlər.
Buna səbəb olan amillərdən söz açan Ş.Sərdarlı qeyd edib ki, səbəblərdən biri ixtisas seçimi zamanı abituriyentlərin valideynlərinın təkidi ilə istəmədikləri ixtisaslara yiyələnməsidir: “Tələbəlik dönəmində isə ixtisasa maraq yaranmadığı üçün təhsilalanların peşəkar mütəxəssis kimi formalaşmasında əngəllər yaranır. Buna görə də gənclər məzun olduqdan sonra fərqli sahələrə yönəlirlər. Əmək bazarının mövcud reallığını nəzərə alsaq, müəssisələr işi bilən kadrlara daha çox önəm verir, yəni, ixtisasa deyil, işi bacaran, praktiki bilik və bacarıqları üstün olanların iş qazanma şansı olduqca yüksək olur”.
Karyera məsləhətçisinin fikrincə, peşə təhsili və ali təhsil seçimi gənclərin ixtisasın və peşənin nə olduğunu tam dərk etmədikləri bir vaxta təsadüf edir: “Ümumiyyətlə, bizim cəmiyyətdə peşəkar mütəxəssis kimi formalaşmağa deyil, tələbə adını qazanmağa və diplom almağa üstünlük verilir. Peşə və ya ixtisas seçimi şagirdlərlə yanaşı valideynin, xüsusilə də mütəxəssislərin istiqamətləndirilməsi ilə reallaşdırılmalıdır. Mövcud əmək bazarı təhlil edilməli, şəxsin potensialı, bilik və bacarıqları nəzərə alınmalıdır”.
“Ümumiyyətlə, gənclər çalışmalıdır ki, fərqli peşələr üzrə praktiki biliklərə sahiblənsinlər. Əmək bazarında tələb və təkliflər tam başqadır. Bütün bunlar analiz edilməli və müvafiq nəticəyə gəlinməlidir. Bu günün reallığı ondadır ki, ali təhsilli gənclər belə məzun olduqdan sonra alternativ peşəyə sahiblənmək, təkrar ixtisaslaşmaq və işə sıfırdan hazırlaşmaq məcburiyyətində qalırlar. Odur ki, seçimlər şəxslərə buraxılmalıdır”, - deyə Ş.Sərdarlı fikirlərinə yekun vurub.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

