Türk dünyasının gücü onun birliyindədir
08.10.2025 [21:45]
Cari ilin oktyabr ayının 7-də Azərbaycanın qədim və təbii gözəllikləri ilə seçilən Qəbələ şəhəri Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünə ev sahibliyi etdi. Zirvədə Azərbaycan Prezidenti cənab İlham Əliyev, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin yüksək səviyyəli nümayəndələri iştirak etdilər.
Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında öncə Qəbələnin tarixi əhəmiyyətinə toxunaraq, onun qədim Qafqaz Albaniyasının paytaxtlarından biri olduğunu vurğuladı. O, Türk Dövlətləri Təşkilatının regional əməkdaşlıq çərçivəsindən çıxaraq artıq qlobal miqyasda təsir gücünə malik bir təşkilata çevrildiyini qeyd etdi.
Azərbaycanın təşkilata verdiyi dəstəyi konkret nümunələrlə ifadə edən cənab Prezident, Katibliyin ehtiyacları üçün ölkəmizin 2 milyon ABŞ dolları məbləğində ianə ayırdığını elan etdi. Bununla yanaşı, TDT-nin gələcək inkişaf istiqamətləri, təhlükəsizlik, iqtisadi əməkdaşlıq, gənclər siyasəti və nəqliyyat-logistika sahələrində birgə fəaliyyətin genişləndirilməsinin vacibliyi vurğulandı.
Cənab Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də Türk dövlətlərinin müdafiə sahəsində əməkdaşlığı ilə bağlı idi. Ölkəmizin başçısı 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsini təklif edərək, bu sahədə koordinasiyanın gücləndirilməsinin zəruriliyini bildirdi.
Cənab Prezident Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı görülən işlərdən də bəhs etdi. O, qardaş ölkələrin bu prosesə verdiyi töhfələri yüksək qiymətləndirərək, Özbəkistan, Qazaxıstan, Macarıstan, Türkmənistan və Türkiyənin bölgədə inşa etdirdiyi məktəb və məscidlərə görə təşəkkürünü bildirdi. Bu nümunələr Türk dünyası ölkələrinin həmrəyliyinin praktiki göstəricisi kimi təqdim olundu.
Qəbələ görüşünün yekununda qəbul edilən qərarların Türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcəyi ifadə olundu. Ölkə rəhbəri cənab İlham Əliyev çıxışının sonunda Türk dünyasının gücünü birliyində gördüyünü və bu birliyin xalqların rifahına və təhlükəsizliyinə xidmət edəcəyini xüsusi vurğuladı.
Bu Zirvə Görüşü, həm siyasi baxımdan, həm də tarixi və strateji əhəmiyyəti ilə Türk Dövlətləri Təşkilatının gələcəyində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42

