Azərbaycan və Özbəkistan münasibətlərində yeni mərhələ
04.07.2025 [23:29]
Bəzən bir günün içində tarix yazılır. Elə iyulun 2-də Bakıda baş tutan Azərbaycan və Özbəkistan prezidentlərinin mətbuata bəyanatları da məhz bu qəbildəndir – illərin, onilliklərin, hətta əsrlərin qardaşlıq bağlarını strateji müttəfiqliyin zirvəsinə qaldıran bir görüş. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi: “Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.” Azərbaycan və Özbəkistanı yalnız coğrafiya və iqtisadi maraqlar yox, ortaq tarix, türklük kimliyi, din, dil, mədəniyyət bağlayır. Bu dostluğun kökləri qədim İpək Yolunun ticarət karvanlarında, klassik şeirimizdə, memarlığımızda, musiqimizdə yaşayır. Amma bu gün münasibətlərin yükü yalnız nostalji xatirələrlə daşınmır – indi onu konkret sənədlər, investisiya layihələri, birgə fondlar, məktəblər və mədəni parklar möhkəmləndirir. Tarixi fakt budur ki, ötən il Daşkənddə imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” münasibətlərin məzmununu daha da dərinləşdirdi. Prezident Əliyevin sözləri ilə desək, "Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir." Və indi, cəmi bir il sonra bu müttəfiqliyin real nəticələri artıq görünür: iqtisadiyyat, mədəniyyət, təhsil, logistika və turizm sahələrində konkret addımlar atılıb. Bu görüşün ən yaddaqalan hadisələrindən biri Özbəkistanın Bakının mərkəzində, şəhərin diplomatik ruhunu daşıyan qəlbində yeni səfirlik binasının açılması idi. Həmin torpaq sahəsi vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qardaş ölkəyə ayrılıb. Uzun müddət istifadəsiz qalan bu ərazi indi iki xalqın dostluğunun ən canlı rəmzlərindən birinə çevrilib. Prezident Əliyev çox təsirli bir detalı xatırlatdı: "Mənə dəfələrlə dedilər ki, görürsünüz, Özbəkistan səfirlik tikmir, yer yaxşıdır. Deyirdim, bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib." Bakı yalnız yeni səfirlik binası ilə yox, həm də böyük mədəni layihə ilə zənginləşəcək: “Ağ şəhər” layihəsinin tam mərkəzində “Özbəkistan parkı” yaradılacaq. Bu park təkcə yaşıllıq zolağı deyil, Bakının ürəyində Daşkəndin nəfəsi, Səmərqəndin rəngi, Buxaranın ab-havasıdır. Prezident İlham Əliyev zarafatla dedi ki, "Bəlkə də mənfi cəhət o olacaq ki, xarici turist Bakıya gəlib bu parka gedirsə, sonra Özbəkistana getməyə bilər." Bu zarafatın arxasında dərin həqiqət var – mədəni diplomatiya sərhədləri yumşaldır, dostluğu gücləndirir. Tarixi hadisələr, böyük layihələr, birgə fondlar yalnız liderlərin imzaladığı kağızlarda qalmamalıdır.Cənab Prezident İlham Əliyev də bunu açıq dedi: “Biz hökumət üzvlərinə tapşırıq verdik ki, öz işlərini ləyaqətlə yerinə yetirsinlər. Bilsinlər ki, biz mütəmadi olaraq monitorinq aparıb yoxlayacağıq, bunu da edirik. Səfərlər müntəzəmdir, həm də biz beynəlxalq təşkilatlar, sammitlər və digər konfranslar çərçivəsində tez-tez görüşürük. Tez-tez telefonla əlaqə saxlayırıq, ona görə də hamı bilir ki, bütün göstərişlər yerinə yetirilməlidir”. Bu, dostluğun arxasında məsuliyyət, strateji baxış və gələcəyə xidmət edən konkret fəaliyyətin dayanmasının göstəricisidir. Nəticədə, iyulun 2-dəki görüş bir daha təsdiqlədi ki, Azərbaycan və Özbəkistan münasibətləri yalnız tarixdə deyil, bu günkü konkret layihələrdə, sabahkı planlarda, gənclərin təhsil aldığı məktəblərdə, Bakının parklarında və beynəlxalq platformalarda davam edən, dayanıqlı bir qardaşlıqdır. Beləliklə, qardaşlıqdan strateji müttəfiqliyə gedən yol yalnız siyasi diplomatiya deyil, həm də səmimi duyğular, ortaq mədəniyyət və konkret nəticələr yoludur. Bu yol isə hələ uzun illər davam edəcək.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29

