Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Oğuzda gənclər üçün “İKT və informasiya təhlükəsizliyi” adlı seminar keçirilib

Oğuzda gənclər üçün “İKT və informasiya təhlükəsizliyi” adlı seminar keçirilib

09.07.2014 [10:40]

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin ilk turu davam edir. İlk tur çərçivəsində Oğuzdakı “Afra” hoteldə məskunlaşmış gənclərdən ibarət komandalar arasında futbol yarışı təşkil olunub. Oyunlar Oğuz Olimpiya İdman Kompleksinin futbol zalında keçirilib. Gənclərin təşkil etdiyi “Qarabağ”, “Qırmızı kart”, “Odlar yurdu” və “İşıqlı gələcək” adlı komandalar arasında keçirilən yarışda “Odlar yurdu” və “İşıqlı gələcək” komandaları finala vəsiqə qazanıblar.
Eyni zamanda, iyulun 7-də axşam saatlarında günlük hesabata dair fotoslayd nümayiş olunub.
Gənclər həmin gün YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyevanın rəhbərliyi ilə keçirilən “Hüquqi dövlətin əsas prinsipləri” mövzusunda seminarda da iştirak ediblər.
Onu da qeyd edək ki, Oğuzda ilk tur çərçivəsində iyulun 8-də gənclər üçün daha bir seminar təşkil olunub. Tədbirdə öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. “İKT və informasiya təhlükəsizliyi” adlı seminarın moderatoru YAP GB-nin İKT üzrə təlimçisi Şamo Əliyev olub. Sonra moderator gənclərə hakkerlər və hakkerlik, kompüterin əməliyyat sisteminin qorunması, sosial şəbəkələrdə təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat verib, praktiki çalışmalar yerinə yetirilib. Ş.Əliyev, həmçinin, gənclərin suallarını cavablandırıb və İKT sahəsində onları maraqlandıran müxtəlif məsələlər haqqında danışıb.
Dünən, eyni zamanda, “Yay məktəbi”ndə iştirak edən gənclərdən ibarət yığma komanda ilə Oğuzdan olan gənclər arasında futbol matçı təşkil olunub. Oyun Oğuz Olimpiya İdman Kompleksinin futbol zalında keçirilib.
Qeyd edək ki, axşam saatlarında gənclər arasında intellektual oyunlar təşkil olunub.

Paylaş:
Baxılıb: 938 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30