Uğurlarımızın davamlı olması üçün cənab İlham Əliyevə səs verməliyik
21.09.2013 [10:02]
Bu fikir YAP-ın namizədi İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində Şəmkirdə keçirilən görüşdə bir daha bəyan olunub
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı tərəfindən partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Şəmkir rayonunda yüksək səviyyədə davam etdirilir. Rayonun Çinarlı qəsəbəsində seçicilərlə növbəti görüş keçirilib. Görüşdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Faxrəddin Vəliyev deyib ki, rayonda baş tutan təbliğat-təşviqat görüşləri yüksək əhval-ruhiyyə və böyük ictimai dəstəklə müşayiət olunur. Bu da olduqca sevindirici haldır: “Əlbəttə ki, bu, cənab İlham Əliyevin şəxsiyyətinə olan yüksək inamdan və sevgidən qaynaqlanır”.
O, daha sonra ölkəmizdə həyata keçirilən siyasətin uğurlarından danışaraq deyib ki, bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi daha uğurlu gələcəyə aparır: “İqtisadiyyatı inkişafın təməl daşı kimi dəyərləndirən dövlətimizin uğurlu sosial-iqtisadi siyasətinin nəticəsidir ki, beynəlxalq aləm inkişafın Azərbaycan modelinin mövcudluğunu təqdir edir və öyrənilməsinin vacibliyini bildirir. Ölkəmizin hərtərəfli tərəqqisində qeyri-neft sektorunun inkişafını vacib amil kimi önə çəkən dövlət başçısı İlham Əliyevin bu istiqamətdə atdığı davamlı addımlar iqtisadiyyatın şaxələndirilməsini reallığa çevirib. Bütün bu uğurların davam etməsi üçün cənab İlham Əliyevə səs verib Onu növbəti 5 ildə də prezident seçməliyik”.
Azərbaycan Dövlət Tibb Universitetinin kafedra müdiri, professor Vaqif Şadlinski isə regionların inkişafına yönəlmiş tədbirlərin əhəmiyyətindən danışaraq deyib ki, regional inkişaf proqramlarının uğurlu icrası hədəflərə çatmağa stimul verir: “Qarşıdakı on il üçün əsas məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Dövlət başçısı İlham Əliyev bildirir ki, inkişaf etmiş ölkələrə diqqət yetirsək, onlarda paytaxtla bölgələr arasında heç bir fərq olmur. Biz də buna çalışırıq. Dünyanı bürüyən maliyyə və iqtisadi böhran illərində Azərbaycan iqtisadiyyatının artması beynəlxalq səviyyədə uğurlu siyasətin məntiqi nəticəsi kimi dəyərləndirildi. Qeyd edək ki, 2009-cu ildə iqtisadi artım 9,3 faiz, 2010-cu ildə isə 5 faiz olmuşdur. Cari ilin dövlət büdcəsi ölkəmizin əldə etdiyi uğurların və təcrübənin bir daha təsdiqidir. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə büdcəmiz 1,3 milyard dollar olmuşdur. Bu gün bu rəqəmin 25 milyard dollara çatması təbii ki, böyük uğurdur. Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahib çıxan Azərbaycan dövlət büdcəsi ilə də regionun ən güclü iqtisadiyyatına malik olduğunu nümayiş etdirir”.
Daha sonra çıxış edən YAP Şəmkir rayon Seçki Qərargahının üzvü Müslüm Zeynalov və digər natiqlər də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan, Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlərdən danışıblar. Vurğulanıb ki, cənab İlham Əliyevin siyasətinin yeganə məqsədi Azərbaycan vətəndaşları üçün daha yüksək, layiqli həyat şəraitini təmin etməkdir. Qeyd olunub ki, qarşıdakı seçkilərdə bütün seçicilər bu siyasi kursa dəstək olaraq cənab İlham Əliyevə səs verəcəklər.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

