İkitərəfli əlaqələr regionda sabitlik və inkişaf üçün strateji modelə çevrilib
24.04.2025 [22:36]
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nüfuzlu beynəlxalq media qurumlarına verdiyi müsahibələr ölkəmizin beynəlxalq miqyasda tanınmasına, milli maraqlarımızın müdafiəsinə və eyni zamanda regional və qlobal səviyyəli təşəbbüslərin dünya ictimaiyyətinə çatdırılmasına böyük dəstək verir. Bu müsahibələr vasitəsilə Azərbaycan öz prinsipial mövqeyini beynəlxalq ictimaiyyətə birbaşa və aydın şəkildə ifadə edir. Xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələrinə dair verdiyi bəyanatlar Azərbaycanın ədalətli mövqeyinin işıqlandırılmasına mühüm töhfə verir. Prezidentin bu çıxışları yalan və təhrif olunmuş informasiyaların qarşısını alır, beynəlxalq hüquqa əsaslanan faktlar və əsaslandırılmış arqumentlərlə ölkəmizin mövqeyini möhkəmləndirir.
Dövlət başçımızın xarici informasiya kanallarına verdiyi müsahibələr, eyni zamanda, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafını stimullaşdırır. Müsahibələrdə toxunulan məsələlər – strateji əməkdaşlıq, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi və regional sabitlik kimi mövzular tərəfdaş dövlətlərlə qarşılıqlı münasibətlərin dərinləşməsinə zəmin yaradır. Prezident cənab İlham Əliyev çıxışlarında Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu layihələr – “Orta Dəhliz”, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonası kimi beynəlxalq əhəmiyyətli infrastruktur layihələrinə xüsusi yer ayırır. Bu təşəbbüslərin dünya ictimaiyyətinə təqdimatı ölkəmizin regionda artan geosiyasi və iqtisadi rolunu daha da ön plana çıxarır.
Prezident İlham Əliyevin Çin Xalq Respublikasının tanınmış “Sinxua” informasiya agentliyinə verdiyi eksklüziv müsahibə Azərbaycan və Çin arasında formalaşmış nümunəvi strateji tərəfdaşlıq münasibətlərini əhatəli şəkildə nümayiş etdirməklə yanaşı, gələcək əməkdaşlıq istiqamətlərini də aydın şəkildə müəyyənləşdirir. 1992-ci ildən etibarən qurulan diplomatik münasibətlərin dinamik inkişafı, son illərdə bu əlaqələrin strateji səviyyəyə yüksəlməsini göstərir. Ölkə başçısının Çinə rəsmi səfəri, Çin lideri Si Cinpinlə keçirilən məhsuldar görüşlər və ötən il Şanxay Əməkdaşlıq Təşkilatının Astanada baş tutmuş sammitində imzalanan “ Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” bu münasibətlərdə yeni bir mərhələnin başlanğıcı oldu. Prezident cənab İlham Əliyev bu sənədi əhəmiyyətli bir dönüş nöqtəsi kimi qiymətləndirərək vurğulayıb ki, Azərbaycan və Çin qarşılıqlı hörmət, suverenlik və ərazi bütövlüyünün tanınması, daxili işlərə qarışmama və sülh içində birgə yaşam kimi prinsiplər əsasında müstəqil və bərabərhüquqlu siyasət yürüdən etibarlı tərəfdaşlardır. İkitərəfli əlaqələrin əsası qarşılıqlı inam və ortaq inkişaf məqsədlərinə əsaslanır. Bu tərəfdaşlıq təkcə siyasi sahəni deyil, həm də iqtisadi, nəqliyyat, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, turizm və humanitar sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq formatını əhatə edir. İki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün geniş potensial mövcuddur. Bu kontekstdə ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi, Çin şirkətlərinin Azərbaycan bazarında fəallaşması və Azərbaycanın qeyri-neft sektorunun məhsullarının Çin bazarına çıxarılması əsas prioritetlər sırasındadır.
Azərbaycanın beynəlxalq nəqliyyat qovşaqlarında yerləşməsi onun regional və qlobal miqyasda əhəmiyyətini xeyli artırır. Yükdaşımaların sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün yaradılan infrastruktur – Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası – Azərbaycanın bu sahədəki strateji mövqeyini gücləndirir. Çin üçün bu layihələr “Bir kəmər, bir yol” təşəbbüsünün Qafqaz və Avropa istiqamətində uğurla həyata keçirilməsi baxımından xüsusi önəm daşıyır. Dövlət başçımız cənab İlham Əliyev vurğulayıb ki, Azərbaycan bu təşəbbüsə ilk dəstək verən ölkələrdən biridir və bu çərçivədə bir sıra real və səmərəli layihələrin icrasına start verib.
