Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Samux  rayon  təşkilatının ərazi partiya təşkilatlarında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

YAP Samux  rayon  təşkilatının ərazi partiya təşkilatlarında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

13.10.2026 [15:53]

YAP Samux rayon təşkilatının  ərazi partiya təşkilatlarında Partiyanın VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbirlər davam etdirilir.

Oktyabrın 13-də YAP Samux rayon  təşkilatının  Seyidlər, Qədili və Sarıqamış  ərazi partiya təşkilatlarında tədbirlər  keçirilib.

 Keçirilən tədbirlərdə  əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə  çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov  Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, ölkənin ictimai-siyasi həyatında tutduğu mövqedən və VIII Qurultayın əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, Prezident İlham Əliyevin qurultaydakı çıxışı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra formalaşan yeni reallıqlar fonunda ölkənin gələcək inkişaf strategiyasını, milli maraqların qorunmasını və dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsini əhatə edən mühüm proqram xarakterli sənəddir.

        Daha sonra   tədbirlərdə  çıxış edən  partiya üzvləri  İlqar Alıyev, Səmayə Sarıyeva, Röyal Əlizadə  və digər natiqlər  VIII Qurultayda müəyyənləşdirilən strateji hədəflər və onların icrası istiqamətində görüləcək işlər barədə məruzə ediblər. Çıxışlarda eyni zamanda ölkənin əldə etdiyi nailiyyətlərin qorunması, dövlətçilik prinsiplərinin təbliği, gənclərin vətənpərvərlik ruhunda və milli-mənəvi dəyərlər əsasında tərbiyə olunması, eləcə də yerli səviyyədə partiya fəaliyyətinin gücləndirilməsi məsələləri ön plana çəkilib.Partiya fəalları ölkənin davamlı inkişafı naminə müəyyən olunmuş prioritet vəzifələrin icrasında fəal iştirak edəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Mədəniyyət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31