Bu seçkilərdə də partiyamızın namizədi cənab İlham Əliyev qalib gələcək
05.10.2013 [11:27]
Bərdə rayonunda seçicilərlə görüş davam edir
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Bərdə rayonu üzrə seçki qərargahının üzvləri seçicilərlə görüşləri davam etdirirlər. Növbəti görüş dünən rayonun Xanərəb və Gərənə kəndlərində keçirilib.
Görüşləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya “ölkəmiz daha bir siyasi proses-növbəti prezident seçkiləri ərəfəsindədir. Və ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də partiyamızın namizədi cənab İlham Əliyevin qalib gələcəyinə kimsə şübhə etmir” deyib. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və dövlətimizin qüdrətlənməsinin təminatı olan davamlı inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir.
Görüşdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mineral Xammal Elmi-Tədqiqat İnstitutunun direktoru, texniki elmlər doktoru, professor Mürsəl Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 10 il ərzində əldə edilən uğurlar barədə danışıb. Onun sözlərinə görə, hazırda makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir: “Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar”.
Mürsəl Əliyev onu da deyib ki, məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib: “Eyni zamanda, bəhs olunan xarici siyasət strategiyası bir neçə istiqamətdə ölkəmizi nəzərə alınan lokomotiv aktorlardan birinə çevirib. Qeyd etdiyimiz kimi, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar”.
Görüşlərdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Arif Əliyev, rayon Qadınlar Şurasının sədri Rahilə Babayeva, rayon ziyalılarından Rzaqulu Şərifov, həmçinin, kənd sakinlərindən Baxış Abbasov, Rəna Ağbayeva və başqaları rayonda gedən inkişafdan, həmçinin, Prezident İlham Əliyevin Bərdə rayonunun əhalisinə göstərdiyi diqqət və qayğıdan ətraflı danışıblar. Çıxışlarda bildirilib ki, Bərdə seçiciləri oktyabrın 9-da YAP-ın namizədinə səs verəcəklər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

