Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Şəmkirdə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda tədbir keçirildi

Şəmkirdə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda tədbir keçirildi

06.05.2026 [16:29]

YAP Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Təzəkənd ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirildi.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayon  təşkilatının əməkdaşları, ərazi partiya təşkilatının üzvləri və partiya fəalları iştirak etdilər.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki,  dahi şəxsiyyətin bütün fəaliyyətinin əsasında xalqımızın parlaq gələcəyi, qüdrətli bir dövlət kimi Azərbaycanın müstəqilliyinin təmin edilməsi dayanıb. Təşkilat sədri bu gün müstəqil Azərbaycanın Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla, yeni zəfərlərlə addımladığını diqqətə çatdırıb.

Tədbirdə digər partiya fəalları da çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, iqtisadi və sosial inkişafında, xüsusilə bütün sahələrinin formalaşdırılmasında misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir.

Sonda Yeni Azərbaycan Partiyasına yeni üzv olan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Paylaş:
Baxılıb: 149 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31