Qazaxda 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib
25.05.2026 [23:37]
25 may 2026- cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı, Qazax Rayon İcra Hakimiyyəti və Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin birgə təşkilatçılığı ilə 2026 - cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 28 May - Müstəqillik Günü münasibətilə “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, büstün önünə tər çiçəklər düzülüb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin sədri, YAP Təftiş Komissiyasının üzvü Səməd Seyidov, şəhid atası Müqabil Məmmədov, partiya veteranı Gülnaz Alişanova, partiya fəalı Esmira Şıxməmmədova çıxış edərək 1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından, cəmi 23 ay fəaliyyət göstərən AXC-nin xalqımızın milli dövlətçilik tarixində silinməz izlər qoymasından və Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmasından ətraflı bəhs ediblər.
Natiqlər qeyd ediblər ki, müstəqilliyimiz 1993- cü ilə qədər şərti və yarımçıq xarakter daşımış, itirilmək təhlükəsi ilə üz-üzə qalmış, məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan əsl müstəqillik yoluna qədəm qoymuşdur.
Çıxış edənlər bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi nəticəsində müstəqil Azərbaycanın özünün yeni inkişaf dövrünü yaşadığını, dünya dövlətləri sırasında layiqli yer tutduğunu, dünyada qlobal problemlərin həllində, yeni dünya nizamının qurulmasında söz sahibi, nüfuz sahibi olmasını xüsusi vurğulayıblar.
Sonra partiya veteranları şair Cavanşir Rüstəm, Kazım Kazımlı və Qaratel Hacımahmudova adına ümumi orta ümumtəhsil məktəbinin şagirdləri 28 May - Müstəqillik Gününə və Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.
Sonda partiya veteranları və fəal partiya üzvləri YAP Qazax rayon təşkilatının Fəxri Fərman ilə təltif olunub, onlara hədiyyələr verilib. Partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

