Aprel döyüşlərinin ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
09.04.2024 [19:12]
Aprelin 9-da Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (QMƏVŞA İB) Qaradağ rayon şöbəsinin və Qaradağ rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Aprel döyüşləri - Böyük Zəfərin başlanğıcı” mövzusunda dəyirmi masa keçirildi.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Sonra Aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan QMƏVŞA İB Qaradağ rayon şöbəsinin sədri Məqsud Heydərov Aprel döyüşlərində Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıq nəticəsində erməni məğlubedilməzliyi barədə mifin dağıdılmasını, Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığını, onun malik olduğu ən müasir silahlarla işğal altında olan ərazilərin bir hissəsinin azad olunmasını xatırlatdı. Qeyd etdi ki, tarixə Aprel döyüşləri kimi düşən əməliyyat xalqımızın birliyini, qələbə əzmini daha daha da möhkəmləndirdi.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov qeyd etdi ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Böyük uğurla nəticələnən həmin hərbi əməliyyat Aprel döyüşləri kimi tarixləşdi. Bu döyüşlər ordumuzun torpaqlarımızı işğalçı qüvvələrədən təmizləmək qüdrətində olduğunu bütün dünyaya nümayiş etdiridi.
Qaradağ rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Həsrət Almasov özünün də iştirakçısı olduğu həmin döyüşlərdə Azərbaycan Ordusunun qətiyyətli hücumu, qazandığı qələbələri ilə düşmənin məğlubedilməzlik mifinin yalan olduğunu dünyaya nümayiş etdirdiyini vurğuladı. O qeyd etdi ki, xalqımız öz ordusu, qorxubilməz oğulları ilə qürur duyur, Aprel döyüşləri Azərbaycan dövlətinin, dövlətçiliyinin dönməzliyinin, Azərbaycan əsgərinin gücünün, qüdrətinin ifadəsi kimi tarixləşdi.
Tədbirdə digər çıxış edən YAP fəalları: Heydər Əliyev Mərkəzinin əməkdaşı Aysel Yunuszadə, Əmək, Silahlı Qüvvələr və Müharibə Veteranları təşkilatınını Qaradağ filialının sədri Əli Məmmədov, Vətən müharibəsi qazisi Bəhrəm Rəcəbli, V.Əsədov adına uşaq bağçasının tərbiyəçisi Turanə Qasımova, Uşaq Sammativ Sanatoriyasının əməkdaşı Türkanə Əliyeva, Qarabağ Qaziləri Təşkilatının Qaradağ rayon şöbəsinin sədri Əvəz İsmayılov və başqaları Aprel döyüşlərinin əhəmiyyətindən bəhs etdilər. Onlar vurğuladılar ki, bu döyüşlər Azərbaycan Ordusunun düşmənin istənilən miqyaslı təxribatının qarşısını almağa qadir olduğunu sübut etdi. Aprel döyüşləri həm də Azərbaycan Ordusu ilə düşmən ordusu arasındakı güc fərqinin, peşəkarlığın, döyüş hazırlığının fərqinin də təsdiqi oldu.
Sonda xatirə fotosu çəkdirildi.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

