Ölkələrimiz arasında münasibətlərin 30 ildən artıq tarixi var
14.10.2026 [16:22]
Kamboca Krallığının Baş naziri Hun Manetin ölkəmizə reallaşdırdığı rəsmi səfər çərçivəsində dövlətimizin başçısı İlham Əliyev ilə mətbuata bəyanatlarında səsləndirdikləri fikirlər iki ölkənin münasibətlərinin gələcək inkişafı barədə aydın təsəvvür yaratdı. İqtisadi-siyasi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı tərəfdaşlığın əsas istiqamətləri kimi diqqətdə oldu. Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, əlbəttə, ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi də müəyyənləşdirməliyik. Biz bu imkanları geniş müzakirə etdik, ticarət və investisiya əməkdaşlığımızın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaratdıq. Beləliklə, imkanlar çoxdur. Yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq: “Ümid edirəm ki, bu gün Azərbaycanın və Kambocanın çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu bir-birimizi, mövcud imkanları, iqtisadi və investisiya prioritetlərimizi daha yaxından tanımağa, sıx iqtisadi əməkdaşlığın qurulması yollarını müəyyənləşdirməyə kömək edəcək”. Dövlətimizin başçısı onu da vurğuladı ki, ölkələrimiz arasında ticarət dövriyyəsi hələlik çox aşağı səviyyədədir: “Lakin bir daha əminliyimi ifadə edirəm ki, Baş nazirin rəsmi səfərindən sonra həmin sahədə böyük canlanmanın şahidi olacağıq. Biz, həmçinin sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması imkanlarını, turizm və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik”. Azərbaycanın və Kambocanın çoxsaylı şirkətlərinin bir araya gəlməsi investisiya imkanlarının araşdırılmasına və yeni layihələrin gündəmə gətirilməsinə stimul ola bilər. Səfər çərçivəsində Azərbaycan və Kamboca arasında imzalanan sənədlər iqtisadi əlaqələrimizin gələcək inkişafının yol xəritəsi oldu. Belə ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş biznes subyektlərinin fəaliyyətini asanlaşdırmaq, vergidən yayınmanın qarşısını almaq və qarşılıqlı investisiyalar üçün daha əlverişli şərait yaratmaq baxımından diqqətdə oldu. Həmçinin ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi imzalandı. Bu sənəd isə ticarət dövriyyəsinin artırılması üçün hüquqi zəmin yaradır. Kambocanın Baş naziri bildirdi ki, biz ikitərəfli əməkdaşlığımızı inkişaf etdirmək üçün birgə fəaliyyət göstərə biləcəyimiz geniş məsələlər ətrafında fikir mübadiləsi apardıq. Bundan əlavə, ticarət, təhsil və digər perspektivli sahələrdə gələcək əməkdaşlığımız üçün zəmin yaradan üç saziş imzaladıq: “Cənab Prezidentlə razıyam ki, ölkələrimiz arasında kommersiya və ticarət əlaqələri, həmçinin digər sahələrdə münasibətlər hələlik məhdud səviyyədədir. Ölkələrimiz arasında münasibətlərin 30 ildən artıq tarixi var. Hun Senin 2014-cü ildə Azərbaycana səfəri baş tutmuşdu və həmin səfər indiyədək davam edən əməkdaşlığımızın yol xəritəsini müəyyənləşdirmişdir. Əminəm ki, bugünkü səfərimdən etibarən biz birgə səylərimizlə, məsələn, ticarət əlaqələri kimi sahələrdə əməkdaşlığımızı inkişaf etdirə biləcəyik. Biz ticarət əlaqələrimizin inkişafı istiqamətində konkret tədbirləri müəyyənləşdirəcək və həyata keçirəcək birgə ticarət işçi qrupunun yaradılmasını nəzərdə tutan çərçivə sazişinin hazırlanması barədə razılığa gəldik. Həmçinin müdafiə, təhlükəsizlik və təhsil sahələrində əməkdaşlıq məsələləri üzərində iş aparmış və bu məsələləri müzakirə etmişik”. Keçirilən görüşlərdə, mətbuata bəyanatlarda bu çağırış da səsləndirildi ki, beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsinə dair ortaq öhdəliyimizə sadiqliyimizi bir daha təsdiqlədik. Kambocanın və Azərbaycanın ikitərəfli əməkdaşlığı gücləndirmək əzmi çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətin inkişafına da töhfə verəcək.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44
YAP xəbərləri
14 Oktyabr 13:00
Gündəm
14 Oktyabr 12:58
YAP xəbərləri
14 Oktyabr 12:42
YAP xəbərləri
14 Oktyabr 12:39
YAP xəbərləri
14 Oktyabr 12:30
Gündəm
14 Oktyabr 12:25
MEDİA
14 Oktyabr 12:19
YAP xəbərləri
14 Oktyabr 12:00
İqtisadiyyat
14 Oktyabr 11:49
YAP xəbərləri
14 Oktyabr 11:37
YAP xəbərləri
14 Oktyabr 11:32
Siyasət
14 Oktyabr 11:26
Siyasət
14 Oktyabr 11:25
Gündəm
14 Oktyabr 11:19
Dünya
14 Oktyabr 11:12
Siyasət
14 Oktyabr 10:42
Gündəm
14 Oktyabr 10:41
Dünya
14 Oktyabr 10:35
Elm
14 Oktyabr 10:15
Mədəniyyət
14 Oktyabr 09:53
YAP xəbərləri
14 Oktyabr 09:53
Yeni texnologiyalar
14 Oktyabr 09:39
Analitik
14 Oktyabr 09:20
Sosial
14 Oktyabr 08:57
Sosial
14 Oktyabr 08:32
Gündəm
14 Oktyabr 08:10
Siyasət
13 Oktyabr 21:40
Mədəniyyət
13 Oktyabr 21:37
Elm
13 Oktyabr 21:21
Dünya
13 Oktyabr 20:05
YAP xəbərləri
13 Oktyabr 18:38
Sosial
13 Oktyabr 18:36
Sosial
13 Oktyabr 18:30
Dünya
13 Oktyabr 18:17
İqtisadiyyat
13 Oktyabr 17:50
Gündəm
13 Oktyabr 17:26
İqtisadiyyat
13 Oktyabr 17:16
Din
13 Oktyabr 17:06
Siyasət
13 Oktyabr 17:05
Din
13 Oktyabr 17:04
YAP xəbərləri
13 Oktyabr 16:59
YAP xəbərləri
13 Oktyabr 16:41

