Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / NATO - Rusiya: qarşıdurmanın bir addımlığında...

NATO - Rusiya: qarşıdurmanın bir addımlığında...

31.05.2024 [10:38]

Kollektiv Qərb eskalasiyanın coğrafiyasını böyüdür

2022-ci ilin fevralında başlanan Ukrayna-Rusiya müharibəsinin miqyası və coğrafiyası böyüyə bilər. Belə ki, müharibə başlanan gündən etibarən Kiyevə maddi yardımlar ayıran kollektiv Qərb müharibəyə münasibətdə yeni mövqe sərgiləyib. Əgər bir müddət öncəyə qədər Qərbin aparıcı dövlətləri, eyni zamanda, NATO üzvü olan mərkəzi Avropa kontingentinin ölkələri onların silahları ilə Rusiyaya qarşı zərbələr endirməyə icazə vermirdilərsə, bu qadağa aradan qaldırılıb. Xatırladaq ki, hələ bir müddət öncə bir sıra ölkələr bunu NATO-Rusiya qarşıdurmasının məşqi olacağını söyləyirdilər. Bildirilirdi ki, hazırki məqamda NATO-nun Rusiyaya qarşı hərbi əməliyyatlara başlaması real deyil. Amma verilən son qərar bunun əksini göstərir.

ABŞ da razıdır...

Vurğulandığı kimi, Böyük Britaniya, Latviya, Litva, Niderland, Polşa, Finlandiya, Fransa, Çexiya, İsveç və Estoniya Ukraynaya öz silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verib. Bu barədə məlumat yayan xarici KİV-lər bildirib ki, mayın 25-də verdiyi açıqlamada NATO-nun Baş katibi Yens Stoltenberq də Rusiyadakı silah obyektlərinin məhv edilməsi üçün Qərb silahlarının istifadəsinə qoyulan qadağanın aradan qaldırılmasına çağırıb. Xatırladaq ki, az zaman öncə bir qrup ABŞ Konqresinin üzvü Ukraynanın Rusiya ərazisinə qarşı hücumlarda ABŞ silahlarından istifadə etməsinə icazə verilməsini istəmişdi.

ABŞ-ın məsələdəki mövqeyi isə müəyyən mənada anlaşılmazdır. Belə ki, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit Ukraynaya Amerika silahlarından istifadə etməklə Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün qoyulan məhdudiyyətləri şərh edərkən deyib ki, Ukraynanın Rusiyaya qarşı hərbi əməliyyatları necə aparacağını seçmək hüququ var: “Düşünürəm ki, ABŞ dövlət katibi Antoni Blinken və başqaları açıq şəkildə bildirdilər ki, bu, son nəticədə Ukraynanın müharibəsidir, işğalçı ilə necə mübarizə aparacağına o, qərar verir, biz bunu onların ixtiyarına buraxırıq”.

Eyni zamanda, Smit qeyd edib ki, Ukraynanın Rusiyanı Amerika silahları ilə vurmaq hüququ ilə bağlı “təzə xəbərləri” yoxdur. Vurğulandığı kimi, ABŞ-ın NATO-dakı müttəfiqlərinin bir neçəsi artıq Kiyevə onlardan aldığı silahlarla Rusiya ərazisinə zərbələr endirməyə icazə verib.

Münaqişəni alovlandırmaq istəyən qüvvələr iş başındadırlar

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlyas Hüseynov bildirib ki, Polşadan başlayaraq digər kollektiv Qərb dövlətlərinin Ukraynaya verilən silahların Rusiya ərazisinə tətbiqinə dair çağırışların şahidi olmaqdayıq. Bu isə Rusiya - Ukrayna müharibəsində yeni bir mərhələnin başlanğıcı hesab oluna bilər: “Düzdür, Ukrayna indiyə qədər də Rusiya ərazisini hədəfə alırdı, oraya müxtəlif silah və sursatlar vasitəsilə zərbələr endirilirdi. İndiki mərhələdə artıq söhbət sanki fərqli məcra alır - açıq və ya məxfi formada verilən Qərb silahlarının Rusiya ərazisində tətbiqinə dair bir təlimat verilmiş kimi hesab olunur. Bu təlimat isə Rusiya - Ukrayna müharibəsində həm də döyüş əməliyyatlarının miqyasının və coğrafiyasının daha da genişlənməsinə yol aça bilər. Bu təlimatdan bəlli olur ki, rəsmi Kiyev sanki əməliyyatları həm də Rusiya ərazisinə daşımaq niyyətindədir. Baş verənlərin Xarkov ətrafında Rusiyanın hücumlarının genişləndərilməsi ilə bağlı hazırlıqlar görüldüyü bir zamana təsadüf etməsi də nəzərə alınmalıdır”.

Məsələnin geopolitik təhlilinə gəldikdə isə İ.Hüseynov Qərbin son dövrlərdə yeni bir xətt tutduğunu bildirib. Onun sözlərinə görə, Qərb Çini öz yanına çəkməyə çalışsa da, buna müyəssər ola bilmədi. “Geopolitik nöqteyi nəzərdən deyə bilərik ki, Çini öz yanına çəkməyə çalışan kollektiv Qərb sanki buna müyəssər ola bilmədi. Müxtəlif təmaslar, danışıqlar, nəticəsiz qaldı. Burada bir məqama da diqqət yetirmək lazımdır - Vladimir Putinin yenidən prezident seçilməsinin ardından Rusiya Pekin geopolitik vektorunu özü üçün əsas tərəfdaş hesab etdi. Bu amil də Qərb tərəfindən Ukraynaya “yaşıl işıq” yandırılmasına səbəb ola bi?ər. Şübhəsiz ki, gələcək inkişaf mərhələsində prosesin gedişini diqqətlə izləmək gərəkir. Məsələn, Ukraynanın hansı silahları məhz hansı istiqamətdə tətbiq edəcəyi maraq doğurur. Bundan başqa, Rusiyanın bu baş verənlərə cavabı hansı məcrada olacaq, bu da gedişatdan asılıdır. Yekun olaraq deyə bilərik ki, Qərbin bu yanaşmasına Moskvanın reaksiyası çox sərt oldu. Göründüyü kimi, dəfələrlə bu istiqamətdə xəbərdarlığın edilməsinə rəğmən eskalasiya ehtimalları getdikcə genişlənir. Bu baş verənlər NATO - Rusiya qarşqıdurması ilə nəticələnə bilər. Eyni zamanda, proseslərin bu istiqamətdə inkişafı danışıqlara, diplomaik təmaslara dair təhlilin keçirilməsi zərurətini də istisna edir. Sanki münaqişəni alovlandırmaq istəyən qüvvələr daha çevik və sürətli şəkildə iş başındadırlar”, - deyə politoloq əlavə edib.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 217 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Niyə 2026?

25 İyun 10:30

Siyasət

369 nəfər...

25 İyun 10:25

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

24 İyun 10:29

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30