Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Rusiyada növbəti terror

Rusiyada növbəti terror

25.06.2024 [10:53]

Bu dəfə kilsə və sinaqoq hədəfə alındı - əsas hədəf isə...

Xəbər verildiyi kimi, iyunun 23-də Rusiya Federasiyasının Dağıstan Respublikasının iki şəhərində - inzibati ərazinin mərkəzi Mahaçqala və Dərbənd şəhərlərində qanlı terror hadisəsi baş verib. Adıçəkilən şəhərlərdə iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı hücumlar edilib. Rusiyanın Dağıstan üzrə İstintaq Komitəsi “terror aktı” maddəsi ilə cinayət işi açıb. Terror aktları nəticəsində, ilkin məlumatlara görə, Rus Pravoslav Kilsəsinin keşişi və polis əməkdaşları həlak olub. Regional Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, hüquq-mühafizə orqanının 6 əməkdaşı həlak olub, 12 nəfər yaralanıb.

Dünən Milli Antiterror Komitəsinə istinadən yayılan xəbərdə bildirilirdi ki, Dərbənd şəhərində antiterror əməliyyatının aktiv mərhələsi başa çatıb. Eyni zamanda qeyd olunub ki, keçirilən antiterror əməliyyatı zamanı 6 yaraqlı məhv edilib. Bu barədə respublika başçısı Sergey Melikov məlumat verib. O, Mahaçqala və Dərbənddə əməliyyat-döyüş fəaliyyətinin aktiv mərhələsinin başa çatdığına aydınlıq gətirib. Rusiya Milli Antiterror Komitəsi beş terrorçunun - Mahaçqalada üç, Dərbənddə iki terrorçunun zərərsizləşdirildiyini bəyan edib.

Qeyd edək ki, Dağıstanın Serqokalinski rayonunun başçısı Maqomed Ömərovun iki oğlu Mahaçqaladakı terrorda iştirak edib. Öldürülmüş iki terrorçunun atası Maqomed Ömərov saxlanılıb, onun Serqakola kəndindəki evində axtarış aparılıb. Onun getdiyi məsciddə də axtarış aparıblar. Məlumata görə, Maqomed Ömərovun 10 oğlu var. Terrorda iştirak edən digər oğulları da zərərsizləşdiriliblər.

Eyni koordinat - terrorda “islam izi”...

Baş verənləri təhlil etdikdə ortaya bir sıra məsələlər çıxır - aprelin əvvəlində Moskvada “Crokus City” Hollda baş verən terror təxribatından iki ay sonra Dağıstanda belə bir hadisənin baş verməsi düşündürücüdür. Bu mənada ilk versiya kimi hədəf birmənalı şəkildə Rusiyaya qarşı olan Qərb koalisiyasına tərəf çevrilir. İki ay öncə 150 nəfərdən artıq insan?? həyatını itirdiyi və İŞİD terror təşkilatının Tacikistan qolu sayılan “Vilayəti Xorasan” qruplaşmasının məsuliyyətində qalan terror aktında olduğu kimi, bu dəfə də dini faktor ön plana çıxarılır. Terror hədəfinin məhz kilsə və sinaqoq olması bu faktı təsdiqləyir. Döyüş meydanında Rusiyaya qarşı açıq müharibədə iştirak edə bilməyən qüvvələr məhz bu yolla öz “varlıqlarını” və “müdaxilə imkanlarını” ortaya qoyurlar. Sirr deyil ki, Dağıstan Respublikası Rusiyanın dini cəhətdən radikal hesab edilən ərazilərindəndir - başqa sözlə, bu regionda istər miqrasiya etmiş Mərkəzi Asiya və Əfqanıstandan olan radikal dindar miqrantlar, istərsə də kifayət qədər radikal təfəkkürlü yerli sakin mövcuddur. Bu mənada, apreldə baş verən terror aktı zamanında olduğu kimi oxlar yenə də Qərbin nəzarətində olan İŞİD və ya onun regional qollarının üzərinə tuşlanır. Dövlət strukturlarına - polisə və hərbi qüvvələrə atəş açılması, partlayıcı və yandırıcı vasitələrdən istifadə olunması da bu versiyanı “dəstəkləyir”. Çünki dini radikal qrupların “cihad” adı altında törətdikləri bütün terror aktlarının ilk hədəflərindən biri məhz dövlətin hüquq-mühafizə orqanlarıdır.

