YAP Gənclər Birliyinin üzvləri seçki təbliğatında aktiv rol oynayırlar
05.10.2013 [11:34]
Gənclər Bakı şəhərinin müxtəlif yerlərində təbliğat materiallarının insanlara paylanmasını davam etdirirlər
Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirməkdədir. Kampaniya çərçivəsində partiyamızın namizədi cənab İlham Əliyevin 10 il ərzində xalqımız və Vətənimiz üçün gördüyü işlər, ölkəmizə bütün sahələrdə qazandırdığı uğurlarla bağlı seçicilər geniş şəkildə məlumatlandırılır.
Xatırladaq ki, təbliğat kampaniyası çərçivəsində oktyabrın 1-dən etibarən Yeni Azərbaycan Partiyası gəncləri təbliğat materiallarının paylanılmasına, cənab İlham Əliyevin seçki platforması ilə bağlı geniş məlumatlandırma işi aparmağa başlayıblar. Bununla əlaqədar olaraq Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 200-ə yaxın üzvü Bakı şəhərinin müxtəlif yerlərində, o cümlədən, metro stansiyalarının yaxınlığında, istirahət parklarında təbliğat materiallarını insanlara paylayırlar.
Ümumiyyətlə, Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak ediblər. Müstəqillik əldə edildikdən sonra ölkəmizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması Ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. Bu qayğı zamanın çağırışlarına uyğun olaraq Prezident İlham Əliyev tərəfindən də davam və inkişaf etdirilir. Əsası Ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti daha da dərinləşdirilir, gənclərə idarəetmədə və qərar qəbulu səviyyəsində yüksək etimad göstərilir. Yalnız yetkin cəmiyyətlərdə gənclərin enerjisindən lazımınca istifadə olunur və tez bir zamanda da bu, öz uğurlu nəticələrini göstərir.
Bu gün Yeni Azərbaycan Partiyasının üzvü olan gənclər də dövlətin onlar üçün yaratdığı imkanlardan istifadə edir. Həm də öz partiya üzvlüyü məsuliyyətini dərindən dərk edərək çox önəmli bir məqamda partiyanın apardığı işə yaxından kömək olurlar. Gənclər ölkəmizdə keçirilən prezident seçkilərində çox yaxından iştirak edirlər, təkcə seçici qismində deyil, seçkilərdə müşahidəçi, məntəqə üzvü, məşvərətçi, təbliğat kampaniyasında ən aktiv qüvvə kimi çıxış etməkdədirlər. Seçkilərin təbliğat kampaniyası başlanandan bu günə qədər prosesdə YAP Gənclər Birliyi üzvü olan 10 minlərlə gənc iştirak edib. Son günlər ərzində ölkəmizin bütün regionlarında və Bakı şəhərində təbliğat materiallarının paylanılmasına başlayan gənclər indiyə qədər yüz minlərlə seçiciyə təbliğat bukletləri paylayıblar. Hazırda da bu proses davam etməkdədir.
Bakı şəhərinin hər bir rayonu üzrə bu işə cəlb edilən gənclər hər gün 3 saat olmaqla təbliğat materiallarını ictimai yerlərdə paylayırlar. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat kampaniyasına qoşulan bu gəncləri xüsusi hazırlanmış və üzərinə “İLHAMLA İRƏLİ” yazılan geyimlərdən və üzərində Yeni Azərbaycan Partiyasının emblemi olan papaqlardan tanımaq olar. Prosesdə iştirak edən gənclər bu kampaniyaya qoşulmaqdan məmnunluq ifadə edirlər.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

