Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərin müzakirəsi davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərin müzakirəsi davam etdirilir

14.10.2026 [12:44]

Oktyabr ayının 13-də Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Ağcabədi rayon təşkilatının “Elektrik şəbəkəsi” Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib.

Görüş zamanı Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin VIII Qurultayda müəyyən etdiyi strateji hədəflər və irəli sürdüyü mühüm tapşırıqlar ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, təşkilati işlərin keyfiyyətinin yüksəldilməsi, partiya üzvləri ilə əlaqələrin möhkəmləndirilməsi və dövlət siyasətinin prioritet istiqamətlərinin təbliğinin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Çıxış edənlər  Yap Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov, Ərazi Partiya Təşkilatının sədri Orxan Mustafayev, partiya fəalları Malik Hüseynov və Rizvan Cəfərov Partiyanın ölkənin ictimai-siyasi həyatındakı əhəmiyyəti, üzvlərin qarşısında duran əsas vəzifələr və VIII Qurultayda müəyyənləşdirilmiş hədəflərin həyata keçirilməsində ərazi partiya təşkilatlarının rolu barədə fikirlərini bölüşüblər. Natiqlər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı tərəqqisinin təmin olunması, dövlət siyasətinin uğurla reallaşdırılması və qarşıya qoyulan məqsədlərə nail olunması prosesində YAP üzvlərinin fəallığının və təşəbbüskarlığının artırılmasının vacibliyini vurğulayıblar.

Paylaş:
Baxılıb: 33 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31