Prezident İlham Əliyev Abşeron seçicilərinin vahid seçimidir
06.10.2013 [16:00]
2013-cü il prezident seçkisi öncəsi Abşeron rayonunda təbliğat-təşviqat xarakterli növbəti görüşlər keçirilib. Rayonun Xırdalan şəhərində keçirilən toplantıda çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev son 10 ildə rayonda həyata keçirilən yeniliklərdən və abadlıq, quruculuq işlərindən bəhs edib. Abşeron ictimaiyyətinin mövqeyinin yalnız Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev olduğunu diqqətə çatdıran B.Vəliyev onların yekdil qərarının arxasında son 10 ildə Azərbaycanda aparılan inkişafa yönəlik siyasətin dayandığını deyib: “Son 10 ildə Abşeron rayonunda bir sıra mühüm addımlar atılıb. Tikilən yeni məktəblər, xəstəxana, olimpiya kompleksi və digər müəssisələr Abşeron rayonunun simasını dəyişib. Bu inkişaf tək Abşeron rayonunda getmir, bütünlüklə Azərbaycanı əhatə edir. Biz inanırıq ki, ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi altında gələn beş ildə də öz inkişafını davam etdirəcək”.
Sonra millət vəkili Eldar İbrahimov hər bir seçiciyə qarşıdan gələn seçkidə uğurlar arzulayıb: “Cənab Prezident İlham Əliyevin fəaliyyəti xalqımıza şəffafdır. Seçicilərimiz 10 illik fəaliyyətə özləri qiymət verə bilirlər. Son illərdə aparılan abadlıq-quruculuq işləri kəndlərdən yan keçməyib. Bir sıra təhsil, səhiyyə obyektləri təmir olunub. Bu proses gələn beş ildə də davam etdiriləcək. Bu davamlılıq isə siz seçicilərin etimadından asılıdır. Əgər siz sabitliyin, inkişafın, qüdrətli Azərbaycan siyasətinin davam etməsini istəyirsinizsə, cənab Prezident İlham Əliyevə səs verməlisiniz və əminəm ki, belə də olacaq. Biz bir sıra kəndlərdə, qəsəbələrdə, şəhərlərdə görüşlər keçiririk, insanlar artıq seçimlərini etdiklərini, cənab İlham Əliyevin apardığı siyasəti bəyəndiklərini və bu inkişafın davam etməsini istədiklərini bildirirlər. Bu istəyin arxasında dayanan ən böyük amil isə Prezident İlham Əliyevin 10 il öncə verdiyi vədlərin bu gün reallığa çevrilməsidir. Təhsil, səhiyyə sahələrində ciddi işlər planlaşdırılmışdı ki, onlar bu gün artıq həyata keçirilib. Növbəti beş ildə biz həm də ona görə, Prezident İlham Əliyevə səs verməliyik ki, bu işlər davam etdirilsin. Sözsüz ki, bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan xalqı həm də ona görə xoşbəxtdir ki, Ümummilli liderimiz özündən sonra bu inkişaf kursunu davam etdirən bir siyasi varis qoydu. Eşq olsun Azərbaycanı inkişafa daşıyan Prezidentimiz İlham Əliyevə! 9 oktyabrda İNAMLA İRƏLİ!”.
Daha sonra millət vəkili İmamverdi İsmayılov xalqın liderinə çevrilməyin çox çətin bir məsələ olduğunu diqqətə çatdırıb: “Ulu öndər Heydər Əliyev hətta böyük Sovet ölkəsini idarə etmək kimi bir məsuliyyəti üstləndi, faktiki olaraq SSRİ-ni idarə edən bir şəxsə çevrildi. Ulu öndər özündən sonra elə bir Lider yetişdirdi ki, nəinki post-Sovet məkanını, hətta Avropa məkanını fəth etdi, Avropa Şurasının sədr müavini vəzifəsini tutdu. Bu, Prezident İlham Əliyevin zəkasının, qabiliyyətinin, idarəçilik bacarığının nəticəsi idi. Eşq olsun öz Liderini hər zaman dəyərləndirən, onunla bir sırada dayanan Azərbaycan xalqına! Eşq olsun bütün azərbaycanlıların vahid Lideri Prezident İlham Əliyevə! İLHAMLA İRƏLİ!”.
Çıxış edən Xırdalan şəhər sakinləri də hər zaman Prezident İlham Əliyevi dəstəklədiklərini diqqətə çatdırıblar. Qarabağ əlili Məhərrəm Şahsuvarov, Hacı Əvəz, Şahnəzər Dadaşov, müəllimə Reyhan Ələkbərova vurğulayıblar ki, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf prosesinin əsası 1969-cu ildən qoyulub. Həmin dövrdə Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması ilə az bir müddətdə ölkənin yüksək sürətlə inkişaf etdiyini bildirən şəhər sakinləri ictimaiyyətin seçiminin də birmənalı olaraq inkişaf və yenilik olacağını diqqətə çatdırıblar.
Zahid İLHAMOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

