Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / STRATEJİ QƏLƏBƏDƏN MÜASİR ŞƏHƏRSALMAYA: QUBADLI NÜMUNƏSİ

STRATEJİ QƏLƏBƏDƏN MÜASİR ŞƏHƏRSALMAYA: QUBADLI NÜMUNƏSİ

22.10.2026 [14:08]

“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu strateji qiymətləndirməsi 44 günlük Vətən müharibəsinin hərbi, siyasi və mənəvi mənzərəsində Qubadlı əməliyyatının hansı müstəsna yerə sahib olduğunu aydın nümayiş etdirir. Bərgüşad və Həkəri çaylarının qovuşduğu, cənub sərhədlərimizlə Laçın dəhlizinin kəsişməsində yerləşən Qubadlının azad olunması ordumuza düşmənin bütün logistik zəncirini qırmağa və Cəbrayıl–Zəngilan istiqamətindəki Zəfər yürüşünü məntiqi yekununa çatdırmağa şərait yaratdı. Bu tarixi qələbə yalnız hərbi baxımdan deyil, müharibədən sonra aparılan nəhəng bərpa və quruculuq modelinin miqyasına görə də dövlətimizin qüdrətini nümayiş etdirən parlaq nümunədir.

İşğaldan azad edildikdən dərhal sonra Qubadlı rayonunda elmi əsaslara söykənən, sistemli və mərhələli bərpa konsepsiyasına start verildi. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2020-ci il dekabrın 23-də rayona reallaşan ilk tarixi səfəri zamanı ucaldılan Dövlət Bayrağı bu torpaqlarda yeni inkişaf erasının başlanğıcı oldu. Otuz ilə yakın müddətdə daşı daş üstündə qalmayan, yaşayış fondu, mədəniyyət abidələri və təbiəti ağır ekoloji terrora məruz qalan rayonun sıfırdan yenidən qurulması dövlətimizin iqtisadi gücünü və siyasi iradəsini bütöv dünyaya göstərdi. Səfər çərçivəsində şəhərdə yerləşən hərbi hissədə əsgər və zabitlərlə görüşən Ali Baş Komandan ilk tapşırıqlarını verərək böyük quruculuq hərəkatının bünövrəsini qoydu.

2021-ci il oktyabrın 25-də — şəhərin azad edilməsinin ildönümündə dövlət başçısının rayona reallaşan növbəti səfəri strateji infrastrukturların təməl atma və açılış mərasimləri ilə yaddaqaldı. Qubadlı–Eyvazlı və Xudafərin–Qubadlı–Laçın avtomobil yollarının inşasına başlanılması Şərqi Zəngəzur iqtisadi rayonunun vahid nəqliyyat və tranzit halqasına inteqrasiyasını təmin etdi. Paralleloqaraq, regionun fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün "Xanlıq" yarımstansiyası istifadəyə verildi və Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin təməli atıldı. Bununla yanaşı, şəhər məktəbinin və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı dinc həyata, sosial bərpaya və təhlükəsizliyə verilən yüksək dəyərin göstəricisi idi.

Qubadlı şəhərinin gələcək simasını müəyyənləşdirən əsas sənəd — Baş Plan 2022-ci il oktyabrın 19-da dövlət başçısına təqdim olundu. Ərazinin mürəkkəb relyefinə, ekoloji potensialına və tarixi-mədəni irsinə uyğun layihələndirilən Baş Plan əsasında keçmiş məcburi köçkünlərin rahatlığı üçün ilk çoxmənzilli yaşayış məhəlləsinin, Qubadlı Şəhər İcra Hakimiyyətinin inzibati binasının və 600 şagird yerlik müasir tam orta məktəbin təməli qoyuldu. Regionun "Yaşıl Enerji Zonası" konsepsiyasına uyğun şəkildə "Qubadlı" Su Elektrik Stansiyasının istifadəyə verilməsi bərpa olunan enerji mənbələrindən səmərəli istifadənin əyani göstəricisinə çevrildi. Şəhərdə Zəfər Memorial Kompleksinin və İşğal Muzeyinin bünövrəsinin atılması isə tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi amalına xidmət edir.

2023-cü ilin may ayının 4-də reallaşan səfərlə bərpa prosesi kənd yaşayış məntəqələrini də geniş əhatə etdi. Səfər zamanı rayon əhalisinə yüksəksəviyyəli tibbi xidmətlər göstərəcək 91 çarpayılıq Qubadlı Rayon Mərkəzi Xəstəxanasının təməli qoyuldu. Eyni zamanda, Bərgüşad, Mahruzlu və Zilanlı kəndlərinin təməlinin atılması "Böyük Qayıdış" proqramının kənd təsərrüfatı və məşğulluq potensialı yüksək olan ərazilərdə tam miqyasda icra edildiyini göstərdi. Müasir standartlar, ekoloji normativlər və "Ağıllı kənd" texnologiyaları əsasında salınan bu yaşayış məntəqələri doğma ocaqlarına qayıdacaq sakinlər üçün yüksək həyat keyfiyyəti və təhlükəsiz şərait vəd edir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsi nəzarəti, siyasi iradəsi və davamlı səfərləri ilə addım-addım gerçəkləşən bu layihələr Qubadlının tezliklə regionun analoqsuz, müasir və çiçəklənən inkişaf mərkəzlərindən birinə çevriləcəyini tam təmin edir. Şərqi Zəngəzurun bu füsunkar guşəsi dövlətimizin qüdrəti və xalqımızın quruculuq əzmi sayəsində öz parlaq gələcəyinə doğru inamla irəliləyir.

Münəvvər İsmayıllı

YAP Odubad rayon təşkilatının fəalı

Paylaş:
Baxılıb: 7 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Analitik

Siyasət

1992-ci ilin 24 oktyabrı...

22 Oktyabr 09:10  

Gündəm

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31