PREZİDENTİN NAXÇIVANA SƏFƏRİNİN TARİXİ-SİYASİ ƏHƏMİYYƏTİ VƏ MƏDƏNİ İRSƏ TÖHFƏSİ
18.08.2026 [14:11]
11 avqust 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Naxçıvana
səfəri Azərbaycanın bu qədim diyarının tarixinə və taleyinə onun siyasi-iqtisadi,
həmçinin sosial-mədəni inkişaf strategiyasının yeni perspektivlərini açan mühüm
əhəmiyyətli səhifə olaraq yazıldı. Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan
ayrı düşməsinə baxmayaraq, ölkəmizin siyasi-iqtisadi sisteminin mühüm tərkib
hissəsi kimi inkişaf dinamikasının sürətləndirilməsi, müasir infrasrukturlarla təmin
edilməsi, eləcə də sosial-mədəni istiqamətlər üzrə yeni inkişaf hədəflərinin
müəyyənləşdirilməsi Naxçıvan diyarına olan yüksək dövlət qayğısının bariz
nümunəsi olaraq dəyərləndirilir və geniş ictimaiyyət tərəfindən minnətdarlıqla
qarşılanır.
Naxçıvan tarixən Azərbaycanın siyasi-iqtisadi, mədəni-sosial həyatında
xüsusi yer tutmuşdur. Bu baxımdan ölkə başçısının səfəri yalnız regionun cari
inkişaf mərhələsinin nəzərdən keçirilməsi deyil, eyni zamanda Azərbaycanın
dövlətçilik strategiyasında Naxçıvanın tutduğu yerin əhəmiyyətini göstərməklə
onun yeni inkişaf strategiyalarının başlıca prioritetlərinin müəyyənləşdirilməsi
baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvanın inkişaf strategiyasının əsas
hədəflərini müəyyənləşdirən bu prioritetlər ölkə başçısının Azərbaycan
Televiziyasına verdiyi müsahibə zamanı xüsusi olaraq vurğulanmışdır. Onlar
muxtar respublikanın müdafiə potensialının gücləndirilməsi, iqtisadi inkişafın
intensivləşdirilməsi, əhalinin sosial rifahının daha da yüksəldilməsi, bölgənin
logistik statusunun genişləndirilməsi, tarixi-mədəni irsin qorunması və müasir
qlobal meyarlar çərçivəsində tanıdılması baxımından mühüm tarixi-siyasi
əhəmiyyət daşıyır.
Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olduğuna diqqət çəkən
ölkə Prezidenti bu ordunun tərkib hissəsi olaraq Naxçıvanda Əlahiddə Ordunun
yaradılmasının əhəmiyyətini qeyd etmiş və muxtar respublikanın təhlükəsizliyinin
2
birinci şərt olduğunu vurğulamışdır. Bu fikirlər Azərbaycanın dövlətçilik
siyasətində Naxçıvanın siyasi və müdafiə əhəmiyyətini regional və beynəlxalq
müstəvidə müəyyənləşdirən güclü mesaj olaraq dərin məna daşıyır.
İkinci mühüm fəaliyyət istiqamətini təşkil edən iqtisadi inkişafın
sürətləndirilməsi sahəsində görülmüş işlər nəticəsində Naxçıvanda qazlaşma 100
faizə çatdırılmış, su ehtiyatlarından səmərəli istifadə ilə bağlı qəbul edilən dövlət
proqramları iqtisadi potensialı möhkəmləndirmişdir. Naxçıvanda müasir sənaye
komplekslərinin yaradılması, 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının
tikintisi, 300 meqavat gücündə istilik elektrik stansiyasının təməlinin qoyulması,
Ordubad rayonunda 15 meqavatdan çox gücdə su elektrik stansiyası layihəsinin
hazırlanması regionun sürətli iqtisadi inkişafını stimullaşdırmaqla təkcə ölkə
çərçivəsində deyil qonşu ölkələr üçün də intensiv inkişafı şərtləndirir.
Üçüncü inkişaf istiqaməti sosial məsələlərə diqqətin artırılması ilə bağlıdır.
Əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerləri, kənd və rayonların
abadlaşdırılması, yeni elektrik avtobusların hərəkətə başlaması, Sənaye Parkının
yaradılması Naxçıvanın dayanıqlı inkişafını, sosial rifahın daha da
yaxşılaşdırılmasının başlıca amilləri olaraq ön plana çıxır. Naxçıvanın Şərqi
Zəngəzur və Qarabağ iqtisadi rayonları ilə vahid konsepsiya əsasında inkişaf
etdirilməsi bu regionların turizm potensialını artıracaqdır. Bu sahədə Naxçıvan
şəhərinin Baş planının hazırlanması, şəhərin mərkəzində yeni mehmanxananın
tikintisi, yeni iş yerlərinin açılması sosial-ictimai tərəqinin yüksəlişinə təminat
verir.
