Şuşa Bəyannaməsi – Azərbaycan-Türkiyə qardaşlığının yeni mərhələsi
16.06.2026 [22:17]
2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanmışdır. Tarixi əhəmiyyətə malik olan bu sənəd Azərbaycan-Türkiyə münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəltmiş, iki qardaş ölkə arasında strateji tərəfdaşlığı rəsmən müttəfiqlik səviyyəsinə çatdırmışdır.Şuşa Bəyannaməsi əsrlərə söykənən dostluq, qardaşlıq və qarşılıqlı etimad münasibətlərinin məntiqi davamı kimi çıxış edir. Xüsusilə Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfərdən sonra imzalanan bu sənəd regionda yeni siyasi reallıqların formalaşdığını bir daha nümayiş etdirmişdir. Bəyannamənin məhz Şuşada imzalanması isə rəmzi məna daşıyaraq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq müstəvidə təsdiqinin növbəti təzahürü olmuşdur.
Sənəddə siyasi, iqtisadi, hərbi, müdafiə sənayesi, enerji, nəqliyyat, humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. Bəyannaməyə əsasən, tərəflər milli maraqlara və təhlükəsizliyə qarşı yönələn təhdidlərə qarşı birgə fəaliyyət göstərmək, beynəlxalq platformalarda qarşılıqlı dəstəyi davam etdirmək və regional sülhün, sabitliyin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlmişlər.Şuşa Bəyannaməsi eyni zamanda türk dünyasının birliyi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu sənəd Azərbaycan və Türkiyənin ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanan münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirərək iki dövlətin qarşılıqlı fəaliyyətinin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirmişdir.Bu gün Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin əsas strateji sənədlərindən biri kimi çıxış edir. “Bir millət, iki dövlət” prinsipinin praktik ifadəsi olan bu tarixi sənəd regionda əməkdaşlığın, təhlükəsizliyin və inkişafın təmin edilməsinə mühüm töhfələr verir. Azərbaycan və Türkiyə arasında mövcud olan sarsılmaz qardaşlıq münasibətləri Şuşa Bəyannaməsi ilə daha da güclənərək gələcək nəsillər üçün möhkəm təməl yaratmışdır.Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan xalqının tarixində mühüm siyasi hadisələrdən biri kimi yadda qalmaqla yanaşı, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə, regionda sülh və əməkdaşlığın inkişafına xidmət edən əlamətdar addım kimi yüksək qiymətləndirilir. Bu sənəd Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinin və qardaş ölkələrin ortaq məqsədlər naminə birgə fəaliyyətini davam etdirəcəyinin parlaq təcəssümüdür.Şuşa Bəyannaməsinin əhəmiyyəti günbəgün daha aydın şəkildə özünü göstərir. Bu sənəd yalnız iki dövlət arasında münasibətlərin inkişafına xidmət etmir, həm də regionda uzunmüddətli sabitliyin, iqtisadi əməkdaşlığın və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm rol oynayır. Azərbaycan və Türkiyənin ortaq layihələr çərçivəsində həyata keçirdiyi təşəbbüslər, nəqliyyat və enerji dəhlizlərinin inkişafı, müdafiə sahəsində əməkdaşlığın genişlənməsi Şuşa Bəyannaməsinin praktik nəticələrini əks etdirir. Bu baxımdan, Şuşa Bəyannaməsi qardaş ölkələrin birliyinin, həmrəyliyinin və gələcəyə yönəlmiş strateji baxışının ən mühüm siyasi ifadələrindən biri kimi tarixdə öz layiqli yerini tutmuşdur.
Lalə İskəndərova
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20

