Qaxda Yeni Azərbaycan Partiyasının yerli fəalları ilə görüş keçirilib
16.07.2013 [16:52]
İyulun 13-də Qax rayon Mədəniyyət Evində Yeni Azərbaycan Partiyasının (YAP) fəalları ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, tədbiri YAP rayon təşkilatının sədri Nizami Əhmədov açaraq ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan, sıraları günbəgün genişlənərək ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının son illər ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində daim inamlı qələbələr qazandığını diqqətə çatdırıb. N.Əhmədov bu ilin payızında keçiriləcək növbəti prezident seçkilərində də YAP-ın qələbəsinin heç bir şübhə doğurmadığını vurğulayaraq qeyd edib ki, üzvlərinin sayı 3753 nəfərə çatan Qax rayon təşkilatı da seçkilərdə fəallıq göstərərək partiyanın qələbəsinə öz layiqli töhfəsini verəcək.
YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Azərbaycanın bütün bölgələri kimi, Qax rayonunun da sürətlə inkişaf etdiyini, rayonda böyük tikinti-quruculuq işlərinin aparıldığını, su-kanalizasiya sistemlərinin tikildiyini və digər layihələrin icra olunduğunu qeyd edib.
Yeni Azərbaycan Partiyasının sıralarında 600 mindən artıq Azərbaycan vətəndaşının birləşdiyini diqqətə çatdıran YAP Sədrinin müavini deyib: “Bu, çox əzəmətli, möhtəşəm bir qüvvədir. Bu partiyanın gücü yalnız onda deyil ki, sıralarında yüz minlərlə insan birləşir. YAP-ın gücü həm də sıralarında birləşən bu insanların böyük hörmət və nüfuz sahibi olmasındadır. Partiya üzvlərinin əksəriyyəti Azərbaycanın tanınmış ziyalılardır, dövlətimizə, xalqımıza sədaqətlə xidmət etmiş, inkişafımıza böyük töhfələr vermiş insanlardır, nüfuzlu ağsaqqallardır. Bütün bu amillər YAP-ın ictimai dəyərini, çəkisini daha da artırır. Bu insanlar qarşıdan gələn prezident seçkilərində partiyanın namizədi, Prezident İlham Əliyevin inamlı qələbə qazanmasına əhəmiyyətli töhfələr vermək imkanına malikdirlər”.
İcra katibi bildirib ki, Azərbaycanın son 10 ildə keçdiyi yolu, sözün həqiqi mənasında, ölkəmizin bütövlükdə, bütün parametrlərə - iqtisadi, sosial, müasirləşmə, modernləşmə göstəricilərinə görə əzəmətli inkişaf mərhələsi adlandırmaq olar. Bu mərhələnin fundamental əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət dayanır. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət dövlətə, xalqa, insana, eyni zamanda gələcəyə xidmət edir.
Bu gün Azərbaycanda nə edilirsə, hamısının insanların rifahı naminə edildiyini vurğulayan Ə.Əhmədov daha sonra deyib ki, bütün bunlar - yaradılanlar və qurulanlar, ölkəmizin güclənməsi, simasının yeniləşməsi və müasirləşməsi, əldə olunan sabitlik, əmin-amanlıq, dinclik, rahatlıq və digər amillər Prezidentin yüksək imicinin formalaşmasına gətirib çıxarıb. Buna görə də Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə bəyənir, dəstəkləyir və müdafiə edirlər.
Görüşdə çıxış edənlər əmin olduqlarını söyləyiblər ki, qarşıdakı prezident seçkiləri Azərbaycan xalqının Prezident İlham Əliyevlə, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası ilə birgə olduğunu bir daha nümayiş etdirəcək, seçicilər partiyanın namizədinə səs verməklə etibarlı gələcəyə səs vermiş olacaqlar.
Xəbər lenti
Hamısına baxSiyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37