Digər vurğulanası əsas məqam terror zamanı kilsə və sinaqoqun yandırılması məsələsidir - bəllidir ki, hazırki durumda Rusiyaya düşmən olmayan, neytrallığını qoruyan, bölgədə sabitliyin əldə olunması üçün çalışan ölkələrin mühüm əksəriyyəti müsəlman dövlətləridir. Hətta son “Brüssel konfransına” dəvətdən imtina edənlərin sırasında da müsəlman ölkələrinə daha çox rast gəlinirdi. Bu terror aktına da Qərbin İslam “qiyafəsi” geyindirməyə çalışması həm də Rusiyadakı ictimai rəyi İslam ölkələrinə qarşı yönəltməyə cəhddir. Kollektiv Qərb Rusiya üçün “güvəniləcək ölkələrin” siyahısından İslam dövlətlərini çıxmaqla yeni siyasi situasiya formalaşdırmağa niyyətlənib. Eyni zamanda, Rusiyanın daxilindəki müsəlman xalqlarına qarşı ayrı-seçkilik məsələsi də xarici mərkəzlərin ən sevimli mövzularından biridir. İndiki halda xüsusilə sosial şəbəkələrə bu tip informasiyaların buraxılması, yenidən anti-İslam müzakirələrinin açılması daxili arenada çaşqınlıq yaratmaq ?çün ən real “silahdır”. Başqa sözlə, müharibədə üstünlük qazana bilməyən Qərb koalisiyasının bu yolla daxili çaşqınlıqlar və dini ayrı-seçkilik yaratmaq arzusu da istisna edilə bilməz.

Hədəf sinaqoq, yoxsa İsrail - Rusiya münasibətləridir?

Terror aktı zamanı seçilən hədəflərin kilsə və sinaqoq olmasına bir daha diqqət yetirək - əgər, kilsənin yandırılması Rusiyadakı daxili proseslərdə nifaq yaratmaq niyyətini güdürsə, sinaqoqun yandırılmasının hədəfləri tamam fərqli xarakter daşıyır. Burada birbaşa Rusiyanın xarici siyasət istiqamətləri hədəfə alınır. Sirr deyil ki, 2022-ci ilin dekabrında keçirilən seçkilərdə Netanyahunun yenidən baş nazir postuna seçilməsi İsrail - Rusiya münasibətlərində yeni bir mərhələ başlatdı. Ukrayna-Rusiya müharibəsi səbəbilə zəifləyən əlaqələri yenidən gücləndirdi. İki ilə yaxındır ki, dövlətlərarası münasibətlər yenə də strateji müttəfiqlik səviyyəsindədir. Eyni zamanda, İsrail Rusiyanın güvəndiyi dövlətlərdən biri sayılır.

Beləliklə, terror aktında sinaqoqun hədəfə götürülməsinin ilk növbədə İsrail-Rusiya münasibətlərinə kölgə salmaq istəyindən qaynaqlandığı ortadadır. Rusiyanın məsələyə soyuqqanlı müdaxiləsi və terrorçuların qısa zamanda zərərsizləşdirilməsi onu göstərir ki, bu kimi qarşıdurma axtarışında olanlar öz niyyətlərinə çatmayıblar. Yeri gəlmişkən, İsrail XİN sinaqoqa hücumla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, hücum zamanı Dərbənd və Mahaçqaladakı sinaqoqlarda dindarlar olmayıb.

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 198 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

“Triumf yolu”..

13 İyul 11:00

MEDİA

Uğurlu yoldayıq...

13 İyul 10:55

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31