Silah versə də...
17.07.2024 [10:50]
NATO tərəf olmaqdan yayınır
İki ildən artıqdır ki, davam edən Rusiya-Ukrayna müharibəsi region ölkələri üçün də ağır nəticələr verməkdədir. Son zamanlar isə döyüşlərdə Rusiya ordusunun üstünlüyünün artması ABŞ və Avropa İttifaqı, eləcə də NATO-nun Ukraynaya hərbi yardımlarının da çoxalması ilə bağlı yeni təşəbbüsləri meydana çıxarmaqdadır. Müharibə başlayandan rəsmi Kiyevə milyardlarla dollar hərbi yardım edilsə də, ötən ilin sonlarından hərbi yardımın azalması Ukrayna ordusunun cəbhədə uğursuzluğuna səbəb olub. Ona görə də mövcud şəraitdə NATO Kiyevə əlavə yardımlar üçün yeni variantlar axtarır.
ABŞ Konqresində fikir ayrılığına son qoyulması, Kiyevə silah yardımı ilə bağlı problemin aradan qalxması silah tədarükünün artmasına səbəb olub. Amma bu, hələ də Rusiya-Ukrayna cəbhəsində Kiyevin xeyrinə dəyişikliyə gətirib çıxarmayıb. Bugünlərdə NATO-nun ABŞ-da keçirilən yubiley sammitində də Ukraynaya hərbi dəstəyin gücləndirilməsi diqqət mərkəzində olub. Sammitdə NATO müttəfiqlərinin Ukraynaya görünməmiş dəstək verdiyini bildirən Baş katib Yens Stoltenberq dəstəyin bəzi riskləri və xərcləri olduğunu da diqqətə çatdırıb. O, “Ancaq ən böyük risk Rusiyanın Ukraynada qalib gəlməsi olacaq. Biz buna icazə verə bilmərik. Bu müharibənin nəticəsi onilliklər ərzində qlobal təhlükəsizliyi formalaşdıracaq. İndi demokratiyanı qorumaq vaxtıdır və bunu Ukraynada etməliyik”-deyə vurğulayıb.
ABŞ Prezidenti Co Bayden isə deyib ki, Qərb yaxın aylarda Ukraynaya daha beş strateji hava hücumundan müdafiə sistemi göndərəcək. Belə ki, bununla bağlı ABŞ və müttəfiqləri razılığa gəlib. Məsələ ilə əlaqədar NATO sammiti zamanı ABŞ, Almaniya, İtaliya, Niderland, Rumıniya və Ukrayna liderləri birgə bəyanat imzalayıblar. Bəyanatda deyilir ki, ABŞ və müttəfiqləri Ukraynaya 5 əlavə hava hücumundan müdafiə sistemləri dəsti tədarük edəcək. Yardım paketinə “Patriot” batareyaları, onları işə salmaq üçün komponentlər və SAMP-T sistemləri daxildir. Bəyanata əsasən, sözügedən hava hücumundan müdafiə sistemləri Ukraynaya şəhərlərini, sakinləri və hərbçiləri hava hücumundan qorumağa imkan verəcək. Həmçinin tərəflər yaxın aylarda Ukraynaya NASAMS, HAWK, IRIS T-SLM, IRIS T-SLS və “Gepard” sistemləri də daxil olmaqla, onlarla taktiki hava hücumundan müdafiə sistemi vermək niyyətindədilər. “Biz, həmçinin NATO-nun Ukraynanın NATO-ya inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemini inkişaf etdirmək işinə dəstəyini alqışlayırıq. Bizim dünyaya mesajımız aydındır: Ukraynaya dəstəyimiz güclü və sarsılmazdır”, - deyə bəyanatda qeyd olunur. NATO-nun Vaşinqton sammitində 2025-ci il üçün Ukraynaya 40 milyard dollar həcmində hərbi yardım göstərilməsi qərara alınıb.
Bundan əlavə, NATO Ukraynaya əlavə vacib yardım paketini təsdiqləməyə hazırlaşır. Bu paketə həm də Ukraynaya təlim və təhlükəsizlik yardımının çatdırılmasının asanlaşdırılması üçün Almaniyanın Visbaden şəhərində NATO komandanlığının yaradılması da daxildir. Yeni yaradılacaq NATO komandanlığı ABŞ-ın indiyə kimi həyata keçirdiyi təhlükəsizlik yardımı və təlimlərin koordinasiyası ilə bağlı rəhbərlik missiyasını öz üzərinə götürəcək. Komandanlıqla yanaşı, NATO-nun şərq bölgələrində logistika qovşaqları olacaq.
