Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qaradağda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrin müzakirəsinə həsr olunmuş görüş keçirilib

Qaradağda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrin müzakirəsinə həsr olunmuş görüş keçirilib

08.10.2026 [17:27]

Qaradağda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrin müzakirəsinə həsr olunmuş görüş keçirilib

Oktyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin və qurultay materiallarının öyrənilməsi ilə bağlı görüş keçirilib.

Görüşdə Qurultay nümayəndəsi, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, Qərbi Azərbaycan İcması Qaradağ rayon şöbəsi sədrinin müavini İbad Mehdiyev, QMƏVŞA İctimai Birliyinin Qaradağ rayon şöbəsinin sədri Maqsud Heydərov, “Qarabağ Qaziləri” İctimai Birliyinin Qaradağ filialının sədri Əvəz İsmayılov, şəhid ailələrinin üzvləri, YAP Qaradağ rayon təşkilatının veteranları və ərazi partiya təşkilatlarının üzvləri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək Prezident, YAP Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələrdən, qurultay materiallarının ərazi partiya təşkilatlarında dərindən öyrənilməsinin əhəmiyyətindən danışıb.

İlqar İlyasov bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi nitq Azərbaycanın keçdiyi tarixi inkişaf yoluna, əldə etdiyi mühüm nailiyyətlərə siyasi qiymət verməklə yanaşı, Vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni mərhələdə qarşıda duran strateji hədəfləri və əsas vəzifələri də müəyyənləşdirir.

YAP Qaradağ rayon təşkilatının sədri vurğulayıb ki, görüşün əsas məqsədi cənab Prezidentin müəyyən etdiyi siyasi istiqamətlərin mahiyyətini dərindən öyrənmək və onların YAP Qaradağ rayon təşkilatının fəaliyyətində konkret şəkildə əks olunmasını təmin etməkdir. Eyni zamanda, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində ərazi partiya təşkilatlarının və partiya üzvlərinin üzərinə düşən məsuliyyətin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Görüşdə çıxış edən Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, şəhid anası Leyla Musayeva, Qərbi Azərbaycan İcması Qaradağ rayon şöbəsi sədrinin müavini İbad Mehdiyev, YAP veteranı Əhliyat Adıgözəlov, YAP Qaradağ rayonu veteranları ərazi partiya təşkilatı sədrinin müavini Musa Musayev və başqaları YAP-ın VIII Qurultayının ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi xüsusi tarixi mərhələdə keçirildiyini və mühüm siyasi əhəmiyyət daşıdığını bildiriblər.

Çıxışlarda Prezident, YAP Sədri cənab İlham Əliyevin qurultayda səsləndirdiyi nitqin ölkəmizin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəd kimi əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd olunub ki, nitqdə irəli sürülən vəzifələrin mahiyyətinin hər bir partiya üzvü və vətəndaş tərəfindən dərindən mənimsənilməsi, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə öz töhfəsini verməsi vacibdir.

Ağsaqqalların və partiya veteranlarının gənc nəslin və vətəndaşların maarifləndirilməsi, Prezidentin müəyyən etdiyi strateji istiqamətlərin ictimaiyyətə çatdırılması və onların həyata keçirilməsində fəal iştirak etmələrinin əhəmiyyəti xüsusi qeyd olunub.

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Alaqvuran

10 Oktyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

10 Oktyabr 08:35  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31