Abşeron sakinlərinin seçimi Prezident İlham Əliyevdir
01.10.2013 [10:03]
Saray qəsəbəsində seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüş Saray qəsəbəsinin seçiciləri ilə keçirilib.
Tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev bildirib ki, oktyabrın 9-da ölkəmizdə növbəti dəfə prezident seçkiləri keçiriləcək. B.Vəliyev cənab İlham Əliyevin həyata keçirdiyi layihələrdən, həmçinin, ölkəmizdə aparılan abadlıq-quruculuq işlərindən danışıb: “Yaşadığı ərazinin kənd və ya şəhər olmasından asılı olmayaraq, hər bir vətəndaşımız cənab İlham Əliyevin fəaliyyətinin bəhrəsini öz yaşamında, həyatında hiss edir. Sosial, siyasət, iqtisadiyyat, o cümlədən, başqa istiqamətlərdə atılan addımlar xalqın rifahının yüksəlməsinə yönəldilib. Abadlıq-quruculuq işləri xalqın xoş, rahat yaşayışına şərait yaradır. Biz əminik ki, xalqımız aparılan siyasəti yüksək qiymətləndirir. İnsanlarımız son 10 ildə əldə olunan nailiyyətlərlə yanaşı, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sabitliyin Prezident İlham Əliyev tərəfindən qorunmasını yüksək qiymətləndirir”.
Çıxış edən YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov bildirib ki, cənab İlham Əliyevin Prezident olduğu son 10 ildə apardığı fəaliyyət dövlətin və vətəndaşların rifahına, maraqlarının qorunmasına xidmət göstərib. 9 oktyabr günündə məhz bu amil xalq tərəfindən qiymətləndiriləcək: “Sevindirici haldır ki, məhz Ulu öndər Heydər Əliyevin bizə miras qoyub getdiyi bir ölkədə yaşayırıq. Seçicilərimiz səslərini cənab İlham Əliyevə verməklə, öz gələcəklərinə, sabitliyə, inkişafa, övladlarının xoşbəxt yaşamına verəcəklər”.
Daha sonra çıxış edən millət vəkili İmamverdi İsmayılov qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin ötən 10 illik fəaliyyətinə nəzər saldıqda, Onun xalqın qarşısında misilsiz xidmətlərinin şahidi oluruq. İnkişaf edən Azərbaycanımızın daha parlaq gələcəyi naminə biz də İlham Əliyevə dəstək verməli və Ona yardımçı olmalıyıq.
Görüşdə çıxış edən qəsəbə sakinləri Canəhməd Dəmirov, Qamət Vəliyev və qəsəbə ziyalısı Təyyibə Hüseynova ölkəmizdə aparılan sosial islahatlardan danışıb. Qeyd edilib ki, Saray qəsəbəsində də ilbəil yeni iş yerlərinin sayı artmaqdadır. Burada aparılan abadlıq-quruculuq işləri əhali tərəfindən yüksək qiymətləndirilir. Seçicilər son illərdə maaşların, təqaüdlərin davamlı şəkildə artımından da danışıblar. Bildirilib ki, cənab İlham Əliyev Azərbaycan xalqının sevgisini, inamını qazanıb və oktyabrın 9-da keçiriləcək seçkilərdə xalqımızın seçimi cənab İlham Əliyev olacaq.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

