Milli maraqlara söykənən konseptual xarici siyasət kursu
21.09.2026 [15:44]
Türk dünyasının geosiyasi əhəmiyyətinin artdığı, regional təhlükəsizlik və enerji məsələlərinin beynəlxalq gündəmdə xüsusi yer tutduğu bir dövrdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Prezident İlham Əliyevin təşkilata üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə səsləndirdiyi fikirlər türk dövlətləri arasında həmrəyliyin, qarşılıqlı fəaliyyətin və ortaq təhlükəsizlik yanaşmasının vacibliyini bir daha gündəmə gətirir. Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında və Mərkəzi Asiya ölkələrinin enerji imkanlarının beynəlxalq bazarlara nəqlində oynadığı rol, eləcə də türk dövlətlərini birləşdirən tarixi-mədəni bağlar bu əməkdaşlığın iqtisadi və mənəvi əsaslarını təşkil edir. Eyni zamanda, müasir təhdidlərin, xüsusilə ideoloji çağırışların gənc nəslə təsiri təhlükəsizlik məsələsinə daha geniş prizmadan yanaşmağı zəruri edir. Görüşdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər türk dünyasının qarşısında dayanan əsas məsələlərə – enerji təhlükəsizliyi, regional sabitlik, qarşılıqlı əməkdaşlıq və gənclərin ideoloji təhdidlərdən qorunmasına diqqət çəkir. Çıxışda Azərbaycanın Türk Dövlətləri Təşkilatında oynadığı rol, həm enerji istehsalçısı, həm də mühüm tranzit ölkəsi kimi mövqeyi xüsusi vurğulanır.
Ölkəmizin uzun illərdir dünya enerji bazarında etibarlı tərəfdaş kimi çıxış edir. Ölkənin enerji resurslarının beynəlxalq bazarlara çıxarılması ilə yanaşı, Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Xəzər dənizi üzərindən Qərb bazarlarına nəqlində Azərbaycanın mühüm tranzit imkanları mövcuddur. Bu baxımdan Azərbaycan yalnız öz enerji resurslarının ixracatçısı deyil, həm də Mərkəzi Asiya ilə Avropa arasında enerji və nəqliyyat əlaqələrinin inkişafına töhfə verən ölkə kimi çıxış edir. Xəzər hövzəsinin geosiyasi və iqtisadi əhəmiyyətinin artması Azərbaycanın regional əməkdaşlıq imkanlarını da genişləndirir. Enerji sahəsində əməkdaşlıq türk dövlətləri arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün mühüm istiqamətlərdən biridir. İnfrastruktur layihələrinin inkişafı, enerji marşrutlarının şaxələndirilməsi və tranzit imkanlarının genişləndirilməsi region ölkələrinin qarşılıqlı asılılığını və əməkdaşlıq potensialını artırır.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi “Türk dünyası bizim ailəmizdir” ifadəsi türk dövlətləri arasındakı münasibətlərin yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmadığını göstərən siyasi mesaj kimi diqqəti cəlb edir. Türk dövlətlərini birləşdirən ortaq tarixi-mədəni irs, dillər arasındakı yaxınlıq, ənənələr və tarixi əlaqələr əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Bu amillər siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və humanitar əlaqələrin inkişafına zəmin formalaşdırır. Son illərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətlərdə genişlənməsi bu əlaqələrin institusional xarakter aldığını göstərir. Nəqliyyat, enerji, ticarət, rəqəmsal texnologiyalar, təhsil, mədəniyyət və təhlükəsizlik sahələri təşkilat daxilində qarşılıqlı fəaliyyətin əsas istiqamətləri sırasında yer alır. Görüşdə diqqət çəkən əsas məsələlərdən biri müasir təhdidlərin xarakterinin dəyişməsi ilə bağlıdır. Prezident İlham Əliyev bugünkü təhdidlərin