Naxçıvanın logistik statusunun genişləndirilməsi ilə bağlı həyata keçirilən
tədbirlər ayrıca istiqamət sahəsi olaraq mühüm əhəmiyyət daşıyır. Zəngəzur
dəhlizinin yaradılması bu sahədə xüsusi əhəmiyyət daşıyır. Ölkə Prezidentinin
müsahibəsində bu məsələ xüsusi olaraq vurğulanmışdır: “Azərbaycanın əsas
hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı
arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq,
yaxınlaşırdıq və artıq yaxınlaşmışıq.” Cənab Prezidentin qeyd etdiyi kimi, Şimal-
3
Cənub istiqamətli beynəlxalq əhəmiyyətli nəqliyyat layihəsinin mərkəzində
Naxçıvan dayanır. Bu fikirləri eyni ilə Şərq-Qərb istiqamətində nəqliyyat
layihələrinə şamil etmək olar. Təbii ki, belə bir logistik mahiyyət qazanması
Naxçıvanın inkişaf strategiyasına tamamilə yeni və çoxşaxəli məzmun qatır, onun
inkişafı ilə yanaşı region dövlətlərinin də bölgədə sülh və sabitliyin təmin
olunmasında maraqlı olmasını gücləndirir.
Ölkə Prezidentinin Naxçıvana 17-ci səfəri yuxarıda qeyd edilən
istiqamətlərlə yanaşı tarixi-mədəni irsə töhfə olan mühüm tədbirlərlə də yadda
qaldı. Azərbaycanın bu qədim diyarının mənəvi dəyərini yüksək qiymətləndirən
dövlət başçısının müsahibəsində bu bölgənin tarixi mədəniyyət abidələrinin
əhəmiyyəti xüsusi olaraq vurğulanmışdır: “Naxçıvan çox zəngin tarixə və
mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malikdir.” Möminə xatun
türbəsi, Yusif Küseyiroğlu türbəsi, Qarabağlar türbəsi kimi türk-islam
mədəniyyətinin inciləri olan yerüstü abidələr yer altında minillərlə qədim
tariximizin sübutları olaraq qalmış arxeoloji abidələrlə birlikdə Azərbaycan tarixi
coğrafiyasında qədim dövrlərdən mövcud olmuş zəngin mədəni irsin tərkib hissəsi
olmuşdur. Onların tədqiqi, qorunması tək bir region üçün deyil, bütövlükdə
ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Bu mənada Möminə xatun məqbərəsinin
bərpası ilə bağlı görülmüş işlərlə ölkə başçısının tanış olması, eyni zamanda
Naxçıvan türbələrinin memarı, “mühəndislər şeyxi” kimi şöhrət qazanmış Əcəmi
Naxçıvaninin xatirəsinə ucaldılmış abidənin açılışında iştirak etməsi tarixi-mədəni
irsimizə olan dövlət qayğısının növbəti nümunəsidir. Bu tədbirlər Naxçıvanın
tarixi-mədəni irsinin də onun inkişaf strategiyasının mühüm amillərindən biri kimi
diqqətdə saxlanıldığını təsdiq edir.
Tarixi-mədəni irsin qorunmasının vacibliyinə xüsusi diqqət çəkən ölkə
Prezidenti ölkədə, eləcə də regionda müxtəlif sahələrdə aparılan islahatlar,
görülmüş işlər fonunda bu abidələrin milli kimliyimizin gələcək nəsillərə
şatdırılmasında əhəmiyyətini yüksək qiymətləndirərək qeyd etmişdir: “Bütün bu
məsələlər böyük əhəmiyyət daşıyır. Çünki təbii ki, sosial-iqtisadi inkişaf, enerji
4
təhlükəsizliyi vacib məsələlərdir. Ancaq bütün bu görülən işlərin təməlində bizim
milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz,
ədəbiyyatımız, tariximiz dayanır.” Bu fikirlər göstərir ki, ölkələrin, xalqların
inkişafının hansı istiqamətdə şaxələndirilməsindən, iqtisadi, siyasi, sosial, ictimai,
texnoloji nailiyyətlərin hansı səviyyədə olmasından asılı olmayaraq onların təməli
tarixi-mədəni, mənəvi irsin özünəməxsusluğuna söykənir.
Yuxarıda şərh edilən beş istiqamətdə inkişaf dinamikasını vahid məcrada
birləşdirərkən səfər çərçivəsində Naxçıvanın hərtərəfli inkişafına, həmçinin tarixi-
mədəni irsinin yaşadılmasında göstərilən dövlət qayğısı və onun uğurlu nəticələri
tam aydınlığı ilə ortaya çıxır. Bu mənada ölkə Prezidentinin Naxçıvana 17-ci
səfəri Azərbaycanın bu qədim diyarının taleyinə əhəmiyyətli tarixi-siyasi hadisə
olaraq yazılmış, buradakı tarixi-mədəni irsin qorunmasına dəyərli töhfə vermiş, və
regionun gələcək inkişaf strategiyasında yeni mərhələ açmışdır.
Zeynəb Quliyeva
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Tarix elmləri doktoru
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının
AMEA Naxçıvan Bölməsi üzrə ƏPT sədri
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

