Təbiətin şıltaqlığı: Sel və daşqınlar
02.06.2023 [11:15]
Çıxış yolları var, amma...
Yeganə BAYRAMOVA
Təbiətin insanlar üçün hazırladığı xoşagəlməz “sürprizlərdən” biri sel və daşqın fəlakətidir. Quraqlığın antipodu sayılan sel fəlakətləri həddən artıq yağıntının yağması nəticəsində baş verən təbiət hadisəsidir. Azərbaycanda Kür, Rusiyada Volqa, Amur, Çində Yantszı, Xuanxe, ABŞ-da Missisipi, Ohayo, Avropada Dunay, Visla, Sena çayları tez-tez daşaraq, ətraf əraziləri suya qərq edir. Bu çayları həmin ölkələrin “baş bəlası” da adlandırmaq olar. Çünki çay daşqınları öz miqyasından asılı olaraq, yüz minlərlə insanın ev-eşiyini itirməsinə, ölümünə və infrastrukturun dağılmasına səbəb olur.
Ölkəmizdəki çaylarda sel və daşqınların ola biləcəyi ehtimalı hər birimizi narahat etməkdədir. Yaxın keçmişimizə nəzər salsaq, Azərbaycan çaylarında yaşanan sel və daşqınlar daha çox yaz aylarında olub. Çünki bu dövrdə yağan yağışın həcmcə artması nəticəsində əksər dağlardan düzənliyə çıxan irili-xırdalı çayların gətirdiyi lilli su kütləsi dərəsini doldurub, sahilləri basır.
FHN-dən müraciət
Ötən gün Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Sözügedən müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, çaylarda sululuğun artacağı və bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır.
Belə ki, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur”.
İrili-xırdalı qəzəbli çaylar
Azərbaycanda irili-xırdalı 8550-dən artıq axar sulu çay var. Bunlardan yalnız 50-nin uzunluğu 50 kilometrdən çoxdur, hətta 7550-nin uzunluğu 5 kilometrdən də azdır. Buna baxmayaraq, Azərbaycandakı mövcud çayların 87 faizində məhz yağış suları artdığı halda sel yaranır.
Ümumiyyətlə, ölkəmizdəki çayları sistemləşdirsək, görərik ki, mövcud olduqları regionlara baxmayaraq, daşqın törədənlərin hamısı dağ çaylarıdır. Bunlar xüsusilə, Böyük Qafqazın qidalandırdığı çaylardır- Talış dağlarından qidalanan çaylar (Bolqarçay, Viləşçay, Lənkərançay, Astaraçay, Təngərud) və müəyyən qədər də Böyük Qafqazın şərq hissəsindəki (Samur, Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçay, Gilgilçay, Şabrançay, Ataçay) Xəzərə tökülən çaylar.
Bu arada qeyd edək ki, sellər mahiyyətinə görə fərqlənir. Məsələn, əgər sel suları nisbətən də olsa, şəffafdırsa, nə qədər güclü gəlsə də, dağıdıcılığı xeyli az olur. Sel lil-palçıqlı olarsa, dağıdıcılıq gücü dəfələrlə artır. Çünki bu halda sel gətirdiyi suxurları və digər materialları həm öz dərəsində, həm də genişlənmiş subasarında, alçaq sahillərdə çökdürməklə öz yolunda maneələr yaradır, dolayısıyla daşqının əhatəsini genişləndirir. Şəki-Zaqatala bölgəsinin, həmçinin Naxçıvanın yüksək dağlıq ərazilərinin çaylarında əsasən bu cür sellər mühahidə olunmaqdadır.
“Su gələn arxa sel gələr”
Təbiətin şıltaqlığı ilə necə davranmalıyıq, mümkün fəlakətlərə necə hazırlaşmalıyıq?
