YAP Şirvan şəhər təşkilatının təsis edilməsinin 31 illiyinə həsr olunmuş konfrans keçirilib
18.07.2024 [19:58]
18 iyul 2024-cü il tarixində Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının 31 illiyinə həsr olunmuş konfrans keçirilib. Konfransda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, YAP Şirvan şəhər təşkilatının veteranları, partiya üzvləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar. Sonra Şirvan şəhər Şəhidlər xiyabanı ziyarət edilərək qəhrəman Vətən övladlarının əziz xatirəsi hörmətlə anılıb.
Konfrans iştirakçıları YAP Şirvan şəhər təşkilatının inzibati binasındakı Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.
YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov konfransı açıq elan edib. Konfransda Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra YAP Şirvan şəhər təşkilatının fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Konfransı giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi, hazırda Prezident İlham Əliyevin sədrliyi ilə uğurla inkişaf edən, regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yolun təhlili fonunda bu reallıq hər zaman qeyd edilir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Zahir Qəhrəmanov YAP Şirvan şəhər təşkilatının 31 illik fəaliyyəti haqqında məlumat verərək, partiyanın ilk yaradılan təşkilatlarından biri də bu gün sıralarında 6 minə yaxın üzvü birləşdirən YAP Şirvan şəhər təşkilatı olduğunu vurğulayıb. Təşkilatın hər bir üzvü Azərbaycanı bugünki inkişaf səviyyəsinə gətirib çıxaran Ulu Öndər Heydər Əliyevin siyasətinin, ideyalarının təbliğatçısı olmaqla bərabər, partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verməyə səy göstərir.
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək bildirib ki, Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatına fundamental dəyişikliklər gətirməklə yanaşı, siyasi mübarizələrlə dolu çətin və şərəfli bir yol keçib. İqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin aparıcı qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək.
Sonra 2 saylı orta məktəbin direktoru Əminə Əliyeva, şəhid anası Şəlalə Zülfüqarova, YAP veteranı Adəm Hüseynov, qazi Həbib Sərhəngov və gənc YAP üzvləri adından Ülvü Ağaməmmədov çıxış edərək, Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanımızın dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz bir partiya olduğundan, ölkəmizin hər bir uğuruna töhfəsindən, partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək, öz siyasi həmfikirlərini təbrik edib, onlara uğurlar arzulayıblar.
Daha sonra YAP veteranları və yüksək siyasi fəallığı ilə seçilən bir qrup partiya üzvü Fəxri Fərmanlarla təltif olunub, yubiley doğum günü olan ərazi partiya təşkilatlarının sədrlərinə hədiyyələr təqdim olunub. Partiya sıralarına yeni qəbul olunmuş şəxslərə partiya üzvlük vəsiqələri təqdim edilib.
Konfransın sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