ideoloji xarakter daşıdığını vurğulayaraq gənclərlə bağlı məsələlərə xüsusi diqqət yetirməyin vacibliyini qeyd edib. Müasir informasiya məkanında ideoloji təsirlər, dezinformasiya və müxtəlif radikallaşma meyilləri dövlətlərin təhlükəsizlik gündəliyində yeni məsələlər meydana çıxarır. Bu şəraitdə təhlükəsizlik anlayışı yalnız hərbi və fiziki təhlükəsizliklə məhdudlaşmır. İnformasiya təhlükəsizliyi, cəmiyyətin maarifləndirilməsi, gənclərin düzgün informasiya mənbələrinə çıxışının təmin edilməsi də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Türk Dövlətləri Təşkilatı daxilində gənclər və gənclər təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Təhsil, mədəniyyət, elm və sosial layihələr vasitəsilə gənclər arasında əlaqələrin genişləndirilməsi ortaq dəyərlərin və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edə bilər. Çıxışda Azərbaycan-Qazaxıstan münasibətlərinə də xüsusi yer verilməsi iki ölkə arasında mövcud əməkdaşlığın əhəmiyyətini göstərir. Azərbaycan və Qazaxıstan həm Xəzər regionunda yerləşən dövlətlər, həm də Türk Dövlətləri Təşkilatının fəal üzvləri kimi müxtəlif sahələrdə əməkdaşlıq imkanlarına malikdirlər. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin, nəqliyyat və logistika əməkdaşlığının, enerji və humanitar münasibətlərin inkişafı regional əlaqələrin gücləndirilməsinə təsir göstərir. Xəzər üzərindən həyata keçirilən nəqliyyat marşrutları Azərbaycan və Qazaxıstanı Avropa ilə Mərkəzi Asiya arasında mühüm bağlantı nöqtələrinə çevirir. Bu əməkdaşlığın əsas istiqamətlərindən biri də xalqların rifahının yüksəldilməsidir. Dövlətlərarası münasibətlərin nəticə etibarilə vətəndaşların sosial-iqtisadi imkanlarının genişlənməsinə, biznes əlaqələrinin artmasına və humanitar münasibətlərin möhkəmlənməsinə xidmət etməsi mühüm məqsədlərdən biridir.
Prezident İlham Əliyevin çıxışında səslənən fikirlər türk dövlətləri arasında əməkdaşlığın yalnız bugünkü məsələlərin həlli ilə deyil, gələcək çağırışlara hazırlıqla da bağlı olduğunu göstərir. Enerji və nəqliyyat layihələri iqtisadi əlaqələri möhkəmləndirdiyi kimi, təhlükəsizlik sahəsində koordinasiya və gənclərlə bağlı birgə fəaliyyət də uzunmüddətli əməkdaşlığın sosial əsaslarını gücləndirə bilər. Türk dünyasının qarşısında duran imkanlar geniş olduğu kimi, çağırışlar da müxtəlifdir. Bu şəraitdə qarşılıqlı etimadın, siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və humanitar əlaqələrin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın enerji və tranzit imkanları, Qazaxıstanın Mərkəzi Asiyadakı mövqeyi və digər türk dövlətlərinin iqtisadi potensialı bir-birini tamamlayan imkanlar yaradır. Bu imkanların səmərəli şəkildə əlaqələndirilməsi Türk Dövlətləri Təşkilatının regional və beynəlxalq əməkdaşlıq platforması kimi fəaliyyətinin daha da inkişafına şərait yarada bilər. Prezident İlham Əliyevin çıxışında irəli sürülən əsas tezislər enerji təhlükəsizliyindən regional sabitliyə, ortaq mədəni dəyərlərdən gənclərlə işə qədər geniş bir gündəliyi əhatə edir. Bu gündəliyin mərkəzində isə qarşılıqlı əməkdaşlıq, təhlükəsizlik və türk dövlətlərinin xalqlarının rifahı dayanır.
Elman İbrahimli,
YAP Göygöl rayon təşkilatı üzrə Çaykənd kənd ərazi partiya tşkilatının üzvü
Xəbər lenti
Hamısına baxDünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19

