İxtisas seçimi başladı...
17.08.2023 [11:26]
Ötən illə müqayisədə 7560 plan yeri artıb
Yeganə BAYRAMOVA
Ali məktəblərə keçirilən imtahanlar başa çatıb. Hazırda abituriyentlər daha həyəcanlı və gərgin mərhələdədirlər. Belə ki, ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib. Proses bütün ixtisas qrupları üzrə avqustun 28-dək internet vasitəsilə aparılacaq.
Qeyd edək ki, bəzi ali təhsil müəssisələrinin qəbul planında yerlər artırılıb. Artıq 10 minə qədər plan yerinin boş qalacağı ilə bağlı iddialar səslənir. Bu da abituriyentlərin topladığı balların aşağı olması ilə əlaqələndirirlər.
Maraqlıdır, balların aşağı düşməsini təhsil keyfiyyətinin aşağı olması ilə əlaqələndirmək olar?
Peşə məktəblərinə axın artıb
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşən təhsil eksperti Nadir İsrafilov problemin faciəyə çevrilməsinin düzgün olmadığını bildirib. O, qeyd edib ki, hər il bəzi vacib ixtisaslar üzrə yerlər tam dolur, bəziləri üzrə isə boş yerlər qalır və yenidən qəbul keçirilir: “Bunu da təhsilin keyfiyyətinin aşağı düşməsi ilə əlaqələndirməyə çalışırlar. Son illər texniki peşə məktəblərinə axın müəyyən qədər artıb. Ola bilsin ki, plan yerlərinin dolmamasında son illər həmin məktəblərə marağın artmasının da öz rolu var. Yaxın vaxtlarda bununla bağlı rəsmi statistika dərc olunacaq və hansı yerlərin dolduğu, hansı yerlərin boş qaldığı məlum olacaq”.
İxtisas seçimi keçid balının ümidinə qalıb
N.İsrafilovun sözlərinə görə, son vaxtlar imtahanın sadələşdirilməsi, təkpilləli və vahid imtahanların keçirilməsi məsələsi müzakirə olunur: “Hələ 2016-cı ildə DİM sədri Məleykə Abbaszadə, bu barədə məlumat vermiş və imtahan modelinin daha rahat və münasib forması üzərində iş getdiyini bildirmişdi. Hazırda bir neçə Avropa ölkəsində bu təcrübədən istifadə olunur. Bir imtahanla həm attestat verilir, həm də abituriyent topladığı bala müvafiq olaraq, istədiyi universitetə qəbul ola bilir. Ölkəmizdə də buna ciddi ehtiyac yaranıb. Əgər qəbul qaydalarında dəyişiklik edilməsə, zorla mütəxəssis yetişdirməyə davam edəcəyik.
Bu gün universitetlərdə təhsil alanların çoxu ixtisas seçərək qəbul olunsalar da, sonradan fikirlərini dəyişiblər və məcburiyyət qarşısında qalaraq təhsillərini davam etdirirlər. Bu baxımdan da seçimin mərkəzləşdirilmiş qaydada aparılması ilə bağlı təkliflər gündəmdədir. Keçmiş SSRİ dövründə peşəyönümlü məsələlər orta məktəbdən başlayırdı.
Kim hansı ixtisas üzrə təhsil alacaqdısa, əvvəlcədən müəyyən edir, müəllimlər və valideynlər də onlara dəstək verirdi. İndi isə ixtisas seçimi keçid ballarının ümidinə qalıb.
Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev də bu məsələyə toxundu və bildirdi ki, hüquqşünas olmaq istəyən sonda tarixçi, yaxud həkim olmaq istəyən bioloq olur. Elə etmək lazımdır ki, peşə seçimi orta məktəbdən başlasın, məktəbli isə hansı ixtisasa maraqlı olduğunu indidən müəyyən etsin”.
55900 plan yeri
Təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, 2022-2023-cü tədris ilində Azərbaycan Ali təhsil müəssisələrinə qəbul olunanların sayı 48340 nəfər olub: “2023-2024-cü tədris ilində isə ali təhsil müəssisələrinə ümumilikdə 55900 plan yeri ayrılıb. Yəni ötən illə müqayisədə bu il 7560 nəfər çoxdur”.
Keçid balı imtahan nəticələrindən asılıdır...
Ekspert qeyd edib ki, keçid ballarına təsir edəcək amil birbaşa abituriyentlərin göstərdiyi nəticələrdən asılıdır: “Məsələn, I ixtisas qrupuna ötən il 30 mindən artıq abituriyent müraciət etmişdi, bu il isə 28-29 min civarındadır. Ola bilər ki, abituriyentlərin nəticələri 500 bal üzərində olsun, bu, o deməkdir ki, keçib balı da 500 civarında olacaq. Abituriyentlər isə 250 civarında bal toplayıbsa, ötən ildən fərqli olaraq 400-500 ballıq ixtisaslara da keçid balı 250 olacaq. Amma yenə deyirəm, keçid balı say statistikasından deyil, birbaşa imtahan nəticələrindən asılıdır”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

