Azərbaycan dövləti gəncliyin inkişafına xüsusi diqqət göstərir
29.08.2014 [09:21]
YAP Nərimanov rayon təşkilatında xaricdə təhsil alan gənclərlə görüş keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında xaricdə təhsil alan bir qrup azərbaycanlı tələbələrlə görüş keçirilib. Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev deyib ki, müstəqil dövlətimiz Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir: “Bu gün Azərbaycanda böyük quruculuq işləri aparılır. Təbii ki, inkişaf siyasətindən gənclərimizə də pay düşür. Gənclərimiz isə, öz növbəsində, onlar üçün yaradılan şəraiti düzgün dəyərləndirməli və bu siyasətin yerlərdə icrası işində yaxından iştirak etməlidirlər. Çünki XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək çoxsaylı işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti gənclərin üzərinə düşür”.
T.Tağıyev Azərbaycan dövlətinin təhsil sahəsinin inkişafına xüsusi diqqət yetirdiyini bildirib. O qeyd edib ki, məqsəd gənc nəslin yüksək biliklərə yiyələnməsi, layiqli vətəndaş kimi formalaşmasından ibarətdir. Bu baxımdan rayon təşkilatının sədri azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramının əhəmiyyətini vurğulayıb: “Bu proqram çərçivəsində minlərlə gəncimiz dünyanın nüfuzlu ali məktəblərində təhsil alır. Onlar yüksək biliklərə yiyələnməli və dövlətimizin etimadını doğrultmalıdırlar. Təbii ki, bu fakt neft kapitalının insan kapitalına çevrilməsinin göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirir. Xaricdə təhsil alan gənclərimizin vəzifəsi yüksək biliklərə yiyələnməklə yanaşı, oxuduqları ölkələrdə Azərbaycanı geniş təbliğ etməkdən ibarət olmalıdır. Siz gənclər təhsilinizi başa vurduqdan sonra qayıdıb ölkəmizin inkişafına öz töhfələrinizi verməlisiniz”.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı bildirib ki, bu gün gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, mükəmməl şəkildə təhsil alaraq, müasir tələblərə cavab verən peşəyə sahib olması və onların ölkənin tərəqqisində fəal iştirak etməsi üçün məqsədyönlü iş gedir. Onun sözlərinə görə, dövlət hər bir addımında gəncləri müdafiə etdiyini və dəstəklədiyini nümayiş etdirir. Y.Babanlı xaricdə təhsil alan gənclərin qazandığı uğurları yüksək qiymətləndirib. Y.Babanlı ölkəmizdə gənclər siyasətinin böyük nəticələr verdiyini bildirib. O qeyd edib ki, Azərbaycan dövləti gəncliyin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirir. Y.Babanlı YAP-ın da gəncliyin inkişafına xüsusi diqqət yetirdiyini vurğulayıb. Onun sözlərinə görə, xaricdə təhsil alan gənclərimiz də partiyaya müxtəlif layihələr, maraqlı təkliflər təqdim edə bilərlər: “Gənclər onlar üçün yaradılmış şəraitdən istifadə edərək, intellektual və yaradıcılıq baxımından kamilləşirlər və YAP-ın təqdim etdiyi fəaliyyət platformasında təcrübi iş prosesində özlərini təsdiq edirlər. Bu baxımdandır ki, gənclərin Yeni Azərbaycan Partiyasına axını daha da sürətlənir, onlar siyasi fəaliyyətlərini, məhz Yeni Azərbaycan Partiyası ilə bağlayırlar”.
Daha sonra xaricdə təhsil alan gənclər çıxış ediblər. Şimali Kiprin Doğu Akdeniz Universitetində təhsil alan Tofiq Hüseynov oxuduğu ölkədə Azərbaycanın təbliğinə xüsusi fikir verildiyini deyib. Azərbaycanın qüdrətli dövlət olduğunu deyən T.Hüseynov Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etdiklərini vurğulayıb: “Mən təhsil aldığım universitetdə Azərbaycan Tələbə Cəmiyyətinin sədriyəm. Təşkilatımız ölkəmizin təbliği ilə də fəal məşğul olur. Nəzərə alsaq ki, universitetdə başqa xarici ölkələrdən oxuyanlar da var, bu təbliğat işlərinin aparılması zəruridir”.
İsgəndər Hüseynzadə isə Litvanın Beynəlxalq Biznes Universitetinin 3-cü kursunda təsil aldığını bildirib. O qeyd edib ki, təhsil aldığı müddətdə Azərbaycan diasporu ilə sıx əməkdaşlıq edib və ölkəmizlə bağlı bir sıra tədbirlərin keçirilməsində fəal iştirak edib: “Xüsusilə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barəsində biz daim öz təbliğat işimizi aparırıq”.
Coşqun Dadaşov isə iki il Almaniyada oxuduğunu, hazırda isə təhsilini Azərbaycan Dillər Universitetində davam etdirdiyini deyib. O qeyd edib ki, Almadiyada təhsil aldığı zaman ölkəmizin təbliği istiqamətində müxtəlif tədbirlərdə fəal iştirak edib: “Mənim məqsədim yüksək biliklərə yiyələnərək ölkəmizə layiqli xidmət göstərməkdən ibarətdir”.
Tədbirdə, həmçinin, Türkiyənin İstanbul Universitetinin tələbəsi Murad Hüseynzadə və İsveçrənin Avropa Universitetinin tələbəsi Vüsal Ağarzayev çıxış edərək xaricdə ölkəmizi layiqincə təmsil etməyə çalışdıqlarını qeyd ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16