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi Ramil Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bunun üçün ilk növbədə çay yataqlarına antropogen müdaxiləni dayandırmaq lazımdır. Yəni, insanlar çay yatağındakı daş və qumdan istifadə edərkən suyun axın istiqamətinin dəyişməsinə şərait yaratmamalıdırlar: “Dəfərlərlə daşqınlar məhz bu səbəbdən yaranıb. Məsələn, yataqdakı daş daşınarkən suyun axını sahillərdən birinə tərəf meylləndirilib ki, bu da sel vaxtı həmin istiqamətdə sahilin yuyulmaması, torpaq sürüşməsi və suyun ətraf əraziləri basması ilə nəticələnib. Başqa bir antropogen amil insanların nə vaxtsa sel olacağını nəzərə almadan, çayların subasarında tikinti aparması, mal-qara saxlayıb, əkin-biçinlə məşğul olmasıdır. Bu da bəs etmirmiş kimi, yaşayış evlərini çayın tam sahilində və ya mümkün sel suyunun basa biləcəyi çökək ərazilərdə tikirlər. Bu halda onlar nə vaxtsa selin gələcəyini düşünmürlər. Hansı ki, qlobal istiləşmənin yaratdığı fövqəladə vəziyyətlərdə sel sürprizləri qaçılmazdır.
Bəzən binalar çayın lap sahilində tikilir, hətta bəzilərinin bünövrəsi birbaşa çayın yatağında qazılır. Məlum sel dalğası gələrkən ilk olaraq məhz həmin binaların uçma ehtimalı çox yüksəkdir. Ona görə də bütün dünya alimləri bu faktı nəzərə alaraq, insanları çayların tarixən yaratdığı dərələri zəbt etməməyə çağırır və bildirirlər ki, əgər su nə vaxtsa bu dərəni yaradıbsa, mütləq oradan axa bilər. Atalar demişkən, “Su gələn arxa sel gələr”.
Bənd və istehkamlar
R.Məmmədovun sözlərinə görə, sel və daşqınların qarşısını almaq üçün başqa əlverişli üsullardan biri bənd və istehkamların yaradılmasıdır: “Mingəçevir su anbarı tikilmədən öncə hər il Kür çayı daşaraq sahilyanı bölgələri basırmış. Ona görə də hökumətin planı və yerli əhalinin birbaşa dəstəyi ilə Kür sahili boyunca hündür torpaq tirlər - bəndlər tikildi. Məhz bundan sonra kənd evləri daşqın sularından xilas olub. Mingəçevir su anbarı tikiləndən sonra çayda axın sabitləşib və indiki dərəsi ilə Xəzərə axır. Həmin təcrübədən istifadə edərək, dağlıq bölgələrdəki bir çox yaşayış məntəqəsini mütəmadi sel daşqınlarından qorumaq olar.
Su anbarları...
R.Məmmədovun fikrincə, sel və daşqınların qarşısını almaq üçün ən vacib amillərdən biri, bəlkə də birincisi çayların qarşısında - elmi baxımdan əsaslandırılmış bölgələrdə iri bəndlərin tikilərək, su anbarlarının yaradılması ola bilər: “Bu üsul daha çox iri çaylar üçün xarakterik olsa da, qlobal istiləşmədən asılı olaraq, içməli və suvarma suyuna tələbatın ildən-ilə həndəsi sürətlə artdığı bir vaxtda kiçik çaylarda da su anbarlarının tikilməsi vacibdir. Selə meylli çaylar müxtəlif bölgələrimizdə yerləşir. Bu qədər çayın üzərində su anbarlarının yaradılması, əlbəttə, böyük maliyyə xərci tələb edir. Lakin nə qədər enerji istehsalına, nə qədər torpağın suvarılmasına, insanların içməli su ilə təchizatına şərait yaranacaq”.
Göründüyü ki, təbiət özünün bir hissəsi olan insanları öldürmək istəmir, əksinə, onlara daha geniş imkanlar təqdim edir. Odur ki, işindən-peşəsindən, vəzifəsindən asılı olmayaraq insanlar oturub düşünməlidir: nə edək ki, təbiətin qəzəbindən yan keçək və həm də ondan faydalanaq...
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
28 Sentyabr 18:00

