Şuşa Bəyannaməsi: sabitlik, əməkdaşlıq və tərəqqinin yeni mərhələsi
11.06.2026 [13:44]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
2021-ci il iyunun 15-də Azərbaycan ilə Türkiyə arasında münasibətlərin tarixində yeni mərhələnin əsasını qoyan mühüm hadisə baş verdi. Qarabağın mədəniyyət paytaxtı Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Milli Qurtuluş Günündə imzalanan bu sənəd iki qardaş dövlət arasında münasibətlərin ən yüksək səviyyəyə yüksəldiyini təsdiqlədi, həm də bölgənin gələcək geosiyasi mənzərəsini müəyyənləşdirən mühüm strateji amil kimi tarixə düşdü.
Şuşa Bəyannaməsi öz mahiyyəti etibarilə ortaq tarixə, milli-mənəvi dəyərlərə, ortaq köklərə və əsrlər boyu formalaşmış qardaşlıq münasibətlərinə əsaslanan strateji müttəfiqlik modelidir. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının ruhunu özündə ehtiva edən Bəyannamə Azərbaycan-Türkiyə münasibətlərinin siyasi manifestinə çevrilmişdir.
Şuşa Bəyannaməsinin imzalanmasının xüsusi rəmzi mənası vardır. Bu sənəd işğaldan azad edilmiş Şuşada, Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra imzalanmışdır. Bu baxımdan Bəyannamə yalnız gələcəyə yönəlmiş strateji sənəd deyil, həm də regionda yaranmış yeni reallıqların siyasi təsdiqidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir: “Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərini əhatə edir. Sənəddə siyasi əlaqələrin inkişafı, xarici siyasətin koordinasiyası, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, müdafiə sənayesi, hərbi əməkdaşlıq, təhsil, elm, mədəniyyət, informasiya siyasəti və diaspor fəaliyyəti kimi mühüm istiqamətlər öz əksini tapmışdır.
Bəyannamənin ən mühüm xüsusiyyətlərindən biri onun təhlükəsizlik və müdafiə sahəsində yaratdığı yeni strateji çərçivədir. Sənəddə tərəflərin bir-birinin təhlükəsizliyi və milli maraqlarının qorunması istiqamətində qarşılıqlı fəaliyyət göstərməsi təsbit edilmişdir. Bu müddəa regionda sabitliyin möhkəmləndirilməsi və mümkün təhlükələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi, birgə hərbi təlimlərin keçirilməsi və silahlı qüvvələrin qarşılıqlı fəaliyyət imkanlarının artırılması hər iki dövlətin müdafiə qabiliyyətini daha da gücləndirir.
Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının praktik nəticələrini bütün dünyaya nümayiş etdirdi. Müharibədən sonra bu əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması və institusional əsaslara söykəndirilməsi Şuşa Bəyannaməsinin əsas istiqamətlərindən biri oldu.
Bəyannamə iqtisadi əməkdaşlıq baxımından da mühüm perspektivlər yaradır. Qarşılıqlı investisiya qoyuluşlarının artırılması, sənaye əməkdaşlığının genişləndirilməsi, ticarət dövriyyəsinin yüksəldilməsi və yeni istehsal sahələrinin yaradılması iqtisadi münasibətlərin inkişafına yeni təkan verir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərində Türkiyə şirkətlərinin fəal iştirakı bu əməkdaşlığın real nəticələrindən biridir.
Şuşa Bəyannaməsinin ən mühüm geosiyasi nəticələrindən biri Zəngəzur dəhlizi ilə bağlıdır. Bu layihə Türk dünyasının nəqliyyat və logistika imkanlarını genişləndirən mühüm strateji xətt hesab olunur. Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın əsas ərazi ilə birbaşa nəqliyyat əlaqələrinin bərpasına, Türkiyə ilə quru bağlantılarının genişlənməsinə, Orta Dəhlizin potensialının artmasına və Avropa ilə Asiya arasında yeni ticarət marşrutlarının formalaşmasına xidmət edir.
Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Orta Dəhliz layihəsi, enerji marşrutları və regional nəqliyyat şəbəkələri Azərbaycan ilə Türkiyənin təşəbbüsü ilə həyata keçirilən və beynəlxalq əhəmiyyət daşıyan layihələr sırasında xüsusi yer tutur. Şuşa Bəyannaməsi həmin layihələrin gələcək inkişafı üçün də mühüm siyasi zəmin yaradır.
Sənədin diqqət çəkən istiqamətlərindən biri də xarici siyasət sahəsində əməkdaşlıqdır. Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda, regional və qlobal platformalarda qarşılıqlı dəstək nümayiş etdirir, ortaq maraqların müdafiəsi istiqamətində birgə fəaliyyət göstərirlər. Bu əməkdaşlıq iki dövlətin beynəlxalq nüfuzunun daha da artmasına və qlobal proseslərdə təsir imkanlarının genişlənməsinə şərait yaradır.
Şuşa Bəyannaməsi informasiya siyasəti və diaspor fəaliyyəti sahəsində də yeni əməkdaşlıq imkanları yaradır. Xaricdə yaşayan azərbaycanlı və türk icmalarının birgə fəaliyyətinin gücləndirilməsi, media platformaları arasında əməkdaşlığın genişləndirilməsi, informasiya təhlükəsizliyi sahəsində koordinasiyanın artırılması müasir dövrün çağırışları baxımından xüsusi əhəmiyyət daşıyır.
Bəyannamə eyni zamanda Ermənistanda revanşist dairələrə və regionda sülhə mane olmağa çalışan qüvvələrə açıq siyasi mesajdır. Azərbaycan və Türkiyə regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması istiqamətində vahid mövqedən çıxış edir və yaranmış yeni geosiyasi reallıqların dönməzliyini qətiyyətlə müdafiə edirlər. Şuşa Bəyannaməsinin imzalanmasından sonra hər il iyunun 15-də Şuşada keçirilən konfranslar da sənədin strateji əhəmiyyətinin göstəricisidir.
Bu gün Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvə nöqtəsini ifadə etməklə yanaşı, Türk dünyasının birliyinin, regional əməkdaşlığın və gələcək strateji inkişafın mühüm yol xəritəsi kimi çıxış edir. Bu sənəd iki qardaş dövlətin sarsılmaz iradəsini, ortaq gələcəyə baxışını və regionda sülh, sabitlik və tərəqqi naminə birgə fəaliyyət əzmini nümayiş etdirən tarixi müttəfiqlik müqaviləsidir.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58

