Azərbaycan və Avropa Komissiyası arasında əməkdaşlığın yeni istiqamətləri
07.07.2026 [15:29]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 1 iyul 2026-cı il tarixində Azərbaycana səfəri zamanı verdiyi Bəyanat Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirən mühüm siyasi sənəd kimi böyük əhəmiyyət daşıyır. Bu bəyanat tərəflər arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın, enerji təhlükəsizliyi sahəsində tərəfdaşlığın və regional nəqliyyat layihələrinin uğurla inkişaf etdiyini bir daha təsdiqləyir. Bəyanatda vurğulanan fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, etibarlı tərəfdaş kimi qazandığı nüfuzu və Avropa ilə strateji əməkdaşlığının perspektivlərini aydın şəkildə əks etdirir.
Cənab Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər tarixinin ən mühüm dövrlərindən biri yaşanır. Son dövrlərdə Avropa İttifaqının yüksək səviyyəli rəhbərlərinin Azərbaycana ardıcıl səfərləri siyasi dialoqun intensivləşdiyini, qarşılıqlı etimadın möhkəmləndiyini və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndiyini göstərir. Bu görüşlər iki tərəfin bir-birinə verdiyi əhəmiyyətin, qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin göstəricisidir.
Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi əlaqələr daim inkişaf edir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olmaqla ölkənin xarici ticarət dövriyyəsində mühüm yer tutur. Xarici ticarətin böyük hissəsinin Avropa bazarları ilə həyata keçirilməsi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının mühüm göstəricisidir. Qarşılıqlı investisiyaların artması, yeni iqtisadi layihələrin reallaşdırılması, qeyri-neft sektorunda əməkdaşlığın genişlənməsi və biznes mühitinin inkişafı gələcəkdə iqtisadi əlaqələrin daha da möhkəmlənəcəyinə əsas yaradır.
Bəyanatda enerji təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirilmişdir. Müasir dövrdə enerji təhlükəsizliyi hər bir dövlət üçün milli təhlükəsizliyin əsas tərkib hissəsinə çevrilmişdir. Azərbaycan uzun illərdir ki, Avropanın etibarlı enerji tərəfdaşı kimi fəaliyyət göstərir və öz öhdəliklərini daim yüksək məsuliyyətlə yerinə yetirir. Cənub Qaz Dəhlizi layihəsi, TANAP və TAP kimi beynəlxalq enerji layihələri Azərbaycanın təbii qazını Avropa bazarlarına çatdıraraq qitənin enerji təminatında mühüm rol oynayır. Bu layihələr Avropanın enerji mənbələrinin şaxələndirilməsinə, enerji təhlükəsizliyinin möhkəmlənməsinə və enerji asılılığının azaldılmasına ciddi töhfə verir.
Cənab Prezident İlham Əliyev bəyanatında vurğulamışdır ki, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti qarşılıqlı fayda və etibarlılıq prinsiplərinə əsaslanır. Ölkəmiz yalnız enerji ixrac edən dövlət deyil, eyni zamanda uzunmüddətli və sabit tərəfdaş kimi tanınır. Azərbaycan qazının Avropa ölkələrinə ixracının artması tərəflər arasında qarşılıqlı etimadın və strateji əməkdaşlığın daha da gücləndiyini göstərir.
Son illərdə Azərbaycanın bərpa olunan enerji sahəsində əldə etdiyi uğurlar da Avropa İttifaqı ilə əməkdaşlığın yeni istiqamətlərindən birini təşkil edir. Günəş və külək enerjisi sahəsində həyata keçirilən iri layihələr ölkəmizin "yaşıl enerji" strategiyasının uğurla həyata keçirildiyini nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan olunması bu istiqamətdə atılmış mühüm addımlardandır. Gələcəkdə yaşıl enerjinin Avropa bazarlarına ixracı həm Azərbaycanın iqtisadi imkanlarını genişləndirəcək, həm də Avropanın ekoloji təhlükəsizlik məqsədlərinə töhfə verəcəkdir.
Bəyanatda regional nəqliyyat və logistika layihələrinin əhəmiyyəti də geniş şəkildə qeyd edilmişdir. Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat qovşağına çevrilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Orta Dəhliz kimi strateji layihələr ölkəmizin tranzit potensialını əhəmiyyətli dərəcədə artırmışdır. Azərbaycanın nəqliyyat infrastrukturuna yatırdığı investisiyalar beynəlxalq yükdaşımaların həcmini artırır, ticarət əlaqələrinin genişlənməsinə şərait yaradır və regionun iqtisadi inkişafına mühüm töhfə verir.
Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış və müstəqil xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu diplomatiya nəticəsində Azərbaycan beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Avropa İttifaqı ilə əməkdaşlığın qarşılıqlı hörmət, suverenliyə ehtiram və bərabərhüquqlu münasibətlər əsasında inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət kursunun əsas prinsiplərindən biridir.
Bu bəyanat bir daha sübut edir ki, Azərbaycan regional və qlobal proseslərdə mühüm söz sahibidir. Ölkəmiz yalnız Cənubi Qafqaz regionunun deyil, Avrasiyanın enerji, nəqliyyat və iqtisadi əməkdaşlıq sisteminin vacib iştirakçılarından birinə çevrilmişdir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələr regionda sabitliyin, iqtisadi inkişafın və qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.
Nəticədə Cənab Prezident İlham Əliyevin Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi mesajdır. Bəyanatda əks olunan fikirlər göstərir ki, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və ümumi maraqlara əsaslanan əməkdaşlıq bundan sonra da genişlənəcəkdir. Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, nəqliyyat imkanlarının genişləndirilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi və yaşıl enerji sahəsində həyata keçirdiyi layihələr ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirəcək, Avropa ilə münasibətlərin uzunmüddətli və davamlı inkişafına mühüm zəmin yaradacaqdır.
Cəmilə Hüseynova
YAP Naxçıvan şəhər təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

