Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Kəlbəcər rayon tam orta məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

Kəlbəcər rayon tam orta məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

09.10.2025 [12:42]

08 oktyabr 2025-ci il tarixində YAP Kəlbəcər rayon təşkilatı tərəfindən Goronboy rayonunda fəaliyyət göstərən 28 nömrəli Kəlbəcər rayon tam orta məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.                                                                      

Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqqəlik sükutla yad edildi. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması təsadüfi qərar deyil. Bu il Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30-cu ildönümü və İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin 5-ci ildönümü ilə eyni vaxta təsadüf edir. Bu iki böyük hadisə dövlətçiliyimizin möhkəmliyinin, xalqımızın birliyinin və sarsılmaz iradəsinin təntənəsidir. Bu gün tam suverenliyə nail olmuş, öz ərazi bütövlüyünü təmin etmiş bir dövlət kimi Azərbaycan xalqı qürur hissi keçirir. Qazanılmış tarixi nailiyyətlər ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinin və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Sədr Həbib Misirov qeyd etdi ki, keçirilən tədbirlər və təşəbbüslər Konstitusiyamızın ali dəyər kimi təbliğinə, suverenliyimizin daha da möhkəmlənməsinə və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verəcəkdir. Məktəbin direktoru, Ərazi Partiya təşkilatının sədri Vuqar Əmrahov, qocaman pedaqlar Sahibə Xəlilova, Cəlil Orucov, Kifayyət Səmodova və digər çıxış edənlər bildirdilər ki, ərazi bütövlüyümüzün tam bərpa edilməsi, dövlət suverenliyimizin təmin olunması isə bu iradənin real nəticəsidir. Bu böyük nailiyyətlər ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyinin bəhrəsidir. Çıxış edənlər də vurğuladılar ki, artıq Kəlbəcərə qayıdış prosesi həyata keçirilib, ailələr doğma yurda köçür və yeni məktəb fəaliyyətə başlayıb. Bu hadisə təkcə bir təhsil ocağının açılışı deyil — bu, həyatın, inkişafın və böyük Qayıdışın rəmzidir. Sonda bir qrup təhsil işçilərinə YAP Kəlbəcər rayon təşkilatı tərəfindən fəxri fərmanlar təqdim edildi. 

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Siyasət

MEDİA

Londonda iqlim dialoqu...

09 Oktyabr 09:56  

Analitik

5 saatlıq görüş...

09 Oktyabr 09:42

Analitik

Sosial

Məktubunuz var...

09 Oktyabr 08:20  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31