Yeni Azərbaycan Partiyası xalqımızın alternativsiz seçimidir
21.11.2013 [09:31]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı partiyamızın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirib. Əvvəlcə tədbir iştirakçıları xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov tədbiri açaraq YAP-ın yaranma tarixindən və əldə etdiyi silsilə nailiyyətlərdən bəhs edib.
Daha sonra YAP rayon təşkilatının sədr müavini Əzra Həşimova məruzə ilə çıxış edib. Qeyd edib ki, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda-son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, biz bugünkü müstəqil, qüdrətli, sürətlə dinamik inkişaf edən, regionun lider dövlətinə çevrilən müasir Azərbaycandan danışa bilməzdik. Bildirilib ki, Heydər Əliyev ideyalarının daşıyıcısı olan partiyamızın siyasi səhnəyə vəsiqə alması hələ 1993-cü ildən başlayaraq respublikada cərəyan edən hadisələrin yekunu, ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.
Məruzəçi əlavə edib ki, YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətinin bariz təzahürüdür. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əsası 1994-cü ildən qoyulub: “Hazırda YAP rayon təşkilatının 6389 nəfər üzvü var. Qeyd edim ki, YAP rayon təşkilatı öz sıralarında 3480 nəfər qadın və 2060 fəal gənci birləşdirir. Oktyabrın 9-da keçirilən prezident seçkilərində YAP Goranboy rayon təşkilatının üzərinə mühüm vəzifələr düşdü. Əvvəlki seçkilərdə olduğu kimi bu ildə prezident seçkilərində rayon təşkilatı öz fəallığı ilə seçildi”.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev isə çıxışında qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan bu əsrdə də daha yüksək zirvələr fəth edəcək.
Nizaməddin Quliyev çıxışının sonunda bir sıra Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibəti ilə partiyamızın bütün üzvlərini təbrik edib və müstəqil Azərabaycanın möhkəmləndirilməsi və tərəqqisi yolunda nailiyyətlər arzu edib.
Tədbirdə çıxış edən YAP Goranboy rayon təşkilatının şura üzvü Gündüz Hacıyev, rayon Ağsaqqallar Şurasının sədri Məzahir Zeynalov, rayon gənclər və idman idarəsinin aparıcı mütəxəssisi Raul Qurbanov bildiriblər ki, YAP-ın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi strategiya uzun illər Azərbaycanın davamlı inkişafını təmin edəcək, dünya ölkələri sırasında Azərbaycanın mövqeyi daha da möhkəmlənəcək.
NURLAN
Xəbər lenti
Hamısına baxSiyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02

