Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır
25.08.2026 [16:38]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına 23 avqust 2026-
cı il tarixində baş tutan dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin yeni
inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Dövlət başçımızın
Daşkənddə mətbuata verdiyi bəyanatda səsləndirdiyi “Bu gün Daşkənd və bütün
Özbəkistan yüksəliş dövrünü yaşayır” fikri yalnız paytaxtın sürətli inkişafına
verilən yüksək qiymət deyil, eyni zamanda Özbəkistanda həyata keçirilən
genişmiqyaslı islahatların və sosial-iqtisadi siyasətin nəticələrinin obyektiv
ifadəsidir.
Prezident İlham Əliyev Daşkəndə hər səfərində sürətli inkişafın şahidi olduğunu
vurğuladı. Bu inkişafın həm böyük layihələrdə, həm də gündəlik həyatın müxtəlif
sahələrində özünü göstərməsi Özbəkistanın modernləşmə prosesinin sistemli
xarakter daşıdığını göstərir. Söhbət yalnız yeni binaların və infrastrukturun
inşasından deyil, iqtisadiyyatın şaxələndirilməsindən, sənayenin, kənd
təsərrüfatının, energetikanın və nəqliyyat sisteminin inkişafından, investisiyaların
cəlb edilməsindən və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsindən
gedir.
Dövlətimizin başçısının xüsusi olaraq qeyd etdiyi mühüm məqam isə Özbəkistanın
bugünkü uğurlarının Prezident Şavkat Mirziyoyevin məqsədyönlü fəaliyyətinin
nəticəsi olmasıdır. Prezident İlham Əliyev bildirdi ki, Şavkat Mirziyoyev
rəhbərliyə başladığı dövrdə ölkənin qarşısında ciddi iqtisadi və sosial vəzifələr
dayanırdı. İslahatların əsas məqsədi iqtisadi inkişaf üçün yeni əsaslar yaratmaq,
sənayeni və kənd təsərrüfatını şaxələndirmək, investisiyaları artırmaq və ölkənin
mövcud potensialından daha səmərəli istifadə etmək idi.
Bu gün əldə olunan nəticələr həmin siyasətin uğurlu olduğunu göstərir. Özbəkistan
Mərkəzi Asiyanın mühüm iqtisadi, siyasi və nəqliyyat mərkəzlərindən birinə
çevrilmək istiqamətində inamla irəliləyir. Daşkənddə həyata keçirilən müasir
şəhərsalma layihələri də bu inkişafın əyani nümunəsidir. Azərbaycan Prezidenti
səfər zamanı Özbəkistanın ən böyük şəhərsalma layihəsi olan “Yeni Daşkənd”lə
tanış oldu. Layihə iqtisadiyyat, investisiya, nəqliyyat, təhsil, ekologiya və rəqəmsal
texnologiyaları vahid şəhərsalma modelində birləşdirir və tam başa çatdıqdan sonra
260 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
“Yeni Daşkənd” layihəsi onu göstərir ki, Özbəkistanın inkişaf strategiyasında insan
amili, müasir infrastruktur və gələcəyə hesablanmış şəhər mühiti mühüm yer tutur.
Yeni universitetlərin, elmi laboratoriyaların, kitabxanaların, muzeylərin, yaşayış və
biznes komplekslərinin yaradılması ölkənin yalnız iqtisadi deyil, həm də
intellektual və mədəni potensialının gücləndirilməsinə xidmət edir.
Prezident İlham Əliyevin səfər çərçivəsində Nizami Gəncəvi adına Milli Pedaqoji
Universitetin açılışında iştirakı isə Azərbaycan-Özbəkistan münasibətlərinin
humanitar və mədəni istiqamətinin xüsusi əhəmiyyətini göstərdi. Nizami Gəncəvi
kimi böyük Azərbaycan mütəfəkkirinin adını daşıyan təhsil müəssisəsinin
Daşkənddə fəaliyyət göstərməsi iki xalqın ortaq mənəvi və mədəni dəyərlərinin
daha da möhkəmləndirilməsinə mühüm töhfədir.
Bu səfərin mühüm nəticələrindən biri də Azərbaycan və Özbəkistan arasında
iqtisadi əməkdaşlığın konkret layihələrlə zənginləşməsidir. Səfər zamanı
Azərbaycanın Özbəkistanda həyata keçirdiyi bir sıra layihələrin açılışı və yeni
layihələrin təməlqoyma mərasimləri keçirildi. Bankçılıq, sənaye, təhsil, energetika,
tikinti, turizm, kənd təsərrüfatı və digər sahələri əhatə edən bu layihələr
Azərbaycan biznesinin Özbəkistan iqtisadiyyatına artan marağını və qarşılıqlı
investisiya imkanlarının genişləndiyini nümayiş etdirir.
Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı səviyyəsi təsadüfi deyil. Bu
əlaqələrin təməlində xalqlarımızı birləşdirən tarixi, milli-mənəvi və mədəni bağlar
dayanır. Son illərdə siyasi münasibətlərin yüksək səviyyədə inkişafı iqtisadi,
nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlığın genişlənməsi üçün
möhkəm zəmin yaradıb.
23 avqust səfərinin nəticələri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan
və Özbəkistan prezidentlərinin iştirakı ilə bir sıra sənədlərin imzalanması və Ali
Dövlətlərarası Şuranın 3-cü iclasının keçirilməsi münasibətlərin strateji xarakterini
bir daha təsdiqlədi.
Səfərin rəmzi məqamlarından biri isə Yeni Daşkənd şəhərində “Azərbaycan”
parkının təməlinin qoyulması oldu. Bakıda “Özbəkistan”, Yeni Daşkənddə isə
“Azərbaycan” parkının yaradılması xalqlarımızın qarşılıqlı dostluğunun,
hörmətinin və qardaşlığının gözəl rəmzidir. Bu layihələr iki ölkənin paytaxtlarını
yalnız coğrafi baxımdan deyil, mənəvi və mədəni baxımdan da bir-birinə daha da
yaxınlaşdırır.
Azərbaycan və Özbəkistan bu gün öz milli inkişaf modellərini uğurla həyata
keçirən, regional və beynəlxalq proseslərdə fəal mövqeyə malik dövlətlərdir. Hər
iki ölkənin rəhbərlərinin siyasi iradəsi və qarşılıqlı etimada əsaslanan münasibətləri
əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar açır.
Prezident İlham Əliyevin “Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü
yaşayır” fikri, əslində, qardaş ölkənin inkişafına verilən yüksək siyasi qiymətdir.
Bu yüksəlişin arxasında məqsədyönlü islahatlar, güclü siyasi iradə, iqtisadi
potensialdan səmərəli istifadə və gələcəyə hesablanmış inkişaf strategiyası dayanır.
Azərbaycan xalqı Özbəkistanın uğurlarını öz uğuru kimi qəbul edir. Çünki
Azərbaycanla Özbəkistanı yalnız dövlətlərarası münasibətlər deyil, ortaq tarix, dil,
mədəniyyət, mənəvi dəyərlər və qardaşlıq hissləri birləşdirir. Əminliklə demək olar
ki, Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə
Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf
edəcək, xalqlarımızın rifahına və regionda sülh, sabitlik və tərəqqinin
möhkəmlənməsinə xidmət edəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45

