Qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq
15.10.2026 [16:17]
2026-cı il oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşdən sonra mətbuata bəyanatla çıxış edib. Dövlət başçısı bəyanatında iki ölkə arasında mövcud siyasi münasibətlərdən, iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarından və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib.
Möhtərəm Prezident Kambocanın Baş nazirini Azərbaycanda salamlayaraq, səfərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. O, qeyd edib ki, Azərbaycan və Kamboca arasında dostluq və tərəfdaşlıq münasibətləri uzun tarixə malikdir. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində fəal əməkdaşlıq edir və bir-birini dəstəkləyir.
Dövlət başçısı çıxışında iqtisadi əlaqələrin inkişaf etdirilməsini əsas istiqamətlərdən biri kimi vurğulayıb. Prezidentin sözlərinə görə, Azərbaycanla Kamboca arasında ticarət dövriyyəsi hazırda arzuolunan səviyyədə deyil. Bununla belə, mövcud imkanlar əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Bu məqsədlə ticarət və investisiya sahələrində praktiki məsələləri araşdıraraq birgə işçi qrupunun yaradılması qərara alınıb. Həmçinin, iki ölkənin şirkətlərinin iştirakı ilə keçirilən biznes forumun qarşılıqlı əlaqələrin gücləndirilməsinə və yeni investisiya imkanlarının müəyyənləşdirilməsinə xidmət edəcəyi bildirilib.
Bəyanatda sənaye, turizm, təhsil, nəqliyyat və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın perspektivlərinə də xüsusi diqqət yetirilib. Cənab İlham Əliyev sovet dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq, bu ənənənin bərpasının vacibliyini qeyd edib. Qarşılıqlı təhsil imkanlarının genişləndirilməsinin xalqlar arasında əlaqələrin möhkəmlənməsinə və qarşılıqlı anlaşmanın artmasına kömək edəcəyi vurğulanıb.
Ölkə başçısı Azərbaycanın dövlət xidmətləri sahəsində əldə etdiyi təcrübəyə də toxunub. “ASAN xidmət” modelinin Kambocada maraq doğurması bu sahədə əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradır.
Cənab Prezident çıxışında hər iki ölkənin üzləşdiyi mina probleminə də diqqət çəkib. O bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina partlayışları nəticəsində 400-dən çox insan həlak olub və ya xəsarət alıb. Bu problemin həlli istiqamətində təcrübə və bilik mübadiləsinin, eləcə də birgə təlimlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Beləliklə, cənab Prezident mətbuata verdiyi bəyanat Azərbaycan-Kamboca münasibətlərinin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar iqtisadi, humanitar və siyasi əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar yaradır. Qarşılıqlı maraqlara və beynəlxalq hüquq prinsiplərinə əsaslanan əməkdaşlığın gələcəkdə konkret nəticələrlə möhkəmlənməsi hər iki ölkənin tərəfdaşlığının inkişafına xidmət edə bilər.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Oktyabr 16:52
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Dünya
15 Oktyabr 13:12
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33
Siyasət
15 Oktyabr 09:32
Gündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44
YAP xəbərləri
14 Oktyabr 13:00
Gündəm
14 Oktyabr 12:58
YAP xəbərləri
14 Oktyabr 12:42
YAP xəbərləri
14 Oktyabr 12:39
YAP xəbərləri
14 Oktyabr 12:30
Gündəm
14 Oktyabr 12:25
MEDİA
14 Oktyabr 12:19
YAP xəbərləri
14 Oktyabr 12:00
İqtisadiyyat
14 Oktyabr 11:49
YAP xəbərləri
14 Oktyabr 11:37
YAP xəbərləri
14 Oktyabr 11:32
Siyasət
14 Oktyabr 11:26
Siyasət
14 Oktyabr 11:25
Gündəm
14 Oktyabr 11:19

