ZƏFƏRDƏN BƏRPA VƏ QURUCULUĞA: QUBADLININ YENİDƏN DOĞULUŞU
22.10.2026 [14:05]
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun sürətli bərpa və quruculuq dövrünün də əsasını qoydu. İşğaldan azad edilmiş strateji əhəmiyyətli rayonlarımızdan biri olan Qubadlı bu gün özünün ikinci doğuluş dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qubadlıya mütəmadi səfərləri bu torpaqda həyata keçirilən genişmiqyaslı layihələrin, müasir infrastrukturun və dinc həyata qayıdışın parlaq təzahürüdür.
Qubadlı şəhəri 2020-ci il oktyabrın 25-də şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu. Zəfərdən cəmi iki ay sonra — 23 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva azad edilmiş Qubadlı şəhərinə ilk tarixi səfərlərini etdilər. Dövlət başçısı Qubadlı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını təntənəli şəkildə ucaltdı. Qubadlıda dalğalanan üçrəngli bayrağımız bu torpaqların əbədi sahiblərinə qayıtdığını bütöv dünyaya nümayiş etdirdi. Səfər çərçivəsində Ali Baş Komandan Qubadlıda yerləşən hərbi hissədə qəhrəman hərbçilərimizlə görüşərək onların şücaətini yüksək qiymətləndirdi və bərpa işləri üzrə ilk tapşırıqlarını verdi.
Qubadlı şəhərinin azad edilməsinin bir illiyində — 25 oktyabr 2021-ci il tarixində dövlət başçısının rayona növbəti səfəri strateji əhəmiyyətli infrastruktur layihələrinin startı ilə yaddaqaldı. Bu səfər çərçivəsində Qubadlı–Eyvazlı və Xudafərin–Qubadlı–Laçın avtomobil yollarının təməli qoyuldu. Bu nəqliyyat arteriyaları regionun həm daxili əlaqəsini, həm də beynəlxalq tranzit potensialını gücləndirmək məqsədi daşıyırdı. Eyni zamanda, regionun dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün "Xanlıq" yarımstansiyasının açılışı oldu və Qubadlı Şəhər Elektrik Şəbəkəsinin Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin təməli qoyuldu. Səfər zamanı şəhər məktəbinin və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı həyata keçirildi, dövlət başçısı Qubadlı ictimaiyyətinin nümayəndələri ilə görüşərək rayonun gələcək inkişaf mənzərəsini müzakirə etdi.
19 oktyabr 2022-ci il səfəri Qubadlının şəhərsalma konsepsiyasının rəsmiləşməsi baxımından həlledici addım oldu. Prezident İlham Əliyev Qubadlı şəhərinin Baş planı ilə tanış oldu və bu plana uyğun olaraq keçmiş məcburi köçkünlərin öz doğma ocaqlarına qayıtması üçün ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlini qoydu. Tarixi yaddaşın əbədiləşdirilməsi məqsədilə "Qubadlı" Zəfər Şəhidləri Memorial Kompleksinin və İşğal Muzeyinin bünövrəsi atıldı. Həmçinin Qubadlı Şəhər İcra Hakimiyyətinin inzibati binasının və 600 şagird yerlik müasir tam orta məktəbin təməlqoyma mərasimləri keçirildi. Regionun "Yaşıl Enerji Zonası"na çevrilməsi strategiyasına uyğun olaraq isə "Qubadlı" Su Elektrik Stansiyası istifadəyə verildi.
Prezident İlham Əliyevin 4 may 2023-cü il tarixində Qubadlıya səfəri "Böyük Qayıdış" proqramının kəndlər üzrə mərhələli icrasını daha da sürətləndirdi. Səfər çərçivəsində rayon əhalisinə müasir tibbi xidmətlərin göstərilməsini təmin edəcək 91 çarpayılıq Qubadlı Rayon Mərkəzi Xəstəxanasının təməli qoyuldu. Paralel olaraq, müasir standartlara uyğun layihələndirilən Bərgüşad, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri keçirildi. Bu kəndlərin bərpası sakinlərin rahat, müasir və təhlükəsiz yaşayışını təmin etməyə yönəlmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qubadlıya səfərləri sadəcə rəsmi mərasimlərdən ibarət olmayıb, hər bir səfər rayonun iqtisadi, sosial və mədəni dirçəlişinə güclü təkan vermişdir. Keçmişdə dağıdılmış, xarabalığa çevrilmiş Qubadlı bu gün sürətlə tikilən yolları, müasir kəndləri, yaşayış kompleksləri və yaşıl enerji layihələri ilə müasir Azərbaycanın quruculuq gücünü təcəssüm etdirir. Dövlətin mütəşəkkil siyasəti və Prezident İlham Əliyevin birbaşa nəzarəti altında yürütülən bu işlər tezliklə qubadlılıların öz ata-baba yurdlarına tam tərkibdə və daimi olaraq qayıdacağını təmin edəcəkdir.
Kərimli Elvin
Yap Ordubad Rayon Təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 Oktyabr 14:46
Sosial
22 Oktyabr 14:33
Sosial
22 Oktyabr 14:32
Sosial
22 Oktyabr 14:31
İqtisadiyyat
22 Oktyabr 14:28
Hadisə
22 Oktyabr 14:28
Dünya
22 Oktyabr 14:22
YAP xəbərləri
22 Oktyabr 14:05
Dünya
22 Oktyabr 13:38
Gündəm
22 Oktyabr 12:59
Siyasət
22 Oktyabr 12:48
Siyasət
22 Oktyabr 12:48
YAP xəbərləri
22 Oktyabr 12:26
Siyasət
22 Oktyabr 12:24
Siyasət
22 Oktyabr 11:57
Siyasət
22 Oktyabr 11:19
İqtisadiyyat
22 Oktyabr 10:53
Analitik
22 Oktyabr 10:25
Siyasət
22 Oktyabr 10:24
YAP xəbərləri
22 Oktyabr 10:06
YAP xəbərləri
22 Oktyabr 09:46
İqtisadiyyat
22 Oktyabr 09:42
Analitik
22 Oktyabr 09:16
Siyasət
22 Oktyabr 09:10
Sosial
22 Oktyabr 08:50
MEDİA
22 Oktyabr 08:38
Gündəm
22 Oktyabr 08:13
Sosial
22 Oktyabr 08:02
Sosial
22 Oktyabr 08:01
Sosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33

