Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Qurtuluş Günü: Milli Birlik və Qürur Günü”

“Qurtuluş Günü: Milli Birlik və Qürur Günü”

13.06.2024 [16:34]

15 iyun-Milli Qurtuluş Günü münasibətilə “Qurtuluş Günü: Milli Birlik və Qürur Günü” mövzusunda konfrans keçirilmişdir

     13 iyun 2024-cü il tarixdə Pirallahı rayonunda Pirallahı RİH və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşəbbüsü ilə 15 iyun-Milli Qurtuluş Günü münasibətilə “Qurtuluş Günü: Milli Birlik və Qürur Günü” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə RİH başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, “Səs” Media qrupunun rəhbəri Bəhruz Quliyev, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, RİH başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və kollektiv üzvləri, Qeyri-hökumət təşkilatlarının nümayəndələri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, fəal gənclər iştirak etdilər.      

      Tədbir Rayon İcra Hakimiyyətinin foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül qoyma mərasimi ilə başlamışdır.

         İlk öncə dövlət himnimiz səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad  edilmişdir. 15 iyun-Milli Qurtuluş gününə həsr olunmuş video-çarxa baxılmışdır.

      Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov çıxış edərək bildirdi kiAzərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun–Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Ulu Öndər böyük risklərə baxmayaraq xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. 

    Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Arzu Əliyevaya çıxışında bildirdi ki, Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra  ölkəyə rəhbərlik etdiyi müddətdə Azərbaycanı çətin vəziyyətdən çıxarmaq üçün zəruri addımlar atmışdır. Azərbaycan-Ermənistan arasında atəşkəsin imzalanmasına nail olunmuş, ölkə iqtisadiyyatının inkişafına təkan verən ən böyük strateji əhəmiyyətli “Əsrin müqaviləsi” imzalanmış, dövlət quruculuğu istiqamətində yeni Konstitutsiya qəbul olunmuş, müstəqillik dövründə Milli Məclisə seçkilərkeçirilmiş, yerli özünüidarəetmə orqanlarının formalaşdırılması istiqamətində bələdiyyə seçkiləri keçirilmiş, Azərbaycan Respublikası Avropa Şurasına qəbul edilmiş, Dünya Azərbaycanlılarının I Qurultayı təşkil olunmuşdur. Bu gün biz qurtuluşun əhəmiyyətini dərk edərək, Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və ölkəmizin inkişafına öz töhfəmizi vermək üçün birlikdə çalışmalıyıq.

         “Səs” Media qrupunun rəhbəri Bəhruz Quliyevbildirmişdir ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Bütün varlığı ilə vətəninə bağlı olan dünya şöhrətli  dövlət xadimi Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində xalq qarşısında misilsiz xidmətlər, xilaskarıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir. Azərbaycana rəhbərlik etdiyi vaxtlarda xalqımızın rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərərək, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır.

      Tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov çıxışında vurğuladı ki, Azərbaycan xalqının taleyində əlamətdar yer tutan bu gün, ölkəmizin suverenliyinin qorunması və müstəqilliyimizin təmin olunmasında müstəsna əhəmiyyət kəsb edir. 1993-cü ilin həmin günündə xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilərək ölkənin rəhbərliyinə gəldi və Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi. Beləliklə, Azərbaycan üçün tarixi dönüş nöqtəsi başladı. O vaxt ölkə ciddi siyasi və iqtisadi böhran içində idi, daxili çəkişmələr və parçalanma təhlükəsi hər an baş verə bilərdi. Belə bir çətin zamanda Heydər Əliyevin uzaqgörən və qətiyyətli liderliyi sayəsində Azərbaycan bu təhlükələrdən xilas oldu və stabillik yoluna qədəm qoydu. Ümumilikdə, Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, müasir Azərbaycanın inkişafı üçün mühüm bir təməl yaratdı. Onun uzaqgörən siyasəti, ölkənin müstəqilliyini möhkəmləndirərək, Azərbaycanı regionda güclü və sabit bir dövlətə çevirdi. 

      Sonda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, bu gün mühüm nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Xalqımız artıq neçə ildir ki, bu bayramı yüksək əhvali-ruhiyyə, milli qürur hissi, Qələbə ovqatı ilə qeyd edir. Qurucusu Ümummilli Lider Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ulu Öndərin arzuları 27 ildən sonra reallaşdı, cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Noyabr ayında COP-29 kimi nəhəng və möhtəşəm tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük diplomatik və siyasi qüdrətin təntənəsidir. Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin davamçısı olan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ardıcıl nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir.

     Tədbirdə rayonun ictimai həyatında fərqlənən bir qrup şəxs Fəxri Fərmanlarla təltif olunmuşdur.

Paylaş:
Baxılıb: 186 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Sosial

Gündəm

Gündəm

Avropa

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

18 İyul 11:44

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31