Qubadlı seçiciləri inkişafa və sabitliyə səs verəcəklər
04.10.2013 [10:07]
YAP Qubadlı rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib
Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) apardığı təbliğat-təşviqat kampaniyası uğurla davam edir. YAP Qubadlı rayon təşkilatı da dünən YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirib.
Görüşdə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev ölkəmizdə son 10 ildə aparılan iqtisadi-siyasi yüksəlişlərin, sabitliyin və inkişafın Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. YAP Qubadlı rayon təşkilatının sədri son 10 ildə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası nəticəsində bütün regionların inkişaf erasına qədəm qoyduğunu deyib: “Bu gün bütün Azərbaycanda inkişaf, abadlıq, quruculuq işləri gedir. Bu siyasət bütün istiqamətlərdə paralel şəkildə inkişaf etdirilir. İstər kənd təsərrüfatı, istər təhsil, istər səhiyyə-bütün sahələrdə sürətli irəliləyiş nəzərə çarpır. Qaçqın və məcburi köçkün rayonlarımızın sakinləri hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısını hiss ediblər. İnsanlara yeni evlər tikilib. Yeni qəsəbələr salınıb, o cümlədən, bütün çadır şəhərcikləri ləğv edilib. Bu istiqamətdə gedən işlər birmənalı şəkildə Prezident İlham Əliyev tərəfindən diqqətdə saxlanılır. Mən əminəm ki, qədirbilən Qubadlı seçiciləri oktyabrın 9-da Yeni Azərbaycan Partiyasının namizədinə-cənab İlham Əliyevə səs verəcəklər”.
Çıxış edən millət vəkili İmamverdi İsmayılov da son 10 ildə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdığını deyib. Onun sözlərinə görə, bu məsələ hər zaman ölkə Prezidentinin diqqət mərkəzindədir: “Prezident İlham Əliyevin səyi ilə ölkəmizdə bütün çadır şəhərcikləri ləğv edilib, qaçqın və məcburi köçkün həyatı yaşayan rayonların əhalisi yeni yaşayış massivlərində evlə təmin olunublar. Qubadlı ictimaiyyəti hər zaman cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi-sosial siyasəti dəstəkləyir və bu tərəqqinin davamlı olması üçün prezident seçkilərində həyata keçirilən tərəqqi və inkişaf siyasətinə səs verəcəklər. Mən buna əminəm”.
Çıxış edən millət vəkili Ülvi Quliyev Prezident İlham Əliyevin 2013-cü il prezident seçkilərində alternativsiz lider olduğunu bildirib. O qeyd edib ki, 10 il ərzində cənab İlham Əliyevin fəaliyyəti haqqında saatlarla, günlərlə danışmaq mümkündür: “Amma bütün sahələr üzrə detallı məlumat verməyə ehtiyac qalmır. Hər bir insan bu fəaliyyətin bəhrəsini öz həyatında, yaşamında hiss edir. Hətta mən deyərdim ki, hər bir Azərbaycan vətəndaşı bu inkişafa yönəlik fəaliyyətin iştirakçısı olub. Mən, ilk növbədə, son 10 il ərzində Ümummilli liderimiz Heydər Əliyev tərəfindən Azərbaycanda təmin olunmuş əmin-amanlığın, sabitliyin qorunub saxlanmasını vurğulamaq istəyirəm. Çünki hər bir inkişaf prosesinin arxasında bu amil dayanır. Əminəm ki, xalqımız sabitliyə, inkişafa - Prezident İlham Əliyevə səs verəcək”.
Daha sonra çıxış edən millət vəkili Leyla Abdullayeva bildirib ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət Azərbaycanı öz ərazi bütövlüyünün bərpasına yaxınlaşdırıb. Qeyd edilib ki, biz öz torpaqlarımızı iqtisadi qüdrətimizlə qaytaracağıq. Bu iqtisadi irəliləyişə isə nail olmaq üçün 10 ildə davamlı siyasət yürüdülüb.
Çıxış edən BDU-nun kafedra müdiri, professor Abbas Abbasov bildirib ki, bu gün ölkəmizdə aparılan iqtisadi-sosial siyasət vətəndaşlarımızın, əsasən də aztəminatlı vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsində, gəlirlərinin artmasında mühüm rol oynayıb. Dövlətimizin mütəmadi olaraq müharibə iştirakçılarının, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində addımlar atdığını diqqətə çatdıran A.Abbasov Prezident İlham Əliyevin öz ata-baba yurdlarından qaçqın düşmüş, yurd-yuvalarından didərgin olmuş insanlar üçün normal şəraitin yaradılması məsələsinə hər zaman xüsusi diqqət nümayiş etdirdiyini deyib.
Daha sonra çıxış edən Qubadlı sakinləri hər kəsi uğurlu siyasətə, nailiyyətə, qələbəyə-cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