Rəsmi Kiyevin NATO tərəfdaşlarından əsas istəklərindən biri onların verdiyi silahlarla Rusiya ərazisinin vurulmasına icazə verilməsidir, həm də Ukrayna səmasının bağlanmasıdır. Hava məkanın bağlanmasına, Ukrayna üzərində Rusiyaya məxsus raketlərin, hərbi təyyarələrin vurulmasına NATO razılıq vermir. Belə ki, NATO-nun Baş katibi Yens Stoltenberq “Birgə xəbərlər” telemarafonuna müsahibəsində deyib ki, Polşa da Alyansın üzvü kimi Ukrayna səmasında Rusiya ordusunun raket və təyyarələrini vurmayacaq: “Biz Ukraynanı dəstəkləyəcəyik, lakin NATO hadisələrdə birbaşa iştirak etməyəcək”. Bu, o deməkdir ki, NATO Rusiya ilə açıq hərbi qarşıdurmaya getmək istəmir.
Bununla belə, bəzi ölkələr Ukraynaya göndərdikləri silahlarla Rusiya ərazisini vurmağa icazə veriblər. Əgər bir müddət öncəyə qədər Qərbin aparıcı dövlətləri, eyni zamanda, NATO üzvü olan mərkəzi Avropa ölkələri onların silahları ilə Rusiyaya qarşı zərbələr endirməyə icazə vermirdilərsə, bu qadağa aradan qaldırılıb. Xatırladaq ki, hələ bir müddət öncə bir sıra ölkələr bunu NATO-Rusiya qarşıdurmasının məşqi olacağını söyləyirdilər. Bildirilirdi ki, hazırki məqamda NATO-nun Rusiyaya qarşı hərbi əməliyyatlara başlaması real deyil. Amma verilən son qərar bunun əksini göstərir. Məlumdur ki, Böyük Britaniya, Latviya, Litva, Niderland, Polşa, Finlandiya, Fransa, Çexiya, İsveç və Estoniya Ukraynaya öz silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verib. Bir müddət öncə verdiyi açıqlamada NATO-nun Baş katibi Yens Stoltenberq də Rusiyadakı silah obyektlərinin məhv edilməsi üçün Qərb silahlarının istifadəsinə qoyulan qadağanın aradan qaldırılmasına çağırmışdı. Xatırladaq ki, bir qrup ABŞ Konqresinin üzvü Ukraynanın Rusiya ərazisinə qarşı hücumlarda ABŞ silahlarından istifadə etməsinə icazə verilməsini istəmişdi. Qeyd etdiyimiz kimi, NATO-ya sonuncu üzv qəbul edilən İsveç də Kiyevə belə bir icazə verib. Bu barədə İsveçin müdafiə naziri Pol Yonson bildirmişdi ki, Ukraynanın Rusiya ərazisindəki hədəflərə qarşı hərbi əməliyyatlar keçirməyə hüququ var. Yonson öz mövqeyini beynəlxalq hüquqla əsaslandırıb: “Beynəlxalq hüquqa görə, müharibə qanunları əməl edilirsə, Ukrayna düşmən ərazisinə yönəlmiş hərbi əməliyyatlarla özünü müdafiə etmək hüququna malikdir. İsveç beynəlxalq hüququ və Ukraynanın müdafiə hüququnu dəstəkləyir”.
Lakin NATO daxilində Ukraynaın silahlandırılmasının əleyhinə olan ölkələr də var. Məsələn, Macarıstan silahlanmanın deyil, sülh danışıqlarının tərəfdarı kimi çıxış edir. Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib ki, ABŞ, Avropa İttifaqı və Çin münaqişənin sülh yolu ilə həlli üçün birgə çalışsalar, Ukraynadakı vəziyyətlə bağlı danışıqlar başlayacaq: “Əgər iki və ya daha yaxşısı, hər üç əsas oyunçu sülhməramlı mövqe tutsaydı, o zaman müharibə edən tərəflərin özlərinin sülhə doğru irəlilədiklərini göstərmək istəyini nümayiş etdirmə şansı olardı”.
Əslində, Kiyevin silahlandırılması haqqında qərarlar münaqişənin həllinə yox, əksinə münaqişənin Rusiya-Ukrayna müharibəsi kontekstindən çıxarıb geniş regiona yayılmasına gətirib çıxara bilər. Çünki rəsmi Moskva NATO ölkələrinin belə addımlarına səssiz qalmayacaq.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23

