Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Türk Dövlətləri Təşkilatının gücləndirilməsi ölkəmizin xarici siyasətinin prioritetidir

Türk Dövlətləri Təşkilatının gücləndirilməsi ölkəmizin xarici siyasətinin prioritetidir

09.10.2025 [22:19]

Azərbaycan Türk ölkələrinin biriliyində maraqlıdır və bunun üçün hər zaman əməli addımlar atır. Məhz bu baxımdan Türk Dövlətləri Təşkilatının gücləndirilməsi ölkəmizin xarici siyasətinin prioritetidir. Ölkəmiz tərəfindən təşkilatın Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində ianənin edilməsi buna bariz nümunədir. Türk Dövlətləri Təşkilatının fəaliyyətini daha da güclnəndirmək məqsədi ilə rəsmi Zirvə görüşlərindən əlavə qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi ənənəsi də yaradılmışdır. İlk qeyri-rəsmi Zirvə görüşü də məhz Şuşada keçirilmişdir.

Artıq Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil,  həm də ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının oktyabrın 7-də Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyev çıxışında vurğuladı ki, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir. Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi sülh və təhlükəsizliyin, eləcə də ölkələrimizin müstəqilliyinin və ərazi bütövlüyünün təmin edilməsi baxımından çox vacibdir.

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Təşkilatı çərçivəsində nəqliyyat və kommunikasiya əlaqələri strateji əhəmiyyətə malikdir. Türk dünyasının nəqliyyat, kommunikasiya və tranzit  imkanları qlobal əhəmiyyətli layihələrin icrasında mühüm əhəmiyyətə malikdir. Bu baxımdan ölkəmizin daha geniş imkanları var və bir növ körpü rolunu oynayır. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyev ölkəmizin bu sahədə olan potensialına xüsusilə diqqət çəkdi. Ölkə başçısı bildirdi ki,  2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib.

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatının İdeoloji işlər üzrə məsləhətçisi

Paylaş:
Baxılıb: 44 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Siyasət

MEDİA

MEDİA

Londonda iqlim dialoqu...

09 Oktyabr 09:56  

Analitik

5 saatlıq görüş...

09 Oktyabr 09:42

Analitik

Sosial

Məktubunuz var...

09 Oktyabr 08:20  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31