Ağdam seçiciləri seçkilərdə cənab İlham Əliyevə səs verəcəklər
18.09.2013 [10:49]
Dünən Ağdam rayonunun seçiciləri ilə görüşlər keçirilib
Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçki təbliğatı çərçivəsində dünən Ağdam rayonunun seçiciləri ilə görüşlər keçirilib. Görüşlər Ağdam Musiqi Kollecinin akt zalında və Birinci Dördyol Mədəniyyət evində reallaşıb.
Tədbiri giriş sözü ilə YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev açaraq Prezident İlham Əliyevin 10 il ərzində həyata keçirdiyi uğurlardan danışıb. O bildirib ki, bu siyasət ölkəmizə daim uğurlar gətirib: “Bu siyasətin davamlı olması üçün yenə də cənab İlham Əliyevə səs verməliyik. Biz ağdamlılar hər zaman Prezidentimizi dəstəkləmişik və oktyabrın 9-da bir daha bu mövqeyimizi nümayiş etdirəcəyik”.
Çıxış edən “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə əldə olunmuş nailiyyətləri sadalayaraq deyib ki, Azərbaycanın inkişafını təmin etmək üçün bütün sahələr üzrə proqramlar qəbul olunub. Bu proqramlar hər bir azərbaycanlının həyat tərzinin yaxşılaşdırılmasına, sosial vəziyyətinin yüksəldilməsinə xidmət edir. Eyni zamanda, ümumdaxili məhsul durmadan artır, iqtisadi inkişaf sürətlənir, dövlətimizin mövqeyi möhkəmlənir: “Təbii ki, bu da yorulmaz fəaliyyətin nəticəsidir. Eyni zamanda, Azərbaycan xalqının öz Prezidentinə dəstəyi bu uğurları stimullaşdırır. Əminəm ki, bu dəstək davam edəcək və oktyabrın 9-da hər birimiz yenidən İlham Əliyevə səs verəcək, uğurların davamını təmin edəcəyik”.
Tədbirdə çıxış edən millət vəkili Bəxtiyar Əliyev isə ölkədə baş verən proseslərə münasibət bildirməyin, proseslərdə yer almağın hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu söyləyib. Onun sözlərinə görə, oktyabrın 9-da hər bir vətəndaş seçki məntəqəsinə getməli, öz gələcəyinə səs verməlidir: “Bu zaman isə nəzərə almalıdır ki, seçdiyi, səs verdiyi şəxs Azərbaycana nə verə bilər. Tarix ən yaxşı təcrübədir. Azərbaycan xalqı Heydər Əliyev siyasətinə səs verməklə, bu siyasəti müdafiə etməklə daim doğru qərarlar qəbul etdiyini göstərib. 9 oktyabrda da xalqımız doğru qərar qəbul edəcək və dövlətimizin iqtisadi inkişafının təməli olan Heydər Əliyev siyasətinə, bu siyasətin uğurlu davamçısı İlham Əliyevə səs verəcək. Çünki bu siyasət bütün qapıların açarı, bütün problemlərin həllidir”.
Millət vəkili cənab İlham Əliyevin təbliğatını aparmağın olduqca şərəfli və məsuliyyətli bir iş olduğunu söyləyərək deyib ki, Onun gördüyü işlər, atılan addımlar, ölkəmizə qazandırdığı nailiyyətlər hər kəs tərəfindən qəbul və etiraf olunur: “O, 10 illik fəaliyyəti dövründə hamıya göstərdi ki, əsil azərbaycanlıdır və dövlətini, millətini, xalqını çox sevir. Ona görə də, 9 oktyabrda hər birimiz seçki məntəqələrinə gedərək Prezident İlham Əliyevə səs verməliyik. Biz Prezident İlham Əliyevə səs verməklə, öz gələcəyimizə səs verəcəyik”.
Qəsəbə sakinləri Vaqif Məmmədov və Qara Qasımov çıxış edərək prezidentliyə namizəd cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət xətti ilə bağlı fikirlərini bildirib və prezident seçkilərində seçiciləri fəallıq göstərməyə çağırıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

