Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qaradağ rayonunda YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş müşavirə keçirilib

Qaradağ rayonunda YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş müşavirə keçirilib

07.10.2026 [17:25]

Oktyabrın 6-da Qaradağ rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Tədbirdə Qurultay nümayəndələri - YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı, partiyanın Təftiş komissiyasının üzvü Aydın Hüseynov, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov, SOCAR prezidentinin müşaviri Racu Vəliyev, Lökbatan Tibb Mərkəzinin direktoru, Nizami küçəsi 9 ünvanı üzrə Ərazi Partiya Təşkilatının sədri, professor Elçin Hüseynov, “BosŞelf” MMC-nin baş direktoru Nazim Hüseynov, YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü Anastasiya Lavrina, şəhid anası Fəridə İsmayılova, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, “BosŞelf” MMC-nin meneceri Cavanşir Əliyev, N. Nərimanov adına NQÇİ-nin rəisi Fərhad Cəfərov, Qaradağ rayonunda fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri, partiya veteranları, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi qaziləri, veteranları, ziyalılar və gənclərin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Qaradağ rayonu Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla anıblar. 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan müşavirədə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov YAP Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr mövzusunda məruzə ilə çıxış edib. 

İlqar İlyasov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi nitq ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nəticələrin və yeni mərhələdə qarşıya qoyulan strateji vəzifələrin aydın siyasi çərçivəsini müəyyən edir.

Ona görə də bugünkü müşavirənin əsas məqsədi cənab Prezidentin müəyyən etdiyi siyasi istiqamətlərin mahiyyətini dərindən dərk etmək və bu istiqamətlərin YAP Qaradağ rayon təşkilatının fəaliyyətində konkret şəkildə əks olunmasını təmin etməkdir. YAP Qaradağ rayon təşkilatı qarşıdakı dövrdə ərazi partiya təşkilatları və partiya fəalları ilə birlikdə həmin vəzifələrin həyata keçirilməsi üçün var gücü ilə çalışacaqdır.

Müşavirədə digər çıxış edənlər Milli Məclisin deputatı, partiyanın Təftiş komissiyasının üzvü Aydın Hüseynov, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov, şəhid anası Fəridə İsmayılova, SOCAR-ın prezidentinin müşaviri Racu Vəliyev, Lökbatan Tibb Mərkəzinin direktoru, Nizami küçəsi 9 ünvanı üzrə Ərazi Partiya Təşkilatının sədri, professor Elçin Hüseynov, YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü Anastasiya Lavrina və  Emin Quliyev prospekti 37 ünvanı üzrə Ərazi Partiya Təşkilatının sədri Səkinə Rzayeva partiyanın VIII Qurultayının ölkəmiz üçün xüsusi tarixi mərhələdə keçirildiyini qeyd ediblər. Onlar vurğulayıblar ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olması onun siyasi əhəmiyyətini daha da artırır.

 Qurultayda Prezident, YAP Sədri İlham Əliyevin nitqini yüksək qiymətləndirən çıxışçılar bunun ölkəmizin gələcək inkişafı üçün yol xəritəsi olduğunu xüsusi vurğulayıblar. Bildiriblər ki, həmin nitqdə irəli sürülən vəzifələr hər bir azərbaycanlının vəzifə borcu olmalı və hər bir vətəndaş tərəfindən vicdanla həyata keçirilməlidir. 

Tədbir Yeni Azərbaycan partiyasının himnininn səsləndirilməsi ilə başa çatıb.

Paylaş:
Baxılıb: 7 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Alaqvuran

10 Oktyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

10 Oktyabr 08:35  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31