YAP Qax rayon təşkilatında gənclər və ilk dəfə səs verən seçicilərlə görüş keçirilib
18.12.2014 [10:19]
Gəncliyin inkişafına dəstək Yeni Azərbaycan Partiyasının fəaliyyətində mühüm yer turur
Dekabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının qərargahında gənclər və ilk dəfə səs verən seçicilərlə görüş keçirilib. Görüşdə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abasov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov rayon təşkilatının bələdiyyə seçkilərində fəaliyyət proqramına uyğun olaraq gördüyü işlər barədə məlumat verib. Qeyd olunub ki, görülmüş operativ tədbirlərin fonunda artıq rayon seçkilərə tam hazırdır: “Bütün məntəqələr üzrə partiya tərəfindən müvafiq olaraq müşahidəçilər və məşvərətçi səs hüquqlu komissiya üzvləri müəyyənləşdirilib, onlara seçki günü görəcəkləri işlər barədə seminarlar keçirilib. Qrafik üzrə təbliğat-təşviqat işləri də uğurla davam etdirilir”.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Yaqub Mahmudov ümumxalq partiyası olan YAP-ın keçdiyi zəngin və şərəfli inkişaf yolundan bəhs edib. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişafı naminə misilsiz xidmətlər göstərib. Diqqətə çatdırılıb ki, ölkəmiz bu gün Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda irəliləyir: “Prezident İlham Əliyev gəncliyin inkişafına böyük önəm verir. Elə bələdiyyə seçkilərində də gənclərin önə çəkilməsi buna bariz nümunədir. Həmçinin, intellektual gəncliyin üzə çıxarılması, gənc siyasətçilərin yetişdirilməsi, gənclərin ictimai-siyasi fəallığının artırılması baxımından bələdiyyə seçkilərinin çox böyük rolu və əhəmiyyəti vardır. Əminliklə deyə bilərəm ki, bu seçkilərdə də Yeni Azərbaycan Partiyası elə siz - gənclərin iştirakı və fəallığı ilə növbəti dəfə qələbə qazanacaq”.
Daha sonra çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin siyasi ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası özünün çox böyük seçki təcrübəsinə əsaslanaraq bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyasını mütəşəkkil qaydada və uğurla davam etdirir: “Partiyamız cəmiyyətin bütün təbəqələrini əhatə edən nümayəndələri öz sıralarında birləşdirir. Təsadüfi deyil ki, qarşıdan gələn seçkilərdə Yeni Azərbaycan Partiyası bələdiyyə üzvlüyünə namizədlər sırasında gənclərin və qadınların təmsilçiliyinə xüsusi önəm verib. Bu gün dövlətimizin yaratdığı geniş imkanlar nəticəsində gənclərimiz cəmiyyətin aparıcı, fəal qüvvəsinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərin inkişafına xüsusi diqqət və qayğı göstərir. Biz əminik ki, gənclərimiz də ölkə başçısının onlara olan etimadını doğruldaraq dövlətimizin inkişafı, qüdrətlənməsi naminə öz səylərini əsirgəməyəcəklər. Qarşıdan gələn bələdiyyə seçkilərində də gənclərimiz daha fəal olmalı, gənc namizədlərin bələdiyyələrdə daha çox təmsil olunması üçün inamla mübarizə aparmalıdır”.
YAP Qax rayon təşkilatı Gənclər Birliyinin sədri Elbrus Tağıyev isə bildirib ki, gəncliyin inkişafına dəstək Yeni Azərbaycan Partiyasının fəaliyyətində mühüm yer turur: “Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə seçkilərində gənclərə göstərilən diqqət və etimada görə minnətdarlığımızı bildiririk. Biz də çalışacağıq ki, öz əməli işimizlə bu etimadı doğruldaq. Əmin olduğumuzu bildiririk ki, xalqımız yenə də Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcək”.
Tədbirdə çıxış edən gənc bələdiyyə üzvlüyünə namizədlərdən Günel Məmmədova, Ramin Məmmədov, Nurlanə Səfərova gənclərə göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasına, partiyamızın Sədri İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, bu etimad sayəsində gənclər öz bilik, bacarıq və istedadlarını Azərbaycanın daha da çiçəklənməsi naminə sərf edəcəklər.
NURLAN
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