Azərbaycan və Çin beynəlxalq platformalarda da bir-birini dəstəkləyən və oxşar prinsipial mövqelərlə çıxış edən dövlətlərdir. Hər iki ölkə beynəlxalq hüquq normalarına sadiqlik nümayiş etdirərək ədalətli beynəlxalq münasibətlər sisteminin tərəfdarlarıdır. Suverenliyə hörmət, daxili işlərə müdaxilə etməmək və qarşılıqlı bərabərlik prinsipləri bu münasibətlərin bünövrəsini təşkil edir. Bununla yanaşı, humanitar və mədəni sahədə də əməkdaşlıq genişlənməkdədir. Hal-hazırda Azərbaycanın bir neçə universitetində Çin dili tədris olunur, Çində isə Azərbaycan dili və mədəniyyətinə dair tədris mərkəzləri fəaliyyət göstərir. Təhsil, elm, turizm və tələbə mübadiləsi sahəsində reallaşan layihələr uzunmüddətli dostluğun daha da möhkəmlənməsinə imkan yaradır. Bütün bu proseslər Azərbaycan-Çin münasibətlərinə əlavə dinamizm qazandırır. Bu strateji əməkdaşlıq təkcə iki ölkənin deyil, həm də bütöv bir regionun sabitliyi və inkişafı üçün önəmli modelə çevrilib. Qarşılıqlı etimad və əməkdaşlığa əsaslanan bu münasibətlər gələcəkdə də möhkəmlənərək beynəlxalq miqyasda nümunəvi tərəfdaşlıq modelini təşkil edəcək.
Sonda qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin xarici mətbuata verdiyi müsahibələr informasiya diplomatiyasının uğurlu nümunəsidir. Bu çıxışlar həm milli maraqların müdafiəsi, həm də Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Onlar təkcə cari dövr üçün deyil, gələcək strateji əməkdaşlığın təməlini qoymaq baxımından da olduqca vacibdir.
Xəbər lenti
Hamısına baxDünya
09 Mart 23:38
Dünya
09 Mart 22:33
Sosial
09 Mart 21:51
Dünya
09 Mart 21:49
Dünya
09 Mart 20:41
Siyasət
09 Mart 20:14
Gündəm
09 Mart 19:31
Dünya
09 Mart 19:23
Dünya
09 Mart 18:36
Siyasət
09 Mart 18:02
Hadisə
09 Mart 17:18
Siyasət
09 Mart 16:56
Hərbi
09 Mart 16:54
Siyasət
09 Mart 16:53
Dünya
09 Mart 16:34
Siyasət
09 Mart 16:26
Siyasət
09 Mart 15:44
Sosial
09 Mart 15:22
Siyasət
09 Mart 15:15
Hadisə
09 Mart 14:43
Dünya
09 Mart 13:42
Sosial
09 Mart 13:20
Dünya
09 Mart 12:25
İqtisadiyyat
09 Mart 12:14
Elm
09 Mart 11:48
Dünya
09 Mart 11:31
Sosial
09 Mart 10:22
Dünya
09 Mart 10:19
Elm
09 Mart 09:22
Dünya
09 Mart 08:35
Dünya
09 Mart 08:12
Gündəm
08 Mart 23:54
Dünya
08 Mart 23:26
Xəbər lenti
08 Mart 22:39
Siyasət
08 Mart 21:13
Hadisə
08 Mart 20:43
Dünya
08 Mart 19:22
Siyasət
08 Mart 18:49
Dünya
08 Mart 18:35
YAP xəbərləri
08 Mart 17:27
Dünya
08 Mart 17:20
Dünya
08 Mart 16:42
Sosial
08 Mart 15:27
Dünya
08 Mart 14:19
Diaspor
08 Mart 13:32
Elm
08 Mart 12:40
Dünya
08 Mart 11:28
Dünya
08 Mart 10:21
Dünya
08 Mart 09:50
Dünya
08 Mart 09:17
Dünya
08 Mart 08:49
Sosial
08 Mart 08:22
Sosial
08 Mart 08:21
Dünya
08 Mart 07:56
Dünya
08 Mart 07:51
Dünya
08 Mart 07:34
Siyasət
08 Mart 00:59
Sosial
07 Mart 23:23
Hadisə
07 Mart 23:17
Siyasət
07 Mart 22:44
Sosial
07 Mart 22:37
Gündəm
07 Mart 22:16
Siyasət
07 Mart 21:34
Gündəm
07 Mart 21:33
Siyasət
07 Mart 21:23
Gündəm
07 Mart 20:42
Siyasət
07 Mart 20:41
Dünya
07 Mart 19:20
Siyasət
07 Mart 18:56
Dünya
07 Mart 18:35

