Azərbaycan–ABŞ münasibətlərində yeni strateji mərhələ
12.02.2026 [15:13]
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensinin Azərbaycan Respublikasına rəsmi səfəri və bu səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm siyasi hadisə kimi tarixə düşmüşdür. Bu səfər təkcə ikitərəfli əlaqələr baxımından deyil, həm də Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və uzunmüddətli əməkdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları vurğulamışdır ki, ABŞ dünyanın aparıcı siyasi, iqtisadi və hərbi güclərindən biridir və bu ölkə ilə qurulan münasibətlər Azərbaycan üçün hər zaman strateji əhəmiyyət kəsb etmişdir.
Cənubi Qafqazın mürəkkəb geosiyasi şəraitində ABŞ-ın sülh və sabitliyə yönəlmiş təşəbbüsləri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, regional proseslərə müsbət təsir göstərir. Vitse-prezident Vensinin səfəri regionda formalaşmaqda olan yeni siyasi reallıqlar fonunda baş tutmuş və Azərbaycan-ABŞ münasibətlərinin məhz bu reallıqlara uyğun şəkildə inkişaf etdirildiyini göstərmişdir.
Cənab Prezident İlham Əliyev bəyanatında xüsusi olaraq qeyd etmişdir ki, Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq təkcə diplomatik münasibətlərlə məhdudlaşmır. Enerji təhlükəsizliyi, regional nəqliyyat layihələri, təhlükəsizlik, terrorla mübarizə, müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində əməkdaşlıq münasibətlərin əsas sütunlarını təşkil edir.
Dövlət başçısı vurğulamışdır ki, strateji tərəfdaşlıq yalnız siyasi dialoq deyil, konkret nəticələrə əsaslanan praktik əməkdaşlıq deməkdir. Bu baxımdan imzalanan sənədlər, yaradılan işçi qrupları və müntəzəm siyasi məsləhətləşmələr iki ölkə arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu təsdiqləyir.
Prezident İlham Əliyev bəyanatında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə də toxunmuşdur. O bildirmişdir ki, Azərbaycan regionda davamlı sülhün bərqərar olunmasında maraqlıdır və bu istiqamətdə real addımlar atır. Sülh sazişinin paraflanması, nəqliyyat-kommunikasiya xətlərinin açılması və qarşılıqlı etimad tədbirləri Azərbaycanın konstruktiv mövqeyinin bariz nümunəsidir.
İlham Əliyev cənabları çıxışında Azərbaycanın beynəlxalq təhlükəsizlik təşəbbüslərində fəal iştirak etdiyini, terrorizmə qarşı mübarizədə ABŞ ilə birgə fəaliyyət göstərdiyini qeyd etmişdir. Azərbaycan hər zaman beynəlxalq öhdəliklərinə sadiq qalaraq qlobal təhlükəsizliyə töhfə verib.
Cənab Prezident Azərbaycan-ABŞ münasibətlərinin yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmadığını vurğulayaraq, humanitar, təhsil və mədəni əlaqələrin də mühüm rol oynadığını bildirmişdir. ABŞ-da təhsil alan azərbaycanlı tələbələr, elm və innovasiya sahəsində əməkdaşlıq, eləcə də mədəni mübadilə proqramları xalqlar arasında qarşılıqlı anlayışı və dostluğu möhkəmləndirir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan-ABŞ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir. Bu səfər və səsləndirilən mövqelər bir daha göstərir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, regionda isə sabitlik və əməkdaşlıq mərkəzi kimi çıxış edir.
Xəbər lenti
Hamısına baxGündəm
08 Mart 23:54
Dünya
08 Mart 23:26
Xəbər lenti
08 Mart 22:39
Siyasət
08 Mart 21:13
Hadisə
08 Mart 20:43
Dünya
08 Mart 19:22
Siyasət
08 Mart 18:49
Dünya
08 Mart 18:35
YAP xəbərləri
08 Mart 17:27
Dünya
08 Mart 17:20
Dünya
08 Mart 16:42
Sosial
08 Mart 15:27
Dünya
08 Mart 14:19
Diaspor
08 Mart 13:32
Elm
08 Mart 12:40
Dünya
08 Mart 11:28
Dünya
08 Mart 10:21
Dünya
08 Mart 09:50
Dünya
08 Mart 09:17
Dünya
08 Mart 08:49
Sosial
08 Mart 08:22
Sosial
08 Mart 08:21
Dünya
08 Mart 07:56
Dünya
08 Mart 07:51
Dünya
08 Mart 07:34
Siyasət
08 Mart 00:59
Sosial
07 Mart 23:23
Hadisə
07 Mart 23:17
Siyasət
07 Mart 22:44
Sosial
07 Mart 22:37
Gündəm
07 Mart 22:16
Siyasət
07 Mart 21:34
Gündəm
07 Mart 21:33
Siyasət
07 Mart 21:23
Gündəm
07 Mart 20:42
Siyasət
07 Mart 20:41
Dünya
07 Mart 19:20
Siyasət
07 Mart 18:56
Dünya
07 Mart 18:35
Siyasət
07 Mart 18:28
Siyasət
07 Mart 17:55
Dünya
07 Mart 17:28
Siyasət
07 Mart 16:55
Siyasət
07 Mart 16:46
Dünya
07 Mart 15:38
Hadisə
07 Mart 14:24
Dünya
07 Mart 13:53
YAP xəbərləri
07 Mart 13:32
Dünya
07 Mart 12:42
YAP xəbərləri
07 Mart 12:29
Siyasət
07 Mart 11:53
Siyasət
07 Mart 11:52
Siyasət
07 Mart 11:50
Gündəm
07 Mart 11:40
YAP xəbərləri
07 Mart 11:16
Gündəm
07 Mart 11:13
Gündəm
07 Mart 10:59
Siyasət
07 Mart 10:46
Mədəniyyət
07 Mart 10:35
Gündəm
07 Mart 10:16
İqtisadiyyat
07 Mart 09:53
Siyasət
07 Mart 09:31
Analitik
07 Mart 09:18
Ədəbiyyat
07 Mart 08:54
Ədəbiyyat
07 Mart 08:39
Diaspor
06 Mart 23:30
Sosial
06 Mart 22:56
İdman
06 Mart 22:46
MEDİA
06 Mart 22:37
Siyasət
06 Mart 22:34