Xəbər lenti
28 Sentyabr 17:23

Xəbər lenti
28 Sentyabr 17:20

Xəbər lenti
28 Sentyabr 17:14

Xəbər lenti
28 Sentyabr 16:25

Xəbər lenti
28 Sentyabr 16:22

Xəbər lenti
28 Sentyabr 16:16

İdman
28 Sentyabr 15:43

Xəbər lenti
28 Sentyabr 15:23

Dünya
28 Sentyabr 15:00

Xəbər lenti
28 Sentyabr 14:46

Xəbər lenti
28 Sentyabr 14:24

Xəbər lenti
28 Sentyabr 14:17

Xəbər lenti
28 Sentyabr 14:15

Xəbər lenti
28 Sentyabr 14:01

İdman
28 Sentyabr 13:58

Xəbər lenti
28 Sentyabr 13:52

Xəbər lenti
28 Sentyabr 13:31

Xəbər lenti
28 Sentyabr 13:21

Xəbər lenti
28 Sentyabr 13:11

Xəbər lenti
28 Sentyabr 13:08

Xəbər lenti
28 Sentyabr 12:58

Xəbər lenti
28 Sentyabr 12:56

Xəbər lenti
28 Sentyabr 12:53

Xəbər lenti
28 Sentyabr 12:52

Xəbər lenti
28 Sentyabr 12:50

Xəbər lenti
28 Sentyabr 12:35

Xəbər lenti
28 Sentyabr 12:33

Mədəniyyət
28 Sentyabr 12:28

İqtisadiyyat
28 Sentyabr 12:20

Xəbər lenti
28 Sentyabr 12:16

Xəbər lenti
28 Sentyabr 12:14

Mədəniyyət
28 Sentyabr 12:11

Siyasət
28 Sentyabr 12:05

Xəbər lenti
28 Sentyabr 12:04

Xəbər lenti
28 Sentyabr 11:57

Sosial
28 Sentyabr 11:54

Xəbər lenti
28 Sentyabr 11:41

Siyasət
28 Sentyabr 11:38

Xəbər lenti
28 Sentyabr 11:32

Xəbər lenti
28 Sentyabr 11:27

MEDİA
28 Sentyabr 11:20

Xəbər lenti
28 Sentyabr 11:15

Sosial
28 Sentyabr 11:10

Xəbər lenti
28 Sentyabr 11:02

Xəbər lenti
28 Sentyabr 10:58

Analitik
28 Sentyabr 10:55

Xəbər lenti
28 Sentyabr 10:50

Xəbər lenti
28 Sentyabr 10:44

Siyasət
28 Sentyabr 10:40

Xəbər lenti
28 Sentyabr 10:33

Xəbər lenti
28 Sentyabr 10:32

Xəbər lenti
28 Sentyabr 10:31

İqtisadiyyat
28 Sentyabr 10:30

Siyasət
28 Sentyabr 10:20

Gündəm
28 Sentyabr 10:10

Siyasət
28 Sentyabr 10:00

Xəbər lenti
28 Sentyabr 09:54

Xəbər lenti
28 Sentyabr 09:38

Xəbər lenti
27 Sentyabr 23:00

Xəbər lenti
27 Sentyabr 21:25

Xəbər lenti
27 Sentyabr 19:00

Xəbər lenti
27 Sentyabr 18:35

Siyasət
27 Sentyabr 18:04

Xəbər lenti
27 Sentyabr 17:25

Xəbər lenti
27 Sentyabr 16:46

Xəbər lenti
27 Sentyabr 16:34

Xəbər lenti
27 Sentyabr 16:08

Dünya
27 Sentyabr 16:05

Xəbər lenti
27 Sentyabr 15:21
