“Xəstəliklər fəsli...”
03.04.2024 [11:15]
Yaz allergiyalarından necə qorunaq?
Yeganə BAYRAMOVA
Yaz aylarında ağacların çiçək açması, tozlanmanın başlaması və havada uçan toz hissəcikləri ilə əlaqədar allergik xəstəliklər yaranır və ya kəskinləşir. Ona görə də çox zaman yaza “xəstəliklər fəsli” də deyilir. Allergik rinit, allergik faringit, dəri allergiyaları, allergik bronxit, xroniki mədə-bağırsaq xəstəlikləri yaz fəslində daha da kəskinləşir.
Allergik xəstəliklərin növləri
Klinik praktikada indiyə kimi elmə məlum olan bütün allergik xəstəliklər bir neçə növə ayrılır:
Respirator (tənəffüs) allergiyalar. Bu qrupa mövsümi və ilboyu davam edən allergik rinitlər, rinosinuzit, traxeobronxit və respirator allergiyaların ən ağır növü hesab olunan bronxial astma daxildir.
Kontakt allergiyaları (dəri formaları). Bu qrupa qaşınma və səpkilərlə müşayiət olunan övrə xəstəliyi, Kvink ödəmi (dəri, dərialtı toxuma və selikli qişanı zədələyən allergik xəstəlik), atopik dermatit və ekzema aid edilir.
Qida allergiyaları. Özündə müxtəlif klinik təzahürləri əhatə edir: həzm sistemi, dəri və tənəffüs orqanlarının təcrid olunmuş və ya birgə zədələnmələri.
Həşərat allergiyası. Bu allergik reaksiya həşərat dişləməsi və ya tullantı məhsulları ilə təmas nəticəsində ortaya çıxır.
İnfeksion allergiyalar. Onların yaranmasının səbəbi patogen xüsusiyyətlərə malik bakteriya, virus və göbələklərdir (vərəm, brusellyoz, qarayara, sifilis, süzənək və s. xəstəliklərin törədiciləri).
Bəs, allergik reaksiyalar zamanı nə etməliyik?
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən allerqoloq-həkim Şəhla Məmmədxanlı həssas insanların diqqət etməli olduğu məqamlardan danışıb. Onun sözlərinə görə, yaz fəslində ev tozu gənələrinin balalaması artır. Ev tozu gənələri istənilən yaşayış yerində var.
Həkim qeyd edib ki, allergiyası olan şəxs yatdığı, istifadə etdiyi otaqdan yun əşyaları yığışdırmalı, yorğan döşəyini tez-tez dəyişdirməlidir: “Həmin insanlar yaxşı olar ki, öz fəaliyyətlərini günün ikinci yarısında həyata keçirsinlər. Küləkli havada bayıra çıxmasınlar, bu halda baş örtüklərindən istifadə etsinlər. Gün eynəklərindən qoruyucu maskalardan istifadə olunmalıdır. Evə döndükdən dərhal sonra duş qəbul edilməldir. Üst geyimlərini yataq otağına aparmaq olmaz”.
Allerqoloq qeyd edib ki, allergiyanın nəyə qarşı olduğunu bilmək üçün test verilməlidir: “Pandemiyadan sonrakı dövrlərə baxsaq, pasientlərdə daha çox aşkarladığımız udlaq və sərt damağdakı qaşınma hissidir. Şikayətlər daha da kəskinləşərsə və bu, burun-tənəffüs pozulmasıdırsa, o zaman artıq xəstəyə cərrahi müdaxilə həyata keçirilə bilər. Bu zaman radrovikans aləti ilə burun balıqqulaqlarını kiçildərək, tənəffüsü bərpa etmək lazım gəlir”.
Saat 10-11 arası...
Allerqoloq, həmçinin bildirib ki, yazda allergiyası kəskinləşənlər günün birinci yarısı, xüsusilə, saat 10-11 arası açıq havada gəzməməlidirlər. Çünki tozlanma daha çox səhər saatlarında olur: “Bundan başqa, həkim təyinatı olmadan sprey və başqa dərmanlar qəbul etmək yolverilməzdir.
Yaz fəslində gözləri də qorumaq lazımdır. Çünki yazda allergik konyuktivit meydana çıxa bilər. Bunun üçün gün eynəklərindən istifadə olunmalıdır. Allergiyası olanlar yaz aylarında paltar yuyan zaman çalışmalıdırlar ki, qapalı eyvanlarda qurutsunlar. Bu zaman çöldə olan toz paltarlara hopmamış olacaq. Evdə heyvan saxlayanlarsa bu dövrdə çalışmalıdırlar ki, heyvanlar yataq otaqlarına girməsinlər”.
Avtomobillərin hava filtrləri təmizlənməlidir
Ş.Məmmədxanlının sözlərinə görə, yaz aylarında allergiyaya yaxalanmamaq üçün avtomobillərin hava filtrlərini də təmizləmək məsləhət görülür: “Siqaret çəkənlər siqaretdən imtina etsələr, daha yaxşı olar. Siqaret çəkməyən insanlar isə çəkənlərdən uzaq olmalıdır. Kəskin qoxular, parfüm qoxusu olan yerlərdə olmaqdan çəkinmək lazımdır. Sitrus meyvələrdən uzaq olmalı, digər meyvələrə üstünlük verməlidirlər. Çərəzlərdən uzaq olmaq lazımdır. Çünki çərəzlər də allergik xəstəlikləri qıcıqlandırır”.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

