Türk Dövlətləri Təşkilatı – qarşılıqlı etimad və əməkdaşlıq platforması
21.09.2026 [14:30]
Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik məsələləri dövlətlərin qarşısında duran ən mühüm prioritetlərdən birinə çevrilib. Dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr, yeni təhlükəsizlik çağırışlarının meydana çıxması, terrorçuluq, transmilli cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və informasiya müharibələri dövlətlər arasında əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir. Müasir beynəlxalq münasibətlər sistemində sürətlə dəyişən geosiyasi reallıqlar, regional təhlükəsizlik riskləri və iqtisadi çağırışlar fonunda milli dövlətlərin birgə fəaliyyəti və strateji tərəfdaşlığı müstəsna əhəmiyyət kəsb edir. Naxçıvanda təməli qoyulmuş Türk Dövlətləri Təşkilatı (TDT) keçdiyi təxminən iyirmi illik tarixi inkişaf yolu ərzində regionda və qlobal miqyasda sülhün, sabitliyin, təhlükəsizliyin və çoxşaxəli əməkdaşlığın aparıcı mexanizmlərindən birinə çevrilmişdir.
2026-cı il sentyabrın 17-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantının iştirakçılarını qəbul edib və görüşdə çıxış edib. Dövlət başçısının çıxışında Türk Dövlətləri Təşkilatının inkişafı, üzv dövlətlər arasında siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, mövcud və mümkün təhdidlərə qarşı birgə fəaliyyətin gücləndirilməsi ilə bağlı mühüm fikirlər səsləndirilib. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlər sistemində artan rolunun qeyd olunmasıdır. Dövlət başçısı bildirib ki, TDT çərçivəsində keçirilən müxtəlif formatlı görüşlər təşkilat daxilində fəal qarşılıqlı əlaqələrin göstəricisidir. Təhlükəsizlik məsələləri ilə yanaşı, təşkilatın gündəliyində beynəlxalq təhlükəsizlik, multikulturalizm, ticarət, nəqliyyat, enerji və humanitar əməkdaşlıq kimi geniş istiqamətlər yer alır.
Türk Dövlətləri Təşkilatının formalaşmasının əsasında ortaq tarixi, mədəni və mənəvi bağlar dayanır. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında son illərdə müxtəlif sahələrdə münasibətlərin dərinləşməsi bu əməkdaşlığın praktiki stiqamətlərini genişləndirib. Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə TDT-yə üzv dövlətlər arasında yüksək səviyyəli siyasi münasibətlərin mövcud olduğunu, ikitərəfli müttəfiqlik sənədlərinin imzalandığını və iqtisadi əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb. Müasir dünyada baş verən münaqişələr, ikili standartlar və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda TDT məkanında hökm sürən daxili sabitlik, iqtisadi artım və gənc demoqrafik potensial böyük üstünlükdür. Xüsusilə gənc nəslin milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyə olunması və yad ideoloji təxribatlardan qorunması təşkilatın gələcək fəaliyyətində strateji yer tutur. BMT Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalan qətnamələrini öz gücü ilə icra edərək suverenliyini bərpa edən Azərbaycanın təcrübəsi göstərir ki, beynəlxalq hüququn aliliyini qorumaq üçün güclü, həmrəy və vahid platformadan çıxış edən təşkilatlara ehtiyac var. Beləliklə, Türk Dövlətləri Təşkilatının potensialından maksimum istifadə edilməsi onun yaxın gələcəkdə qlobal qərarların qəbul olunduğu aparıcı beynəlxalq institutlardan birinə çevrilməsini təmin edəcəkdir.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:45

